Nəşrlərimiz
 
 
— "AYNHA Hüquq Jurnalı" - ÖN SÖZ
 

14-04-2017, 11:44

 

"AYNHA Hüquq Jurnalı" - ÖN SÖZ

  Ramin Nurəliyev.     "AYNHA Hüquq Jurnalı" nın baş redaktoru

 “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”  ictimai birliyi -  Baş Katib

 

Çox dəyərli oxucular,

“AYNHA Hüquq Jurnalı” nın  II buraxılışını diqqətinizə çatdırırıq.

Jurnalımız hüququn əsasını təşkil etdiyi üçün məqalələr daha çox hüquqi məsələləri əks etdirir.

Müəlliflərimiz yazdıqları məqalələr ilə hüquqi marifləndirməni ön plana çıxararaq, günümüzün bəzi aktual məsələlərinə toxunmuşlar.

Sahibkarlıq, korporativ hüquq, əmək, mülki hüquq, bank hüququ, sığorta və digər sahələri əks etdirən məqalələr oxucu marağına xidmət etməklə yanaşı elmi düşüncələri və tövsiyə xarakterli fikirləri də özündə birləşdirir. “AYNHA Hüquq Jurnalı” cəmiyyətin hər bir fərdinə müraciət edərək hüquqi marifləndirmə işini yerinə yetirir. Jurnalımızdakı məqalələr, son dövrlərdə cəmiyyətdə baş verən yeniliklərdən bəhs edir. Müəlliflər bu kimi məsələləri öz qələmləri ilə xalqa çatdırmağa çalışır, “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi də bunu ictimailəşdirmək istiqamətində səylə addımlamaqdadır.

 “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi  hüquqi marifləndirmə istiqamətində ölkəmiz üçün xeyli işlər görməkdədir. Bu işlərin arasında “Yay Təcrübə Proqramları”, “Qış məktəbi”, “Hüquq Olimpiyadası”, Hüquqi mövzuda təlim və seminarlar, tanınmış hüquqşünas və şəxsiyyətlərlə tələbələri görüşdürmək və s. kimi layihələri nümunə göstərmək mümkündür. İctimai Birliyimiz bir çox dövlət qurumları və özəl təşkilatlarla sıx əməkdaşlıq çərçivəsində bir çox layihələri həyata keçirməkdədir.  Belə ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə əməkdaşlıq müqaviləsi imzalanmış, müştərək bir neçə layihənin görülməsi planlaşdırılmışdır.

Ümidvarıq ki, yazılan məqalələr ölkə ictimaiyyətinə faydalı və zəngin məlumatlarla xidmət göstərməkdədir. Bu xidmətdə əməyi olan hər kəsə təşəkkür edir, işlərində müvəffəqiyyətlər arzulayırıq.