Nəşrlərimiz
 
 
— Dövlət qulluğu və Dövlətin demokratik əsasları
 

25-04-2022, 22:56

 

Dövlət qulluğu və Dövlətin demokratik əsasları

Müəllif: Esmira Tağıyeva

Müstəqil Hüquqşünas

 

Dövlət qulluğu və Dövlətin demokratik əsasları

 

 

Dövlət qulluğunun anlayışı və əsas əlamətləri: Dövlət qulluğu anlayışına bu sahə ilə məşğul olan alimlərin baxışları da müxtəlifdir. Birinci, Çar Rusiyasında dövlətşunas alimlərdən Nelidov N.K. «Dövlət qulluğunun hüquqi və siyasi əsasları» kitabında (1874-cü il) dövlət qulluğuna dövlətə və ya daha dəqiq dövlət or­qanı ilə ona qulluq edən və onun iradəsini gerçəkliklə həyata keçi­rən şəxslər arasında münasibətlərin müəyyən hüquq normalarının məcmusu, Yanovski A. isə bu anlayışa «dövlət vəzifəsinin icrası tapşırılan şəxsin dövlətə münasibəti» kimi baxırlar. Məşhur hüquqşünas alim N.M.Korkunovun sovet dövrünə qədər ən geniş etiraf olunan dövlət qulluğu anlayışına verdiyi tərifdə, «dövlət fəaliyyətinin müəyyən məsələlərinin həyata keçirilməsinə istiqa­mətlənmiş, dövlət adından yerinə yetirilməsi məcburi olan və tabeliyə əsaslanan, qulluqçuların dövlətə xüsusi kütləvi-hüquqi münasibətləri kimi göstərir[1]. Həmçinin dövlət qulluğuna ali ha­kimiyyət subyektlərinin və ya onu təmsil edən vəzifəli şəxslərin göstərişlərinin dövlət maraqlarına uyğun dövlət orqanı işçilərinin fəaliyyəti; «dövlət idarəetmə aparatında müəyyən vəzifə borcları ilə məvacib, xidmətə görə rütbə, fərqlənmə nişanı və pensiya almaqla qulluq məsuliyyəti daşıyan hökumət tərəfindən daimi vəzifəyə təyin olunan şəxsin öz razılığı ilə icra etməsi kimi baxışlar mövcuddur». Bütün bu yanaşmalara və hal hazırda mövcud olan dövlət qulluğu haqqında qanunvericiliyə baxdıqdan sonra dövlət qulluğunun anlayışı barədə az da olsa qənaətə gəlmək mümkün olduğunu qeyd etmək istərdim.Qanunvericilkdə dövlət qulluğu haqqında belə bir anlayış verilmişdir: Dövlət qulluğu Azərbaycan Respublikasının Konsititusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Və bu anlayışa nəzər yetirsək hüquqşünas alim N.M.Korkunovun dövlət qulluğu anlayışına verdiyi tərifə necə yaxın olduğunun şahidi olarıq. Mənim fikrimcə Dövlət qulluğu N.M.Korkunovun dediyi dövlət fəaliyyətinin müəyyən məsələlərinin həyata keçirilməsinə istiqa­mətlənmiş, dövlət adından yerinə yetirilməsi məcburi olan fəaliyyət kimi yox, elə dövlətin adından yerinə yetirilməli olan bütün məsələlərin həyata keçirilməsinə istiqamətləndirilmiş bir fəaliyyətdir. Yəni ki, Dövlət qulluğu birbaşa dövlətlə vətəndaş arasında yaranan münasibətləri qaydaya salan bir hüquq sahəsidir. Bu əlamət özü dövlət qulluğunun əlamətləri sırasında öz əksini tapmışdır. Əlamətlərə nəzər salsaq bunu açıq aşkar görmək olar:

1)   dövlət adından bütün ölkə miqyasında həyata keçirilir;

2) dövlətin məqsəd və funksiyalarının icrasını təmin etmək üçün institusional tənzimlənən peşəkar fəaliyyətdir və s.

Dövlətin demokratik əsaslarının şərtləri: Dövlət siyasi sistemin əsas ünsürlərindəndir. Konstitusiyaların bir çoxunda dövlətin keyfiyyət əlamətləri, məhz həmin dövləti xarakterizə edən əlamətlər öz əksini tapmışdır. Bu əlamətlər dövlətin öz quruluşunu birbaşa əks etdirir və onun şəxsiyyət və cəmiyyətlə əlaqələrini ümumi əsaslarını dolayısı ilə də olsa göstərir. Məsələn demokratiklik əlaməti Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsində dövləti xarakterizə edən əlamət kimi göstərilir.

[1]Rzayev,Ə.H. Dövlət qulluğunun hüququ əsasları.- Bakı: Elm, 2001, s. 142

 

Dövlətin demokratik əsasları cəmiyyət həyatının ən əsas sahələrinə dövlət münasibətini və onun siyasətini nəzərdə tutur[2]. Azərbaycan dövləti ona görə demokratik respublika hesab edilir ki, birincisi Azərbaycan Respublikasında hakimiyyət xalqa məxsusdur. O referendumda (ümumxalq səsverməsində) və seçkilərdə iştirak etməklə dövlət hakimiyyətini təşkil edir. İkincisi, dövlət haklimiyyətini həyata keçirən əsas orqanlar xalq tərəfindən seçilir. Onlar seçkili orqanlardır. Söhbət Milli Məclisin (parlamentin) və prezidentin seçilməsindən gedir. Üçüncüsü, Azərbaycan dövləti ona görə demokratik respublika hesab olunur ki, Konstitusiya Azərbaycan Respublikası vətəndaşlarına dövlətin idarə olunmasında iştirak etmək hüquuqu vermişdir (55-ci maddənin 1-ci bəndi) və bu hüquq bütün vətəndaşların hamısı üçün eynidir (bərabərdir). Dördüncüsü, Azərbaycan dövləti ona görə demokratik respublika hesab edilir ki, xalqın hüquq və mənafelərinə, habelə dövlət və ictimai həyatın ən vacib məsələlərinə dair müvafiq qərarlar çoxluq tərəfindən qəbul olunur. Bunun nəticəsində xalqın iradəsi ifadə edilir. Beşincisi, Azərbaycan dövləti ona görə demokratik respublika hesab olunur ki, bu dövlətdə həm bilavasitə demokratiya forması, həm də nümayəndəli demokratiya forması mövcuddur. Bilavasitə demokratiya forması dedikdə, əsasən referendum (ümumxalq səsverməsi) başa düşülür. Nümayəndəli demokratiya forması isə nümayəndəli (seçkili) dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları deməkdir. Altıncısı, Azərbaycan dövləti ona görə demokratik respublika sayılır ki, dövlət vətəndaşları üçün təkcə ümumdemokratrik hüquq və azadlıqlar elan etmir, həm də həmin hüquq və azadlıqları faktiki (real) olaraq təmin edir[3].

Azərbaycan Respublikasında dövlət hakimiyyəti üç hakimiyyət sahəsi (qolu) tərəfindən həyata keçirilir və təşkil olunur: qanunvericilik hakimiyyəti tərəfindən; icra hakimiyyəti tərəfindən; məhkəmə hakimiyyəti tərəfindən. Qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir, icra hakimiyyəti prezidentə mənsubdur, məhkəmə hakimiyyətini isə Azərbaycan Respöublikasının məhkəmələri həyata keçirir [4].

[2]Əsgərov, Z.A. Konstitusiya hüququ.- Bakı: Bakı Universiteti nəşriyyatı, 2011, s. 78

[3]Azərbaycan dövlətinin əsasları.- https://minfakt.wordpress.com/2012/06/08

[4]Azərbaycan Respublikasının Konstitusiyası, Bakı, Qanun, 2021

 

Dövlət qulluğunun əsas vəzifələrinin yerinə yetirilməsinin dövlətin demokratik əsaslarının təminatında rolu: Dövlət qulluğu vəzifəsinin anlayışı və dövlət orqanlarında vəzifələrin təsnifatı «Dövlət qulluğu haqqında» Qanunun III fəslində tənzimlənmişdir. Dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktları ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Dövlət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq inzibati və yardımçı vəzifələrə bölünür. 02.07.2002-ci il tarixli dəyişiklikdən əvvəl dövlət qulluğu siyasi, inzibati və yardımcı siniflərə (kategoriyalara) bölünürdü. Lakin adı çəkilən dəyişikliklə siyasi kategoriya dövlət qulluqçuları təsnifatdan çıxarıldı.

Vəzifə dövlət hakimiyyəti və dövlət qulluq münasibətləri sahəsin­də ixtisaslaşmanın mühüm formalarından biridir. Dövlət vəzifələ­rinin tipologiyası dövlət hakimiyyəti və dövlət qulluğunun vahid vəzifə strukturunu formalaşdırır. Vəzifəcə orqanın səlahiyyətləri­nin bir hissəsinin özündə cəmləşdirilməsi məsələsi təşkilati-hüquqi cəhətdən əsaslandırılmır. Səlahiyyətlər yalnız orqana verilir və bu səlahiyyətlərin vəzifə ilə əlaqəsi mürəkkəb olub, onları həyata keçirən təşkilati-hüquqi formalarla müəyyən olunur. Kollegial orqanlarda onların səlahiy­yətləri bilavasitə birgə qəbul olunmuş müvafiq qərarlarla həyata keçirilir. Yalnız belə orqanların rəhbərləri orqan üzərinə qoyulmuş səlahiyyətlərin müəyyən məsələlərini sərbəst həyata keçirə bilər.

Təkbaşına rəhbərlik prinsipi ilə qurulmuş dövlət orqanlarının səlahiyyətlərini onun rəhbərləri həyata keçirir. Odur ki, dövlət qulluğunun məzmunu döv­lət qulluqçusunun səlahiyyətlərində yox, dövlət vəzifəsinin statu­sundan, onun dövlət orqanının, dövlət aparatının, dövlət hakimiy­yətinin, dövlətin səlahiyyətləri ilə əlaqəsində və dövlət vəzifəsinin icrasında özünü göstərir. Hər bir vəzifə tutan şəxs onun bütün daxili elementlərini bilməli və onların hər birini şüurla icra etmə­lidir.

Dövlət vəzifəsi dövlət orqanı­nın və dövlət qulluğunun əsas struktur elementi keyfiyyətində şəx­siyyəti dövlət orqanı ilə birləşdirən vasitə olub, dövlət aparatının fəaliyyət mexanizmini şərtləndirir və özündə iki növ münasibəti əks etdirir. Bir tərəfdən dövlət vəzifəsini icra edən şəxslə dövlət (onun aparatı və orqanı) arasında; digər tərəfdən dövlət vəzifəsini icra edən şəxslə (dövlət qulluqçusu ilə) vətəndaş (bütün cəmiyyət) arasında yaranan münasibətlərdir».

Dövlət vəzifələrinin təsisatı məsələsini mərkəzi icra hakimiy­yəti orqanı timsalında göstərmək olar. Dövlət orqanı yaradılmazdan əvvəl onun səlahiyyət və funksiyaları müəyyən edilir. Qanun­vericiliyə uyğun olaraq onun yaranması haqqında hüquqi akt qəbul edilir və bu orqanın Əsasnaməsinin hazırlanması üçün vaxt müəyyən edilir. Tədqiq olunmuş əsasnamədə dövlət orqanının səlahiyyətləri (hüquq və vəzifələri) və fəaliyyət istiqamətləri, fəaliyyətin təşkili göstərilir. Orqanın səlahiyyət və funksiyalarını həyata keçirmək üçün dövlət büdcəsində nəzərdə tutulmuş maliy­yə vəsaiti çərçivəsində orqanın strukturu, ştat cədvəli təsdiq edilir, vəzifələr kompleksləşdirilir, kollegiya yaradılır.

Beləliklə hərbirhakimiyyətorqanına əvvəlsəlahiyyət (funksiya, hüquqvə vəzifə) verilir, sonraisə səlahiyyətlərinicrası üçündövlət vəzifələri yara­dılır.

Dövlət qulluğu haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətləri: Dövlət qulluğunun hüquqi əsasları konstitusiya, inzibati, əmək və sosial qanunvericilik normalarından ibarətdir. Dövlət qulluğunun hüquqi tənzimləmə mexanizmi dövlət qul­luq münasibətlərinin yaranması və inkişafını təmin edən hüquqi vasitələrinin sistemi kimi baxılır. Mexanizmin əsas elementlərinə hüquq normaları, hüquq münasibətləri, hüquqi məsuliyyət, hüquqi şüar, hüquqi aktlar, həmçinin dövlət qulluqçularının hüquq və insanların əlinə elə böyük güc aləti vermişdir ki, xoşbəxtliyə nail olmaqda onların bütün ehtiyacları vardır.

Dövlət qulluğu haqqında qanunvericilik Azərbaycan Respub­likasının Konstitusiyasında təsbit olunan qanunvericilik sisteminin tərkib hissəsidir. Qanunvericilik sisteminə Konstitusiya, referen­dumla qəbul edilmiş aktlar, qanunlar, fərmanlar, Nazirlər Kabine­tinin və Mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqa­vilələr daxildir. Dövlət qulluğu haqqında qanunda dövlət qulluğu barədə qanunvericiliyə AR-nın Konstitusiyası, bu Qanun, AR-nın tərəfdar çıxdığı beynəlxalq müqavilələr, AR-nın dövlət qulluğunu hüquqi cəhətdən tənzim edən və dövlət qulluqçularının hüquqi vəziyyətinin xüsusiyyətlərini müəyyən edən digər qanunvericilik aktları daxildir.[5].

Dövlət qulluğu haqqında qanunvericilik AR-da dövlət qullu­ğunun təşkilini və dövlət qulluqçularının hüquqi vəziyyətini, həm­çinin dövlət qulluğu keçmənin şərtlərini və qaydalarını, dövlət qulluqçularının qiymətləndirilməsi, mükafatlandırma, məsuliyyəti, sosial təminatı məsələlərini, dövlət-qulluq münasibətlərinin da­yandırılmasını əsaslandıran münasibətləri tənzimləyən normativ- hüquqi aktlar yaradır. Normativ-hüquqi akta səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilmiş göstərişləri, ümumi məcburi xarakter daşıyan hüquqi normalarını müəyyən edən, dəyişdirən və ya ləğv edən, dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulan rəsmi yazılı sənəd kimi baxılır.

«Dövlət qulluğu haqqında» AR Qanununun və onun tətbiqi üçün qəbul edilmiş normativ hüquqi aktları, ilk növbədə, idarəet­mə sistemində kadr ehtiyatlarının düzgün istiqamətləndirilməsinə, dövlət qulluğunun yeni, XXI əsrin tələbləri səviyyəsinə qaldırıl­masına şərait yaratmışdır. Qeyd edilən normativ hüquqi aktlar dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək, hüquq və vəzifələrini dəqiq müəyyənləşdirməklə yanaşı, onların peşəkarlı­ğını, mənəvi saflığını, dövlətçilik prinsiplərinə və milli mənafeyi­nə sadiqliyini, məsuliyyət və cavabdehlik hissəsini ön plana çəkir.

            Qanunvericilin təkmilləşdirilməsi baxımından təkliflərə dövlət qulluğuna qəbulun daha operativ həyata keçirilməsi, vakant vəzifələrin dövlət orqanlarından Komissiyaya müddətli qaydada təqdim edilməsinin məcburiliyi, “Etik davranış qaydaları” haqqında qanunda şikayətlərin araşdırılması mexanizmlərinin təkmilləşdirilməsi və s. aid etmək olar.

 

[5]Rzayev, Ə.H. Dövlət qulluğunun hüquqi əsasları.-Bakı: Elm, 2011, s. 211

 

İstifadə olunmuş ədəbiyyat siyahısı:

 

  1. Əsgərov, Z.A. Konstitusiya hüququ.- Bakı: Bakı Universiteti nəşriyyatı, 2011.-755 s
  2. Rzayev, Ə.H. Dövlət qulluğu: nəzəriyyə və praktika.-Bakı: Elm, 2005.- 263 s
  3. Rzayev, Ə.H. Dövlət qulluğunun hüquqi əsasları.-Bakı: Elm, 2011.- 479 s
  4. Azərbaycan Respublikasının Konstitusiyası.-Bakı: Qanun, 2021.-91 s
  5. Azərbaycan dövlətinin əsasları.- https://minfakt.wordpress.com/2012/06/08