Nəşrlərimiz
 
 
— "AYNHA Hüquq Jurnalı" (IV Sayı) - Françayzinq
 

31-01-2018, 09:46

 

"AYNHA Hüquq Jurnalı" (IV Sayı) - Françayzinq

Müəllif: Sübhan Şirinov

Hüquqşünas

 

    Françayzinq

 

    Françayzinq (və ya franşiza) – bir şirkətin əmtəə nişanının, firma texnologiyalarının, idarəetmə sisteminin istifadə etmə hüququnu müəyyən şərtlərlə başqa şirkətə satışı və ya müvəqqəti təqdim edilməsidir. Burada birinci şirkət/tərəf, bu hüququ verən – françayzer(françayz verən), hüququ alan tərəf isə - françayzi(françayz alan) adlanır. Tərəflər kommersiya təşkilatları və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlar olar bilər.

    Françayzinq (fransiza) ideyası hələ antik dövrlərdə mövcud olsa da, həmin termin ilk dəfə orta əsrlərdə birinci kommersiya dəniz və bank münasibətlərinin yarandıgı dövrdə meydana gəlmisdir. Françayzinq fransızca «franchise (franşiza)» sözündən olub, güzəşt, imtiyaz, sərbəstlik mənasını ifadə edir. Bu termin orta əsrlərdə Fransada istifadə edilirdi. O vaxtı françayzinq termini kraldan hər hansı hüququn pulla əldə edilməsini əhatə edirdi. XIX əsrdə bu anlayış ABŞ-da inkişaf etməyə başladı.

Bu gün ki gün başa düşülən françayzinq müqavilələri daha geniş olaraq tətbiq eilməsi  XX əsrin 50-ci illərinə təsədüf edir. Lakin ilk olaraq XIX əsrin ikinci yarısında ABŞ-da bu müqaviləyə rast gəlinməyə başladı. Belə ki, tikiş maşınları istehsal edən “Singer Sewing Machine Company” şirkəti  tikiş maşınları onun məhsullarını satan və onun adından xidmət göstərənlərdən haq almağa başladı.

    Milli qanunvericilikdə françayzinq münasibətlərini tənzimləyən xüsusi qanunvericilik aktı yoxdur. Françayzinqin hüquqi bazası Mülki Məcəllə(35-ci fəsil) ilə müəyyənləşdirilib. Lakin bu gün ki gün daha aşağı riskli olan və geniş yayılmaqda olan biznes üçün, Mülki Məcəllənin təqdim etdiyi baza, nəzərə alınsa ki ayrıca qanunvericilik aktı yoxdur bir o qədər də ürək açan deyil.

    Françayzinq sahibkarlıq fəaliyyəti ilə bağlı olan müqavilədir, hansı ki sahibkarlıq məşğul olanın şəxs digər sahibkarın markasından, adından, nüfüzündan və əqli mülkiyyətindən istifadə edərək gəlir əldə edir. Lakin bu yanaşma kontinental hüquq sistemində komersiya konsessiyasından fərqləndirəcək anlayış deyildi. Françayzinqə daha dəqiq hüquqi xarakteristika Britaniya Françayzinq Assosasiyası tərəfindən verilmişdir. Assosasiyaya görə françayzinq biznesin bir növü olmaqla yanaşı, elə bir müqavilə növüdür ki, françayzer sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən tərəfi(françayz alan) lazımı avadanlıqlarla təmin etməli, biznes dəstəyi verməli hətta personala işin örgədilməsini təmin edir və özünün firma adından istifadə etməklə, məhsullarının satışını(və ya xidmət) həyata keçirməsinə hüquqlarını verir. Françayzinq müqaviləsi müddətli müqavilədir və bu müddət ərzində sahibkar françayzerə  müəyyən haqq ödəyir. Ödənilən məbləğ müqavilə ilə tənzimlənir- Birdəfəlik və ya vaxtaşırı ola bilir. Britaniya Françayzinq Assosasiyası tərəfindən verilən tərif müəyyən dəyişiklilərlə Azərbaycan Respublikasının Mülki Məcəlləsində öz  əksini tapmışdır.

    2014-cü ildə ölkəmizdə Azərbaycan Françayzinq Mərkəzi təsis edildi. AFM dünyadakı françayzinqlə bağlı təcrübənin Azərbaycanda tətbiqinə çalışmaqla yanaşı ölkədaxili uğurlu brendlərin beynəlxalq bazarlarda françayzinq biznes modeli ilə təmsil olunmasını təşkil edir. Bununla yanaşı, dünyaca məşhur uğurlu brendlərin Azərbaycanda yerli sahibkarlarla işgüzar əlaqələr quraraq təmsil edilməsində də dəstəklər göstərir. Mərkəz həmçinin, investorlara yeni biznes konseptin qurulması və françayzinq biznes modelinin inkişaf etdirilməsi xidmətini təklif edir.

    Sadələşdirilmiş formada françayzinqi belə xarakterizə etmək olar: komerssiya fəaliyyətinin elə növüdür ki, bu zaman sahibkar (müəssə) bütün komersiya əməliyyatlarında milli və ya beynəlxalq bazarda tanınmış firmanın firma adından,  əmtəə nişanından istifadə etmək haqqında  tərəflər arasındakı razılıqdır.

    Təqdim olunan mal və xidmətlərin satışının daha asan həyata keçirilməsi və bu zaman risk səviyyəsinin aşağı olması françayzerlər üçün ən başlıca faydalardır. Françayzinq – françayzer və françayzi arasında yaradılan şəffaf münasibətlər sistemidir. Bu razılaşma nəticəsində qarşılıqlı maraqların təmin edilməsi ilə françayzerin bilikləri, imici, uğuru, istehsal metodları və marketinqi françayziyə ötürülür. Başqa cür desək, françayzinq – bir şirkət (françayzer) tərəfindən digər bir şirkətə (françayziyə) patentləşdirilmiş ideyanın, brenddən istifadə hüququnun, biznesin idarə edilməsi metodikasınınn, marketinq və reklam strategiyasinin, həmçinin lazimi xüsusi avadınlıqların və digər biliklərin qarşılıqlı razılaşma əsasında verilməsidir.

    Françayzinqin məqsədi dünya bazarında tanınmış firma və ya şirkətlərin bizneslərini əlavə xərcə yol vermədən genişləndirməsini eyni zamanda da müəəssələrin həmin firma adlarında istifadə etməsini təmin etməkdir. Mövcüd hal hər iki tərəf üçün əlverişli hesab edilir. Belə ki,  istifadəçi müəssələr françayzerin istehsal etdiyi malın və ya göstərdiyi xidmətin reklamına xərc çəkmir. Çünki artıq dünya bazarının tanıdığı addan istifadə edir. Françayzer isə başqa ərazidə öz firmasını, nümayəndəliyini və ya birgə müəssə yaratmadan işini genişləndirmiş olur. Françayzinq əsasən iki fəaliyyət istiqamətini əhatə edir:

Praktikada satış, ticarət, xidmət və istehsal françayzinqləri fərqləndirilir.

 

  Françayzinq əsasən iki fəaliyyət istiqamətini əhatə edir:

  1. malların istehsalı və satışı

  2. xidmət göstərilməsi

  Praktikada satış, ticarət, xidmət və istehsal françayzinqləri fərqləndirilir.

 

    Satış françayzinqi firma-françayzerin ümumi nəzarəti altında vahid satış şəbəkəsinin yaradılmasını nəzərdə tutur, yəni françayz alan françayz verənin firma mallarını onun ticarət nişanı altında satır.

 Ticarət françayzinqi odur ki, françayzerin ticarət  markasında istida edən müəssə açılır və fəaliyyət göstərir. Satış və ticarət françayzinqi mahiyyət üzrə eyni anlama gəlir. Xidmət françayzeri françayzerin xidmət nişanından istifadə edən və bu sahədə fəaliyyət göstərən şəbəkənin yaradılmasını nəzərdə tutur..

Istehsal françayzinqi odur ki, françayz alan françayz verənin əmtəə nişanından istifadə etməklə mal istehsal etməklə məşğul olur. Bu zaman françayzer müəssəyə texniki yardım da göstərir.

əlavə olaraq françayzinqin xüsusi növü olan subfrançayzinqi qeyd etmək lazımdır. Belə ki, françayzin alan françayzinq verəndən əldə etdiyi hüquqları başqa françayzinq alana verə bilər.

Tərəflərin arasındakı münasibətlərin hüquqi rəsmiləşdirilməsi üçün müqavilə yazılı əqd formasında bağlanır. Françayzinq müqaviləsi Mülki məcəllənin 723-cü maddəsinə görə elə bir uzunmüddətli öhdəlik münasibətidir ki, ona əsasən müstəqil müəssisələr zərurət olduqca spesifik öhdəliklərin icrası yolu ilə malın istehsalına, satışına və xidmətlərin göstərilməsinə kömək etməyi qarşılıqlı surətdə öhdələrinə götürürlər.

Franayzinq müqaviləsinə görə bir tərəf əqli mülkiyyət hüquqlarından istifadə hüququnu bazarda müəyyən növ malların və ya xidmətlərin realizə olunması üçün digər tərəfə verməyi, françayz alan isə  əvəzində haqq ödəməyi öz öhdəsinə götürür.

Françayzinin mahiyyəti müqavilə tərəflərinin vəzifələrinə nəzər yetirdikdə daha aydın olur. Belə ki, MM-nin 724.1-ci maddəsinə əsasən Françayz verən françayz alana standart formalı qeyri-maddi əmlak hüquqlarını, əmtəə (ticarət) nişanlarını, mal nümunələrini, qablarını, məhsulun istehsalı, əldə edilməsi, satışı və fəaliyyətin təşkili konsepsiyasını, habelə satışa kömək üçün zəruri olan başqa informasiyanı özünün tətbiq etdiyi şəkildə verməyə borcludur.

Françayzinq verən hüquqlar və verilən informasiyaya görə məsuliyyət daşıyır. Onun təqsirinə görə müqavilə şərtləri pozularsa françayzinq alan əvəz ödənilməsini azalda bilər. Azaltmanın qiyməti müstəqil ekspertin rəyi əsasında müəyyənləşdirilir.

 Françayz alan françayzinqin həyata keçirilməsi sisteminə qoyduğu zəhmət nəzərə alınmaqla hesablanan muzd ödəməli və vicdanlı sahibkar kimi fəaliyyət göstərməli, müqavilənin məqsədi ilə bilavasitə bağlı olan hallarda françayz verənin və ya onun göstərdiyi şəxslərin vasitəsilə xidmətlər qəbul etməli və mallar əldə etməlidir. Ödənilən muzda françayzinq haqqı deyilir. Bu haqq müxtəlif formalarda tətbiq edilir: birdəfəlik ödəniş, vaxtaşırı ödəniş, satış qiymətindən verilən faiz və s. Daha geniş yayılmış ödənişlər isə pauşal və royaltidi. Pauşal ödəniş birdəfəlik ödənişdir. Müqavilə bağlanan kimi dərhal ödənilir. Bu françayz verənin çəkdiyi xərcin əvəzi kimi çıxış edir.  Royalti isə vaxtaşırı ödənişdir. Bu ödəniş dövriyyə məbləğindən ödənilən müəyyən haqqdır. Satış pulundan ayrılmalar formada ödənilən muzd isə daha ədalətli ödəniş formasıdır. Belə ki, françayz verənə ödənilən pul fraçayz alanın uğurlu sahibkarlıq fəaliyyəti ilə bağlıdır.

Mülki məcəllənin 723-cü maddəsində müstəqil müəəssələrin qarşılıqlı öhdəlik göstürməsini vurğulayır. Digər tərəfdən isə bu müqavilənin məqsədi iqtisadi fəaliyyətin həyata keçirilməsidir. Buna görə də müqavilənin tərəfi kimi yalnız sahibkarlıq fəalliyyəti ilə məşğul olan şəxslər ola bilər. Dövlət və sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər bu müqavilənin tərəfi ola bilməz. Baxmayaraq ki, anlayışda “müəssələr” qeyd edilib, qanun fiziki şəxsin müqavilədə tərəf kimi çıxış etməsinə heç bir qadağa yoxdur.

Françayzinq müqaviləsinin predmeti əqli mülkiyyət hüququndan istifadə hüququdur. Belə hüquqlar 724-cü maddədə sadalanıb. Müqavilənin predmeti kimi istehsal sirri(nou-hau), ticarət sirri və digər komersiyya informasiyasına olan hüququ da əlavə etmək olar. Mülki məcəlləyə görə müqavilə tərəflərəri etibar edilmiş informasıyanı açıqlamamaq vəzifəsini öhdələrinə götürürlər. Françayzinq müqaviləsi bağlanarkən tərəflər bir-birini françayzinq ilə bağlı hallarla, xüsusən françayzinq sistemi ilə açıq-aşkar və tam tanış etməli və bir-birinə vicdanlı surətdə informasiya verməlidirlər. Müqavilə bağlanmamış olsada tərəflər etibar edilmiş informasiyanı yaymamalıdırlar.

Françayzinq müqailəsi ikitərəfli, əvəzli, müddətli və konsensual müqavilədir.  Françayzinq hüquq münasibətlərində iştirak edən  tərəflər (françayzinq alan və françayzinq verən) qarşılıqlı hüquqlara malik olmaqla eyni zaman da vəzifələr də daşıyırlar. Müqailənin mühüm şərtləri barədə tərəflər razılığa gəldiyi andan huquq və vəzifələr yaranır. Bu müqailənin əsas xüsusiyyətlərindən biridə odur ki müəyyən müddətə bağlanır. Mülki Məcəlləyə görə françayzinq müqaviləsi uzunmüddətli öhdəlik münasibəti olsada qeyri müəyyən müddətə bağlana bilməz. Əgər müqavilənin müddəti on ildən çoxdursa, istənilən tərəfin ləğvetmə üçün zəruri olan bir illik müddəti gözləməklə müqaviləni ləğv etmək ixtiyarı vardır. Əgər tərəflərdən heç biri müqaviləni ləğv etmək üçün bu hüquqdan istifadə etmirsə, müqavilə iki il müddətinə uzadılır. Müqavilə müddətin bitməsi nəticəsində və ya tərəflərin təşəbbüsü ilə ləğv edildikdə tərəflər qarşılıqlı etimad prinsipini gözləməklə müqavilənin müddətini işgüzar qarşılıqlı münasibətlərin faktik qurtardığı vaxtadək eyni və ya dəyişdirilmiş şərtlərlə uzatmağa çalışmalıdırlar.

    Əgər fraçayzinq müqaviləsinin predmeti əqli mülkiyyətdən istifadə hüquqlarının verilməsini təşkil edirsə ona müəlliflik hüququ haqqında qanunveriçiliyin müddəaları tətbiq edilir. MM-nin 731.2-ci maddəsinə əsasən əgər françayz alan françayz verənin və ya françayz verənlə bağlı hər hansı müəssisənin mallarını yaymaqla daimi məşğul olursa, MM-nin ticarət nümayəndəliyi (agentliyi) və  konsessiya müqaviləsi haqqında müddəaları tətbiq edilir. Əgər françayzinq müqaviləsinin iştirakçıları başqa öhdəliklər (o cümlədən alğı-satqı, əmlak kirayəsi, podrat və xidmətlər göstərilməsi) götürürlərsə, iştirakçıların hüquq münasibətlərinə bu Məcəllənin həmin müqavilə növləri haqqında müddəaları tətbiq edilir. Başqa sözlə, bizim bu halda bağlanmış müqavilələr müxtəlif müqavilə ünsürlərini əhatə etdiyinə görə qarışıq müqavilə hesab olur.

 

    İstifadə olunan ədəbiyyat:

İkinci nəşr. Bakı, Adventa MMC – 2013

  1. Сосна С.А., Васильева Е.Н. Франчайзинг. Коммерческая концессия. - М.: ИКЦ ≪Академкнига≫ 2005
  2. Мартин Мендельсон. РУКОВОДСТВО ПО ФРАНЧАЙЗИНГУ. M. «Сибли Интернэшнл, Инк.» 1995