Nəşrlərimiz
 
 
— İdman hüququ və peşəkar oyunçuların müqaviləsi
 

27-01-2022, 12:17

 

İdman hüququ və peşəkar oyunçuların müqaviləsi

İdman hüququ və peşəkar oyunçuların müqaviləsi

 

Müəllif-Aybəniz Hüseynova

Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə bakalavr məzunudur.

 

Xülasə: Ölkəmizdə inkişaf etməkdə olan idman bir hüquq sahəsi kimi də formalaşır. Milli qanunvericilikdə bu sahədə çox az sayda materialın olması absurd haldır. Bu məqalədə peşəkar futbolçuların öz hüquq və azaqlıqları, həmçinin bağlamış olduqları müqavilələrin etibarlı və ya etibarsız olması öz əksini tapmışdır.

        

Açar sözlər: İdman hüququ, idman müqaviləsi, idman müqaviləsinin etibarlılığı peşəkar oyunçu statusu, peşəkar oyunçu transferi

 

  1. İdman- insanların sağlamlıqlarını qorumaq, zehni  və fiziki bacarıqlarını inşikaf etdirmək üçün etdikləri fiziki və zehni fəaliyyətidir.

İdman hüququ-idmançıların, klubların, komanda sahibi, şirkətlərin, milli və beynəlxalq fedarasiyaların, Beynəlxalq Olimpia Komitəsinin dövlətlə əlaqəli qurumlarının, bir-biri ilə idman hərəkəti və fəaliyyətləri ilə əlaqəli münasibətlərini, idmanın müstəqilliyini göz önündə göstərərək əmək hüququ və kommersiya hüququ kimi hüquq qolları ilə əlaqədirərək  xüsusi bir qanunlardan yaranan özünə məxsus bir hüquq qoludur. Ümumi olaraq idman ilə əlaqəli sponsorluq müqavilələr, nəşriyyat müqavilələr, idman təşkilatlar tərəfindən çalışdırılan işçilərlə yaranan anlaşılmazlıqlar, idman təşkilatlarının öz aralarında çıxan problemlərlə əlaqəli anlaşılmazlıqlar və idmanı nizamlayan orqanların idmançıları verdikləri intizam cəzalərı ilə əlaqəli uyğunsuzluqları əhatə edir.1

İdman hüququnun xüsusiyyətləri:

 

1. Öz-özünü nizamlayan bir sistemdir. Beynəlxalq və milli idman fedarasiyaların qaydalarını tərtib edər.

2. İkiqat quruluşludur. Fedarasiya qaydaları ilə milli və beynəlxalq hüquq qaydaları   qarşılıqlı fəaliyyətlidir.

3. Beynəlxalqdır. Milli Fedarasiyalar Beynəlxalq Federasiyalarla əlaqəlidir.

4. Çox təsirlidir. İqtisadi baxımdan vacib olan və idmandan qaynaqlanan  birbaşa və dolayı olaraq  bir çox insan və təşkilatları  maraqlandıran qaydalardır.2

 

İdmanda sponsorluq

 Sponsor- ingiliscə dəstəkləmək, himayə etmək mənasına gəlir.3 Sponsorluğun psixoloji və iqtisadi hədəfləri vardır. Ancaq psixi hədəflər adətən ön plandadır.4 Günümüzdə yetərli iqtisadi dəstək göstərmədiyi təqdirdə hər hansı idman təşkilatlarınının tənzimlənməsi çətin olmağa başlayıb. İdman təşkilatlarının  iqtisadi dəstək ehtiyacı ilə şirkətlərin kommersiya və reklam ehtiyacı idman sponsorluğuna olan tələbi artırıb5. İdman sponsorluğu  3 formada həyata keçirilir: idmançı sponsorluğu, idman klublarının sponsorluğu və idman təşkilatlarının sponsorluğu. Sponsorluq olmadan böyük təşkilatların  reallaşmasının  mümkünlüyü görünmür. Sponsorluq idmançını təşviq edər, motivasiyasını artıraraq  uğura çatmasında rol oynayır, eyni zamanda yaxşı bir gəlir əldə etməsinə xidmət edər.

 

 

1 https://tr.wikipedia.org/wiki/Spor_hukuku

2 Viegweg /2010

3  Anonim.Resimli Redhouse, İngilisce-Türkçe sözlük- Milliyyət Yayınları 1991

4Yaral,Ç.Z, İşletmelerde Sponsorluq Çalışmaları İçində Sporun yeri.-İstanbul 1998 artırmışdır

5Oktay.A.Halkla İlişkiler Aracı olaraq Sponsorluk-Epsilon Yayıncılıq, İstanbul 1998

 

  2. İdman müqavilələri

  İdman hüququndakı müqavilələr gündəlik həyatdakı müqavilələrdən heç də fərqlənmir. Peşəkar  idmançılar da hər kəs kimi xidmətlərinə görə maaşla kompensasiya alırlar. İdman agentləri peşəkar idmançı üçün müqavilələrin təmin edilməsi və danışıqların aparılması baxımından xüsusi rol oynayırlar. İdmançıları təmsil edən hüquqşünaslar ümumiyyətlə müqavilələrin əsasları üzrə biliklərə malik olmalı və eyni idman növü üzrə digər idmançılara nisbətən öz müştərilərinin cari bazar dəyəri ilə tanış olmalıdırlar. Qeyd etmək lazımdır ki,  idmançı üçün müqavilələr təmin etmək üçün bir vəkilin işə götürülməsi tələb olunmur. İdmançının unikal istedları, qabiliyyətləri və bacarıqları olduğundan, onların müqavilələri amerika qanunvericiliyinə əsasən şəxsi xidmət müqavilələri kimi təsnif olunur. Hüquqi cəhətdən şəxsi xidmət müqaviləsi başqasına təyin edilə bilməz. Təyin edilərsə bu tapşırıq sayılır. Tapşırıq bir tərəfin müqavilə əsasında sahib olduğu hüquqların başqa şəxsə ötürülməsidir. Niyə şəxsi xidmət müqaviləsi təyin edilə bilməz? İdmançının istedadı unikaldır. Məsələn, Peyton Menninq müqaviləsini başqa oyunçuya təyin edə bilməz. Onun istedadları unikaldır. Komanda sahibi belə bir tapşırığı yerinə yetirə bilməz.

   Heç kim qanuni olaraq işləmək istəmədiyi halda kimsə üçün işləməyə məcbur edilə bilməz. ABŞ konstitusiyasının 13-cü maddəsinə əsasən Birləşmiş Ştatlarda tərəfin lazimi qaydada  məhkum edildiyi cinayətə görə cəza istisna olmaqla, nə köləlik,  nə də məcburi köləlik mövcud olmamalıdır. Konstitusiyanın bu müddəası kiminsə işləmək istəmədiyi halda işə götürüləndə  işləməsini tələb etməyə qadağa da daxil olmaqla şərh edilmişdir. İstənilən müqavilə  tərəflərin icazəsi ilə təyin edilə bilər. Təyinat hüququ oyunçunun müqaviləsinin bir hissəsidir.  Bununla belə,  bəzi oyunçuların  ticarət etmə bəndini qoymaq üçün kiyafət qədər sövdələşmə gücü vardır. Bu komandanı oyunçunu oynamaq istəmədiyi komandaya təyin etməkdən qoruyur.

   Müqavilə hüquqi qüvvəyə malikdir. Müqavilə tərəflərin fikirlərinin uyğunlaşmasını təmsil edir. İdman müqavilələri hər hansı digər əmək müqaviləsi formasında olduğu kimi müqavilənin qurulması prinsiplərinə tabedir.6

  1. İdman müqavilələrinin təbiəti- İdman müqavilərində ümumi müqavilə prinsipləri tətbiq edilsə də, çox vaxt belə müqavilələr konkret liqa və ya icma üçün o qədər vacibdir ki,  hər bir icmanın öz komandasınınn yaxşı çıxış etməsini görmək üçün xüsusi  maliyyə və emosinal marağı var. Əlbəttə ki, bəzi idman növləri ictimaiyyətə eyni cür təqdim olunmur və eyni geniş azerkeş dəstəyini almır.

 

3. Peşəkar futbolçuların statusu və transfer təlimatı

  AFFA-nın 61-ci maddəsinə əsasən oyunçuların statusunu və  transferini Oyunçuların Statusu və Transferi Komitəsi edir. Bu komitə futbol klubları, futbolçular, məşqçilər, vasitəçilər və futbolun digər subyektləri arasında olan mübahisələri həll edən hüquq tətbiqedici orqandır. 7

______________________________________________________________

 

4Yaral,Ç.Z, İşletmelerde Sponsorluq Çalışmaları İçində Sporun yeri.-İstanbul 1998 artırmışdır

5Oktay.A.Halkla İlişkiler Aracı olaraq Sponsorluk-Epsilon Yayıncılıq, İstanbul 1998

6https://sportslaw.uslegal.com/

 7AFFA-61 m

   Həvəskar bir futbolçu 15 yaşı tamam olanda təlimatlara uyğun gəlirsə peşəkar futbolçu statusunu qazana bilər.8 18 yaşdan kiçik olan həvəskar futbolçuların peşəkar statusa keçməsində qeydiyyatda olduqları klubun yazılı razılığının alınması məcburidir. FİFA nizamnaməsinə əsasən 18 yaşı tamam olmamış futbolçular beynəlxalq transfer edə bilməzlər.

 

 Transfer və peşəkar futbolçu müqaviləsi fərqi:

 

Belə ki, transfer müqaviləsi və peşəkar futbolçu müqaviləsi  tərəfləri və mövzu baxımından fərqlilikləri vardır. Transfer müqaviləsi klublar arasında, peşəkar müqaviləsi isə oyunçu ilə yeni klub arasında aparılır. Transfer müqaviləsi, adətən, transferin inzibati və maliyyə ölçülərinə əlaqəli hökmləri etiva edər. Peşəkar futbolçu müqaviləsi isə oyunçu və klub arasında bağlanılan bir iş müqaviləsidir. Bu müqavilələr bir-birindən bağımsızdır və yenə bir-birindən müstəqil hüquqi nəticələr doğurur.

 

Peşəkar futbolçu müqaviləsi

  1.  A.Oyunçunun hal-hazırda bir klubla sözləşməsinin davam edib etmədiyini öyrənmə:
  2.     Bir oyunçunun sözləşmə imzalamaq istəyən yeni klubun etməsi olan ilk şey oyunçunun hal-hazırda bir başka klubla müqaviləsi varmı?. Bu nöqtədə yeni klub sadəcə oyunçudan və ya oyunçunun köhnə klubundan aldığı məlumata etimad edə bilməz. FİFA qərarlarına əsasən, yeni klubun oyunçunun köhnə klubunun bağlı olduğu fedarasiyadan məlumat alması tövsiyə edilməkdədir. 10 Bu araşdırma nəticəsində oyunçunun hər hansı bir klubla müqaviləsi olmadığı təsdiq olunarsa, oyunçu “free agent” (sərbəst status)  vəziyyətindədir. Bu vəziyyətdə yeni klubun oyunçunun müqavilə imzalaması qarşısında maneə yoxdur.

 B. Müqavilə müzakirələri

Oyunçunun hal-hazırda bir başqa klubla müqaviləsi varsa yeni klubun oyuncu ilə müqavilə müzakirələri aparması və müqavilənin imzalanması baxımından önəmli olan fərqli bir proses vardır. FİFA Nizamnaməsində müqavilə müzakirələri sadəcə klub baxımından təşkil edilir. Belə ki, FİFA Nizamnaməsinin 18/3 maddəsinin ilk cümləsi uyğun olaraq “Oyunçu ilə müqavilə imzalamaq niyyəti olan klub, müqavilə müzakirələrinə başlamadan qabaq o oyunçunun mövcud klubuna yazılı olaraq məlumat verməlidir”.  Nizamnamənin bu cümləsində müzakirələrə başlamaq üçün hər hansı bir müddət qeyd etməmişdir.

    Ancaq yeni klub müəyyən edilmiş müddətə müzakirəyə başlaya bilməsi üçün mövcud  kluba yazılı məlumat verməsi şərtdir.  Yeni klubun oyunçu ilə müqavilə müzakirələrinə başlaya bilmək üçün mövcud kluba məlumat verməsi zəruriliyini ifadə edilmiş, ancaq mövcud klubun razılığını alınmasının zəruri olub-olmadığını bəyan edilməmişdir. 11 FİFA şərhində isə mövcud klubun oyunçu və yeni klubun oyunçu ilə mövcud klubun razılığını almaq şərti ilə müqavilə müakirələrini davam etdirə bilər və nəticədə yeni bir müqavilə imzalaya bilərlər.

 

8TFF Profesyonel Futbolçuların Statüsü ve Transfer Talimatı

9 (DRC 28.09.2007/ No. 9719).

11 FİFA Nizamnaməsi

 

Belə ki, FİFA Nizamnaməsinin 18/3 maddəsinin ilk cümləsi uyğun olaraq “Oyunçu ilə müqavilə imzalamaq niyyəti olan klub, müqavilə müzakirələrinə başlamadan qabaq o oyunçunun mövcud klubuna yazılı olaraq məlumat verməlidir”.  Nizamnamənin bu cümləsində müzakirələrə başlamaq üçün hər hansı bir müddət qeyd etməmişdir.

     Ancaq yeni klub müəyyən edilmiş müddətə müzakirəyə başlaya bilməsi üçün mövcud  kluba yazılı məlumat verməsi şərtdir.  Yeni klubun oyunçu ilə müqavilə müzakirələrinə başlaya bilmək üçün mövcud kluba məlumat verməsi zəruriliyini ifadə edilmiş, ancaq mövcud klubun razılığını alınmasının zəruri olub-olmadığını bəyan edilməmişdir. 12 FİFA şərhində isə mövcud klubun oyunçu və yeni klubun oyunçu ilə mövcud klubun razılığını almaq şərti ilə müqavilə müakirələrini davam etdirə bilər və nəticədə yeni bir müqavilə imzalaya bilərlər.

 

C. Mövcud klubun razılığı olmadan müqavilə imzalana bilərmi?

Oyunçu sadəcə mövcud klubu ilə olan müqavilə müddəti bitincə və ya bu müddətin bitməsinə 6 aydan az vaxt qala yeni klubla müqavilə imzalaya bilər”. Klublar ümumiyyətlə bu qaydadan yola çıxaraq  müqavilənin bitməsinə 6 ay qalan bir oyuncu ilə mövcud klubun razılığı olmadan müqavilə imzalana biləcəyini və bunun hüquqa uyğun olduğunu düşünməkdədir. Mövcud klubun razılğı olmadan yeni klubun müqavilə imzalamaq imkanını sadəcə oyuncuya təqdim edilməkdədir. Bu imkan, kariyeriyasını düşünən oyunçu üçün ağlabatan bir müddət ortaya qoymaqdadır. Buna qarşılıq olaraq, oyunçu ilə müqavilə imzalamaq istəyən yeni klub oyunçunun müqavilənin bitməyinə 6 ay qalmış olsa da mövcud  klubun razılığını almağa məcburiyyətidədir.13 Nəticə olaraq, oyunçu ilə müqavilə imzalamaq istəyən yeni klub oyunçunun mövcud klubuna yazılı məlumat vermək və onun razılığını almaq məcburiyyətindədir. Əks halda, yeni klub təzminat verə bilər. Buna qarşılıq mövcud müqavilənin bitməsinə 6 ay qalan bir oyunçunun isə mövcud klubun razılığını olmadan yeni klubla müqavilə imzalamaq hüququna sahibdir.

Müqavilədə əsas ünsürlər:

Aşağıdakı şərtlərin bir dənəsinin belə olmaması müqavilənin etibarsız olması deməkdir:

 

  1. 1.Tərəflərin adı, soy adı, ata adı.
  2. 2.Tərəflərin imzası
  3. 3.Müqavilənin müddəti
  4. 4.Müqavilədə göstərilən pul məbləği
  5. 5.Müqavilənin məqsədi
  6. 6.Tərəflərin öhdəlikləri
  7. 7.İşçinin işəgötürənlə əlaqəsi
  8. Tərəflərin adı, soy adı, ata adı-Futbolçular sadəcə futbol klubları ilə peşəkar futbolçu müqaviləsi imalaya bilər. Lakin şirkətlərlə peşəkar futbolçu müqaviləsi imzalana bilməz. Futbolçular futbol klubu olmayan şirkətlərlə imzalaladıqları müqavilələrlə bağlı qəbul edilə bilməz.

    _________________________________________

    12 FİFA Nizamnaməsi

    13 (DRC 27.11.2014/ No. 1114239, Para. 30).

 

  1. 2. Tərəflərin imzası: Müqavilədə hər iki tərəf borc altına girdiyi üçün peşəkar futbolçu müqaviləsinin etibarlı sayılması baxımından oyunçu və klub tərəfindən imzalanması zəruridir.14 Tərəflərin imza atmadığı bir müqavilə etibarlı deyildir.15

  2. A. Kiçiklər. Kiçiklərlə bağlanılan sözləşmənin oyunçudan başqa, onun qəyyumu tərəfindən imzalanması  zəruri şərtdir. FİFA Nizamnməsinə əsasən kiçik ifadəsi 18 yaşına çatmamış oyunçu olaraq qeyd edilmişdir.

B. Menecer. Müqavilədə menecer oyunçu yerin imza ata bilərmi? İmza oyunçunun şəxsiyyətinə bağlı bir hüquqdur. Bu etibarla DRC VƏ CAS qərarlarında menecer imzası oyunçunun imzası yerinə əvəz edilə bilməyəcəyi bəyan edilmişdir.16 Müqavilədə menecerin də imzasının olması zərurdirmi? FİFA Nizamnaməsinin 18/1 maddəsində müqavilədə agentlərin adlarının  olması zəruriliyi ifadə olunmuş, ancaq imzalarının olmasının zəruriliyi qeyd olunmamışdır.

C. Cüt imza: Müqavilənin klubun səlahiyyətli şəxsləri tərəfindən cüt və ya üç imza ilə imzalanması zəruriliyini və ya konkret bir şəxsin imzaya səlahiyyətli olma şərti klubun daxili qaydasıdır. (club-internal proxy rule). Belə bir qərarın varlığı haqqında oyunçuya açıqca məlumat verilmədiyi zamana qədər oyunçunun müqavilənin klub tərəfindən  sadəcə klubun prezidenti və ya vitse-prezidenti tərəfindən imzalanmasınını zəruri hesab edilməsi təbiidir. Belə bir ehtimalda sözləşmə etibarlıdır. 17 

D. Saxta imza: Saxta imza mövzusunda DRC qayda olar cəza mövzularında araşdırma səlahiyyətinin olmadığını və saxtalaşdırılmanı iddia edən tərəfin bu iddianı  öz milli məhkəmələri və ya ekspertlərə hesabatlarla sübut etməli olduğu qeyd edilməkdədir.18

 

2. Müqavilənin müddəti: FİFA Nimzanməsinin 18/2 maddəsində peşəkar futbolçu müqaviləsinin minimum müddəti o müqaviləsinin qüvvəyə mindiyi andan fəsilin sonuna qədər keçəcək müddət, maksimum  müddət isə 5 il olaraq qeyd edilmişdir. Həmçinin 18 yaşı tamam olmayan oyunçular 3 ildən artıq uzun müddətli peşəkar müqavilə imzalaya bilməz. 3 ildən artıq bağlanılan müqavilələr etibarsızdılar. FİFA şərhinə əsasən 18 yaşı tamam olmayan  oyunçularla 3 ildən uzun imzalanması halında sadəcə 3 il etibarlıdır, qalan müddətlər etibarsızdır.(md.1/3/2)

 

3. Əmək haqqı

İşəgötürənin sözləşmədəki ən əsas öhdəliyi əmək haqqı ödəmək borcudur. Oyunçunun alacağı əmək haqqının bütün müqavilə müddəti üçün müəyyən olması müqavilənin əsas şərtidir. DRC 2012 ilində verdiyi iki fərqli qərarında müqavilədə oyunçunun əmək haqqının 1 il üçün qeyd olunduğu, ancaq ikinci il üçün qeyd olunmamasını aşkar etmişdir.

 

14 (DRC 26.10.2006/ No. 1061318)

15 (DRC 10.05.2012/ No. 512476) (DRC 25.09.2014/ No. 09142368).

16 (CAS 2007/A/1429) (DRC 28.09.2007/ No. 97938)

17(DRC 20.07.2012/ No. 7121848) (DRC 26.10.2006/ No. 106399) (DRC 26.10.2006/ No. 1061097.)

18(DRC 11.03.2005/ No. 35239) (DRC 08.06.2007/ No. 67344)

 

Transfer müqaviləsi və transfer ödəməsi

   Oyunçuların Statusu və Transferi Haqqında Əsasnamənin 19 maddəsinə əsasən Peşəkar futbol klubu ilə qüvvədə olan müqaviləyə malik peşəkar oyunçunun yeni peşəkar futbol klubuna transfer edilməsi peşəkar oyunçunun əvvəlki və yeni peşəkar futbol klubları arasında bağlanan transfer müqaviləsi əsasında həyata keçirilir. Transfer müqaviləsi (habelə ona edilən dəyişiklik və əlavələr) yazılı surətdə tərtib edilməli, hər bir səhifəsi hər iki peşəkar futbol klubu tərəfindən imzalanmalı və bu peşəkar futbol klublarının möhürü ilə təsdiq edilməlidir.  Transfer müqaviləsinə peşəkar oyunçunun əvvəlki peşəkar futbol klubunun xeyrinə yeni peşəkar futbol klubunun həyata keçirdiyi transfer ödəməsi haqqında şərtlər daxil edilə bilər. Bundan əlavə, peşəkar futbol klubları transfer müqaviləsində peşəkar oyunçunun transfer edilməsinin transfer ödəməsi edilmədən ödənişsiz həyata keçirilməsini müəyyən edə bilərlər  Həmçinin transfer müqaviləsi ilə başqa qayda nəzərdə tutulmamışdırsa, transfer müqaviləsi qüvvəyə mindiyi tarixdən sonrakı 30 (otuz) təqvim günü ərzində yeni peşəkar futbol klubu tərəfindən transfer ödəməsi aparılır. Transfer ödəməsinin müddəti pozulduğu hallarda peşəkar oyunçunun yeni peşəkar futbol klubuna qarşı idman sanksiyaları tətbiq edilə bilər.19

 

18DRC 01.03.2012/ No. 3121034) (DRC 28.03.2012/ No. 3122702

19Oyunçuların Statusu və Transferi Haqqında Əsasnamə

 

Nəticə

Ümumi nəticə olaraq, idman hüququ yeni və inkişaf etməkdə olan hüquq sahəsidir. İdman normalarının milli qanunvericiliyə  implemendasiya formasıdan köçürülməsi məqbuldur, çünki bu sahə beynəlxalq hüquq sahəsidir. Həmçinin idmanla məşğul olan şəxslərin öz hüquqların və müqavilənin etibarlı olması üçün ünsürləri bilməyi önəmlidir. Hər hansı bir müddəanı bilməməkləri müqavilənin etibarsız sayılmasına səbəb ola bilər.

 Bu sahə ilə bağlı Azərbaycan hüquq ədəbiyyatının olmaması ilə bağlı problemlərin tez bir zamanda həll olunmasına ümid edilir.

 

  1. Viegweg /2010
  2. Anonim. Resimli Redhouse, İngilisce-Türkçe sözlük- Milliyyət Yayınları 1991
  3. Yaral,Ç.Z, İşletmelerde Sponsorluq Çalışmaları İçində Sporun yeri.-İstanbul 1998
  4. Oktay.A. Halkla İlişkiler Aracı olaraq Sponsorluk-Epsilon Yayıncılıq, İstanbul 1998
  5. AFFA-61 m
  6. TFF Profesyonel Futbolçuların Statüsü ve Transfer Talimatı
  7. DRC 28.09.2007/ No. 9719.
  8. FİFA Nizamnaməsi
  9. DRC 27.11.2014/ No. 1114239, Para. 30, DRC 26.10.2006/ No. 1061318
  10. DRC 10.05.2012/ No. 512476, DRC 25.09.2014/ No. 09142368).
  11. CAS 2007/A/1429, DRC 28.09.2007/ No. 97938
  12. DRC 20.07.2012/ No. 7121848, DRC 26.10.2006/ No. 106399, DRC 26.10.2006/ No. 1061097.
  13. DRC 11.03.2005/ No. 35239, DRC 08.06.2007/ No. 67344
  14. DRC 01.03.2012/ No. 3121034, DRC 28.03.2012/ No. 3122702
  15. Oyunçuların Statusu və Transferi Haqqında Əsasnamə
  16. https://sportslaw.uslegal.com/

https://tr.wikipedia.org/wiki/Spor_hukuku