Nəşrlərimiz
 
 
— "AYNHA Hüquq Jurnalı" (IV Sayı) Latent cinayətkarlıq
 

25-04-2018, 11:39

 

"AYNHA Hüquq Jurnalı" (IV Sayı) Latent cinayətkarlıq

Müəllif: Nuranə Hüseynova

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Siyasi İdarəetmə fakültəsi - III kurs

 

  Latent cinayətkarlıq

  Törədilən cinayətlər, səbəbləri, onlara qarşı mübarizə, cinayətkarların cəzalandırılması, sosial ədalətin bərpası, məhkumun islahı, yeni cinayətlər törədilməsinin qarşısının alınması üçün  cəmiyyətdə törədilən cinayətlərə dair statistik məlumatların  mühüm əhəmiyyəti vardır. Lakin törədilən cinayətlərin hər biri statistik məlumatlarda əks oluna bilmir. Heç bir ölkədə cinayətlərə dair statistika o ölkədəki cinayətlərin həqiqi sayını ifadə etmir. Məqalədə latent cinayətkarlığın mahiyyəti, latentliyin yaranma səbəbləri  araşdırılmış, latentlik səviyyəsi yüksək olan cinayətlər təhlil olunmuşdur.

  Cinayətkarlığın real ölçülərinin cinayət statistikasının məlum ölçülərindən əhəmiyyətli dərəcədə fərqləndiyini qeyd edərək A.Ketle yazırdı: “Bütün törədilmiş cinayətkarlığın yalnız kiçik bir hissəsi bizə məlum olur.”  “Latentlik(latınca latenus)-gizli, görünməz, xarici cəhətdən özünü göstərməyən deməkdir. Lüğətlərdə bu termin eyni zamanda gizlədilməyə yönəldilən, nə barədə isə susmaq, gizlətmək, görmə hüdudundan kənarda, digərlərinə nəyi isə görməyə, aşkar etməyə imkanverməmək və s.mənada da işlədilir.  Kriminologiyada latent cinayətkarlığa belə tərif verirlər: Latent cinayətkarlıq- hər hansı bir səbəblər üzündən hüquq-mühafizə orqanlarının rəsmi hesabat sənədlərində öz əksini tapmayan, lakin real mövcud olan cinayətkarlıqdır.(1, s.47)

  Latent cinayətkarlıq problemi yeni deyildir. Bu problem bir çox hüquqşünasların , kriminoloqların,diqqətini cəlb etmiş və onlar bu hadisənin obyektiv qiymətləndirmə imkanlarını axtarmışlar. Belçikalı sosioloq olan Quetelet cinayətkarlıqla əlaqədar araşdırmalarında statistik metodu istifadə edən ilk insandır və ildən-ilə cinayətlərin sayının artımında aşkar bir sistem olduğunu qeyd etmişdir. Latent cinayətkarlıqla bağlı araşdırmalar  XIX əsrin ortalarından etibarən başlanılmışdır. Quetelet və Guerry kimi XIX əsrin sosiologiya məktəbinin üzvləri olan yazarlar, araşdırmalarını rəsmi cinayət statistikalarına əsaslandırdıqları halda, onlar da bəzi əksikliklərin və qüsurların olduğunun fərqində idilər. (2, s.73) Ravson qeyd edirdi: Məhkum edilən cinayətkarların sayını ən dəqiq şəkildə göstərən qeydlər belə işlənən cinayətlərin sayını tam olaraq əks etdirmir, çünki bu daha çox zərərçəkənə, hakimin ədalətinə, hüquq mühafizə sisteminin dayanıqlığına bağlıdır. Eyni zamanda qeyd etmişdir ki, cəzalandırma az olduğu zaman cinayətlərin sayı çox ola bilər.

  Yapon hakim Shigema Oba Alman dilində olan doktorluq dissertasiyasında (1908) bu anlayışdan ilk dəfə istifaədə edərək, Alman kriminoloji araşdırmasına daxil etmişdir.(3, s.221)

  Cinayətkarlığın sosioloji problemlərini analiz edərkən E.Ferri həqiqi cinayətkarlıqla “görünən” və ya aşkar olunan cinayətkarlıq arasında fərqlər olduğunu qeyd etmişdir. Onun fikrincə bu hər şeydən əvvəl əhalinin baş vermiş cinayətlər haqqında hüquq- mhafizə orqanlarına az və ya çox dərəcədə məlumat vermə səviyyəsindən asılıdır. E.Ferri gizli cinayətlərin mövcudluğu və yaranma təbiəti ümumən tədqiq edilməsə də, o haqlı olaraq belə cinayətlərin mənfi nəticələrini, onun cəzasızlığa və son nəticədə yeni cinayət törədilməsinə gətirib çıxarmasını qeyd etmişdir.(1, s.47)

  Qeyd etdik ki, latent cinayətkarlıq- hər hansı bir səbəblər üzündən hüquq-mühafizə orqanlarının rəsmi hesabat sənədlərində öz əksini tapmayan, lakin real mövcud olan cinayətkarlıqdır.Bir ölkədə cinayətlərin real sayı məntiqi olaraq özündə latent cinayətləri də əhatə etdiyi  üçün heç bir zaman tam və doğru bilinə bilməz. Faletti ve Debove cinayətlərin təxminən 50 faizinin polisə bildirildiyini qeyd etmişdir.(4, s.12) Avstraliya Statistika Bürosunun 18500 insan üzərində etdiyi bir araşdırma törədilmiş cinayətlərin yalnız yüzdə qırx hissəsinin bilindiyini, yüzdə altmış hissəsinin isə “qara say” olaraq qaldığını göstərmişdir.E.Ferri cinayətlərin təsnifini belə vermişdir:

  1.   3.Gerçək cinayətlər-bir ölkədə işlənən bütün cinayətlər.Gerçək cinayətlər bilinən və “qanuni” cinayətlərin cəmindən ibarətdir.(5, s.33)

Latent cinayətlər əsasən qanun və qaydaların pozulduğu hallarda, ya heç kim tərəfindən nəzərə alınmayan, ya da həmin qanunları pozan şəxsin hərəkətlərinin ətrafındakı insanlar tərəfindən qanun pozuntusu olaraq görünmədiyi hallardır. Hüquq mühafizə orqanları tərəfindən qeydə alınan cinayətlər işlənən cinayətlərin çox kiçik bir hissəsini təşkil edir. Almaniyada aparılan bir araşdırmada xüsusən gənclərdə cinayət olaraq nəzərə alınan davranışların öyrəşilmiş davranış olduğu görülür.   Statistikaya əsasən, gənclərin formalaşma mərhələsində bir və ya birdən çox cinayət işləmələri ehtimalı yüksəkdir.

  Kriminoloqların ümumi qənaətinə görə cinayət nə qədər yüngül isə latentlik səviyyəsi də bir o qədər böyük olacaqdır. Bir qayda olaraq ağır cinayətlər daha tez aşkar olunurlar. Çünki onların nəticələrini gizlətmək çətindir. Məsələn, ölüm hadisələri bədənə yüngül xəsarət yetirməyə nisbətən az latentlidir. Qiymətli əşyaların oğurlanması xırda oğurluqlara nisbətən tez ifşa olunur.

Latent cinayətkarlığın yaranma səbəblərini zərərçəkmiş şəxsdən asılı olması və ya ondan asılı olmaması baxımından iki qismə ayırmaq olar

  Birinci hala aiddir:

  -zərərçəkmiş şəxs tərəfindən cinayətkarın müəyyənləşdirilə bilinməməsi. Bu zərərçəkmişin cinayət törədilən zaman olduğu vəziyyətdən qaynaqlana bilər.Məsələn, zərərçəkmişin azyaşlı olması, ətrafda cinayətkarı görmək üçün şəraitin əlverişsiz olması.(məsələn, havanın qaranlıqolmsı zərərçəkmişin çaşqınlığı və ya qormuş olmasıvə s.Almaniyada həyata keçirilmiş bir araşdırmada 16 yaş və 16 yaşdan yuxarı 20000 şəxslə anket sorğusunda onlara son 12 ay içərisində hər hansısa bir cinayətin qurbanı olub-olmadıqları  soruşulmuşdur.onlardan 22,7 %-i anket daxilindəsoruşulan cinayətlərin qurbanı olduqları bildirmişlər.Ən çox mühərrikli nəqliyyat vasitələrinə  zərərvurma cinayətinin qurbanı olduqlarını,(7,3%), 5,9% dələduzluq cinayətinin qurbanı olduğunu, 5% velosiped oğurluğu cinayətinin, 3,9 % avtomobil hissəsi və ya avtomobilin içindən əşya oğurlanmasının və2,1%-i evə girilərəkişlənilən oğurluq cinayətinin qurbanı olduqlarını bildirmişlər.(6, s.203)

  -Zərərçəkmiş və cinayətkar arasında mövcud olan və ya əvvəllər mövcud olmuş münasibətlərə görə zərərçəkmişin hüquq mühafizə orqanlarına xəbər verməkdən qaçınması(Məsələn, valideyn-övlad münasibətləri, qohumluq, dostluq, qonşuluq və s.)Ailə daxili  münasibətlər də bəzi latent cinayətkarlığın yaranmasının səbəblərindəndir.Məsələn, əri tərəfindən işgəncəyə məruz qalan qadın ondan şikayət edib-etməmək arasında tərəddüddə qalar.Çox zaman ailənin gəlir mənbəyinin itirilməsindən hətta ictimai qınaqdan çəkinərək belə cinayətlərin latent xarakterli olmasına yol açırlar. Məişət zorakılığı dünyanın bütün ölkələrində və sivilizasiyalarında yayılıb və insanın nə sosial vəzaiyyətinə, nə də ki, cinsinə, irqinə bağlıdır. 2004-cü ildə qadınlar arasında keçirilmiş sorğuya əsasən aşağıdakı ölkələrin qadınları kişilər tərəfindən döyülmə hallarını normal hal sayır: 94 % - Misir; 91% -Zambia; 70 % -Hindistan; 69%- Efiopya; 48%-Haiti; 34% -Nikoraqua. (7, s.41)Almaniyada ildə 100min-4 milyon qadının əri tərəfindən şiddətə məruz qaldığı, hər üç evli qadından birinin şiddət gördüyü təxmin edilir. Lakin rəsmi açıqlamalara əsasən, Almaniyada ildə ortalama sadəcə 40min qadın uşaqları ilə birlikdə qadın evinə yerləşdirilir. Türkiyədə aparılan araşdırmalara əsasən, ərindən şiddət görən qadınların 77,8 % -i müvafiq orqanlara bu barədə müvafiq orqanlara şikayət vermir. (8, s.4)Məişət zorakılığının qarşısının alınması üzrə atılan qətiyyətli addım İngiltərədə baş verdi. Belə ki, 1853-ü ildə qəbul olunan “Qadınlara və uşaqlara qarşı zorakılığın aradan qaldırılması və cəzalandırılması haqqında” Akta əsasən, ailədə fiziki zorakılığı tətbiq edən kişini qısa müddətə azadlıqdan məhkum etmək imkanı verildi(1,s.9). İlk dəfə ABŞ-da XIX əsrin sonlarında qadınlara qarşı zorakılıq cinayət kimi tanındı.

  -Zərərçəkmişin törədilən cinayəti əhəmiyyətli saymaması

  -Zərərçəkmişin bu barədə məlumat verdikdən sonra bir sıra məsələlərlə qarşılaşmaq istəməməsi, bundan çəkinməsi, qorxması (Məsələn, zaman,pul itkisi, etibarını itirmə, utanc, münasibətlərin pozulması,bunun nəticəsində bir sıra məhrumiyyətlərə məruz qalma qorxusu, yaşadığı sarsıntını təkrar yaşamaqdan qorxma kimi səbəblərlə şikayət etməkdən çəkinmək)

  -Zərərçəkmişin cinayəti sübut edə bilməmə qorxusu

  -Zərərçəkmişin cinayətkarın vəzifəsindən kimliyindən qorxması

  -Zərərçəkmişin və ya onun ətrafının cinayəti xəbər verməməsi nəticəsində bir sıra faydalar, gəlir və ya üstünlüklər qazanması

  -Zərərçəkmişin cinayətkarın cəzasını özünün verməsi istəyi, intiqam arzusu

  -Zərərçəkmişin yaşadığı mühit, adət-ənənələrin təsiri. Bəzi qrup cəmiyyətlərdə şəxsin hüquq mühafizə orqanlarına şikayəti qəbulediməzxarakter daşıyır.Məsələn bəzi ucqar kəndlərdə gənclərin aralarında işlədikləri cinayətləri ailələri özaralarında həlledər, bu barədəpolisə bildirməzlər. Bəzi  irq və din azlıqları da anlaşılmazlıqları öz aralarında həll etməyə üstünlük verirlər.Məsələn, Amerikada zəncilər arasında işlənəncinayətlərin çoxundan polisin xəbəri olmaz.(9,s.60)

  -Zərərçəkmişin polisə və onun üsullarına güvənməməsi. Məsələn, məcburi köçkünlər məskunlaşdıqları ölkənin polisinin və ya yerli xalqın onlara qarşı düşmən münasibət bəslədiyini və onlara bir köməyi dəyməyəcəyini düşünürlər.

  -Zərərçəkmişin cinayətin törədilməsi ilə zərərçəkməsinin fərqində olmaması

  İ.A.İsmayılov respublikamızda latent cinayətkarlığın əsasən aşağıdakı səbəblərdən yarandığını göstərmişdir:

  •   Cinayətkarlıqla mübarizə aparan hüquq -mühafizə orqanlarının maddi-texniki,kadr və digər potensialının kifayət edəcək səviyyədə olmaması
  • Bir qrup cinayət növlərinə əhalinin dözümlülüyü, bəzən isə biganə münasibəti
  • Bir çox hallarda zərərçəkənlərin hüquq mühafizə orqanlarına olan inamsızlıq hissi
  • Bəzi hüquq-mühafizə xidməti əməkdaşlarının öz xidməti borclarına əməl etməməsi, törədilmiş cinayətlər faktlarını gizlətmək və ört-basdır etməyə cəhd göstərməsi
  • Bir qrup hüquq-mühafizə orqanları əməkdaşlarının peşəkar səviyyəsinin aşağı olması və s.

  Cinayətkarlığın latentliyi nəzərə alınmaqla onun yayılma dərəcələrinin müəyyən edilməsi metodikaları aşağıdakılardır:

  1)Bir sıra statistikgöstəricilərin tutuşdurulması; 2)Cinayət statistikası, mülki-hüquqi qərarların, inzibati hüquq-pozmaların məlumatlarının tutuşdurulması.Məsələn,əgər cinayət statistikasının məlumatlarına görətəhqir, böhtan faktlarının sayı azalır, amma məhkəmə statistikalarının məlumatlarına görə vətəndaşlarının ləyaqətinin qorunması barədə buraxılmış və təmin edilmişiddiaların sayı artırsa, deməli,bucinayətlər yayılmaq üzrədirlər, lakin vətəndaşlar bu barədə hüquq- mühafizəorqanlarına müraciət etmirlər. 3)Cinayət statistikasının məlumatları cinayətlər barədə ərizə, şikayət və xəbərlərlə tutuşdurulur.4) Əhali arasında sorğu aparılır.(1, s.48)                             

  Kriminlogiya elmi və bir çox kriminoloqlar tərəfindən müxtəlif növ cinayətlərin müxtəlif latentlik dərəclərinə malik olması artıq kifayət qədər tam müəyyən edilmişdir. Cinayət növləri bir-birindən az və ya çox latentlik səviyyəsi ilə fərqlənir. Ən az latentlik qəsdən adam öldürmə, quldurluq, qəsdən bədənə ağır xəsarət yetirmə cinayətlərinə, ən çox latentlik isə rüşvətxorluq, bədənə yüngül xəsarət yetirmə, xuliqanlıq, alıcıları aldatma oğurluq və s. cinayətlərə xasdır.

  Narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsindəki hüquq pozuntularının yüksək latentliyini nəzərə alaraq latentlik nöqteyi-nəzərindən bu cinayətkarlığın araşdırılması xüsusi əhəmiyyət kəsb edir.Narkotizmin sosial bəla olduğunu qeyd edərək hüquq elmləri doktoru B.Zahidov yazır: «Narkotizm, ən ağır və təhlükəli nəticələr doğuran, sarsıntıları və faciələri ilə hüdudsüz olan kriminal təzahür formasıdır. Məhv olmuş milyonlarla insan həyatı, fiziki şikəstliklər, narkomanlıq, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi nəticəsində törədilən ağır, o cümlədən mütəşəkkil və transmilli cinayətkarlıq, narkomafiya və narkoterror qruplarının beynəlxalq miqyasda narkokartellərlə və narkosindikatlarla sıx əməkdaşlıq zəminində bəşəriyyətə vurduğu ölçüyə gəlməz zərərlər, bu qlobal problem haqqında müəyyən dolğun təsəvvürlər yaratmaqdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2017-ci ilin yanvar-iyun aylarında qeydə alınmış 13182 cinayət hadisəsinin 1694-ü və ya 12,9 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olmuş, onların da 63,9 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama, 28,2 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri hazırlama, istehsal və emal etmə, daşıma, göndərmə və satma, 6,1 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,8 faizini  güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər təşkil etmişdir.Daxili İşlər Nazirliyinin əməkdar işçisi Əzim Piriyev  bu sahədə cinayətlərin az üzə çıxarılmasının əsas səbəbləri arasında aşağıdakıları qeyd etmişdir:

  Narkotik cinayət subyektlərinin belə cinayət törətdiklərini gizli saxlamaqda maraqlı olmaları; əldəedilən nəticədən qarşılıqlı maraq; bununla bağlı olaraq hüquq mühafizə orqanları ilə münasibətə girmək istəməmələri; narkotikdən istifadə edənlərə onları təchiz edənlər arasında hər iki tərəfin cəzalandırılması qorxusu altında ciddi konspirasiya tələb edən qarşılıqlı sərfəli və  qarşılıqlı asılı əlaqələrin olması. Təsadüfi deyil ki, narkoloji müalicəxanalara daxil olmuş narkomanlar həyatları və sağlamlıqları üçün ən ağır və təhlükəlivəziyyətdə belə,bir qayda olaraq, narkotikləri əldə etdikləri mənbələri göstərmirlər. Narkomanların özlərini belə aparmasını şərəf, borc və ya həmrəylik kimi yüksək əxlaqi pirinsiplərlə izah  etmək düzgün olmazdı:bunun səbəbi əksər hallarda narkotiklər əldə edilməsi mənbəyini itirmək və ya həmin mənbənin ünvanını dediyinəgörəqisas qorxusundan ibarət olur; narkotizmlə mübarizənin təşkilati-hüquqi, kadr, taktiki və maddi-texniki tədbirlərinin qeyri-kamilliyi.(1, s.48)

  Dələduzluq cinayəti də yüksək latentliyi ilə seçilən cinayətlərdəndir. Əsasən bu növ cinayətlərin böyük qismi barədə müvafiq orqanlara məlumat verilmədiyindən, zərərçəkənlər bu barədə passivlik nümayiş etdirdiyindən və lazımi məlumatları bildirmədiyindən  onların qeydiyyatı baş tutmur, bununla da dələduzluq cinayətlərində latentlik səviyyəsi artmış olur.Nəticədə isə cəzanın ən mühüm məqsədlərindən olan sosial ədalətin bərpası, islah, yeni cinayətlərin törədilməsinin qarşısının alınması həyata keçirilmir.İlk növbədə bu cinayətlərin xəbərdarlığı üçün   səmərəli və kompleks mübarizənin həyata keçirilməsi lazımdır. Artıq, Azərbaycan mühitində dələduzluqların xəbərdarlığı və profilaktikası üçün geniş təcrübə toplanmış və mübarizə  sistemliliyi və  prinsipiallığı ilə səmərə verir.

  Lakin, vətəndaşlarda həqiqəti gizlətmə halları artdıqca dələduzların və dələduzluqların da dairəsinin artması “özgənin əmlakına sahib çıxmaq hüququ” adi hala çevrilir. Sığorta dələduzluğu, maliyyə-kredit sahəsində dələduzluq yolu ilə mənimsəmələrin məbləğləri artır. Mobil telefon şirkətlərində baş verən cinayətlərin aşkar olunmasındakı çətinliklər, bilik və təcrübə qıtlığı da, bu sahədə dələduzluqlara zəmin yaradır. Dələduzlar təkcə özgənin əmlakını yox, əmlaka olan hüquqları da qanunsuz olaraq əldə edir. Burada fəal rol zərərçəkənlərə məxsusdur. (10)2017-ci il ərzində DİN-nin statistikasında dələduzluq cinayətləri ötən ilə müqayisədə 11,8 faiz azalıb.(11)

  Yüksək latentliyi ilə seçilən cinayətlərdən danışarkən rüşvət alma, rüşvət vermə xüsusilə qeyd edilməlidir. Korrupsiya ilə mübarizə problemi XX əsrin 80-90-cı illərindən etibarən dünya ictimaiyyətinin, o cümlədən Azərbaycan cəmiyyətinin ən mühüm məsələlərindən biri olmuşdur. Korrupsiya cinayətlərində latentliyin yüksək səviyyədə olmasına ən əsas təsir göstərən amillərdən biri də hər iki tətəfin onu gizlətməkdə əsaslarının olmasıdır. Korrupsiya, sosial hadisəni səciyyələndirən bütün zəruri əlamətlərin daşıyıcısıdır, çünki korrupsiya ümumən cəmiyyətin, müxtəlif sosial qrupların və ayrıca götürüldükdə hər bir konkret şəxsin maraqlarına toxunur.   Korrupsiya təzahürləri nəticəsində qanunların aliliyi, hamının qanun qarşısında bərabərliyi, sağlam rəqabət və sosial ədalət prinsipləri pozulur, siyasi-iqtisadi sabitliyin institusional əsaslarının, sosial birliyin zəifləməsi baş verir; insan və vətəndaş hüquqlarının və qanuni maraqlarının pozulması halları artır; əhalidə ayrı-ayrı dövlət orqanlarına və strukturlarına inamsızlıq yaranır, dövlət orqanlarının nüfuzu aşağı düşür; qanuna, ədalətə inamsızlıq hissi güclənir; - cinayətkar əməllərin latentlik səviyyəsinin yüksəlməsinə şərait yaranır və s.

  Cəzanın məqsədi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmişdir. “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cinayətlərin latent xarakterli olması ona qarşı mübarizəni, sadalanan məqsədlərə nail olunmasını çətinləşdirir. Nəticədə isə yaranan cəzasızlıq hissi cinayətkarları yeni cinayət törətməkdən çəkindirmir, onları öz cinayətkar fəaliyyətlərini davam etdirməyə sövq edir. Bunlar isə vətəndaşların hüquq mühafizə orqanlarına inamsızlıq yaranır, onların təhlükəsiz şəraitdə yaşamalarına inamı azalır. Bu problemlərin aradan qaldırılmasında  nə qədər önəmli rol hüquq mühafizə orqanlarına düşsə də, latent xarakterli cinayətlərin üzə çıxmasında zərərçəkənin və onun ətrafının rolunu nəzərə alaraq ən effektiv həllərdən biri kimi maarifləndirməni qeyd etmək lazımdır. İnsanların öz hüquqlarını, qanunları bilməsi  zərərçəkənlərin, cinayət barədə zəruri məlumatı olan şəxslərin hüquq mühafizə orqanlarına bu barədə məlumat verməsi bu baxımdan mühüm rol oynayır.

 

  İstifadə olunmuş ədəbiyyat siyahısı

  1. Ə.S.Piriyev, Kriminalogiya,dərslik Bakı-1999 s.47-50

  2. McClintoc, The dark figure, Sixth European Conference of Direcetors of Criminological Research İnstitutes, Council of Europe, Strasbourg, 1969,s.3-dən Füsun Sokullu-Akıncı,s.73

  3. Günther Kaiser, Kriminologie,9.Auflage,Heidelberg, 1993, p.221

  4. Ahmet Polat-Cinayət statistikalarıilə əlaqədar problemlər və tövsiyələr s.12

  5. Sülhi Dönmezer, Kriminoloji, Beta yayınları, 8.Baskı, İstanbul.1994, s.33

  6. Bernd –Dieter Meier, Kriminologie,4.Auflage,München 2010 p.203

  7. Andreü Fagan , The Atlas of Human Rights, Myriad Editions, First Edition, p.41-42

  8. Prof.Dr.Nur Centel - Kadını şiddete karşı korumaya yönelik yasa hükümlerine eleştirel yaklaşım, s.4

  9. Von Hentig, Hans,  Crime, Causes and conditions, New York, p.60

  10. http://modern.az/az/news/152204#gsc.tab=0  21.12.2017

  1.   11. http://strateq.az/kriminal/235432/az%C9%99rbaycanin-2017-ci-il-ucun-cinay%C9%99t-statistikasi.html 23.02.2018