Nəşrlərimiz
 
 
— Beynəlxalq xüsusi hüquqda hüquqtətbiqetmə zamanı yaranan problemlər və həlli yolları
 

04-05-2022, 12:17

 

Beynəlxalq xüsusi hüquqda hüquqtətbiqetmə zamanı yaranan problemlər və həlli yolları

Müəllif: Esmira Tağıyeva

Müstəqil Hüquqşünas

 

Beynəlxalq xüsusi hüquqda hüquqtətbiqetmə zamanı yaranan problemlər və həlli yolları

 

Xarici elementlə mürəkkəbləşdirilmiş xüsusi hüquqi münasi­bətlərin tənzimlənmə prosesi qarşılıqlı əlaqədə olan iki mərhələdən ibarətdir: birincisi, kollizion məsələnin həll olunması və kollizion normaların köməyilə səlahiyyətli hüquq qaydasının seçilməsi; ikinci­si, seçilmiş hüquq qaydası normalarının tətbiq olunması. Bu mərhə­lələrin hər birində xüsusi yanaşma tələb edən problemlər yaranır. Bi­rinci mərhələdə kollizion normaların tətbiq edilməsi ilə əlaqədar problemlər, yəni hüquq seçimi prosesi ilə bilavasitə əlaqədar prob­lemlər yaranır. Onların arasında: geriyə is­tinad və üçüncü dövlətin hüququna istinad, hüquq seçimi və qanunu üstələmə, kollizion bağlamaların çoxluğu və s. vardır. İkinci mərhə­lədə tətbiq edilə bilən hüquq qismində xarici hüquq seçildikdə spesi­fik problemlər yaranır. Başqa sözlə, ikinci mərhələdə xarici hüququn tətbiq edilməsi ilə bağlı problemlər yaranır. Əgər, kolliziya yerli hü­ququn xeyrinə həll olunarsa, onda bir qayda olaraq, heç bir spesifik məsələ yaranmır. [3 səh.64]

Kolliziya xarici hüququn xeyrinə həll olunduqda məsələ başqa cür təzahür edir. Onun tətbiq edilməsi prosesində yerli məhkəmələr və digər hüquqtətbiqetmə orqanları labüd surətdə bir sıra spesifik problemlərlə rastlaşacaq. Onların arasında xarici hüququn anlayı­şına ümumi yanaşma, xarici hüququn məzmununun müəyyən edil­məsi və təfsir olunması, xarici hüququn tətbiqinin məhdudlaşdırıl­ması və s. var. Əlbəttə, yerli hüququn xarici elementlə mürəkkəbləşdirilmiş xüsusi-hüquqi münasibətlərə tətbiqi zamanı da hər hansı əlavə problemlər, məsələn, münasibət müxtəlif dövlətlərin hüqu­qundan asılı olduqda; satıcının ölkəsinin qanununa əsasən əqd bü­tünlükdə Rusiya hüququna tabe olduqda üzə çıxa bilər, borcun ödənilməməsinin nəticələri isə İsveçrə hüququ ilə (tərəflər bu hüququn tətbiq edilməsini "iradə azadlığına" əsasən nəzərdə tutmuşlar) müəy­yən edilməlidir. Bu vaxt birgə tətbiq edilmə nəticəsində Rusiya və İsveçrə hüququnun uyğunlaşması problemi yaranır [5 səh.70].

Kollizion normaların tətbiq edilməsi ilə bağlı problemlər

Geriyə istinad və üçüncü dövlətin hüququna istinad: Geriyə istinad problemi (üçüncü dövlətin hüququna istinadı da özünə birləşdirən ümumi termindir) XIX əsrdən, 1878-ci ildə geriyə istinadın tətbiq edildiyi fransız məhkəməsinin qərarından sonra bey­nəlxalq xüsusi hüquq doktrinasında müzakirə olunmağa başladı. Bu problem dünya təcrübəsinə fransız termini olan "renvoi” adı ilə daxil oldu. Geriyə istinadın yaranması hüqu­qun milli təbiətinin nəticəsidir: milli kollizion normaların müxtəlif məzmunu yerli kollizion norma əsasında seçilmiş xarici hüququn ge­riyə, yaxud üçüncü dövlətin hüququna istinad etməsinə gətirib çıxanr. Geriyə istinad institutunun tərifini belə ümumi şəkildə vermək olar [2 Səh 10].

Məsələn, Almaniyada son illər daimi yaşamış Rusiya vətənda­şının ölümündən sonra Rusiya məhkəməsində müzakirə obyektinə çevrilmiş mübahisəli vərəsəlik münasibəti yarandı. Rusiya məhkəmə­si MM-nin 1224-cü maddəsinin "Vərəsəlik münasibətlərinin vəsiyyət edənin sonuncu yaşayış yeri ölkəsinin hüququna əsasən müəyyən edilməsini" göstərən 1-ci bəndini rəhbər tutaraq alman hüququnu (buna əsasən o, bütün mübahisəli məsələləri həll etməlidir) seçir. La­kin xarici hüquq — bütövlükdə bir hissəsi həm də kollizion hüquq, o cümlədən vərəsəlik üzrə kollizion normaları olan hüquq sistemidir. AMK-ya Giriş Qanununun 25-ci maddəsinin 1-ci bəndi vərəsəlik münasibətlərinə "vəsiyyət edənin ölüm anında vətəndaşı olduğu döv­lətin hüququnun" tətbiq edilməsi göstərişini verir. Ölən şəxs Rusiya vətəndaşı olduğu üçün alman kollizion normasına müvafiq olaraq mübahisəli vərəsəlik münasibətləri məsələlərinin nizama salınması üçün Rusiya hüququnu tətbiq etmək lazımdır.

Rusiya kollizion norması alman hüququna istinad etdi, məhkə­mə isə onu tətbiq etdi, çünki o "öz evində" alman hakimi tərəfindən tətbiq edilməlidir, alman hakimi isə alman kollizion normasını rəhbər tutaraq Rusiya hüququnu tətbiq edərdi. Geriyə istinad baş verdi.

Üçüncü dövlətin hüququna istinad mexanizmi də eyni qayda­dadır. Məsələn, Moskvada yaşamış ər-arvadın — alman (kişi) vətən­daşı ilə Rusiya (qadın) vətəndaşının uşağı doğulanda valideynlərin birgə razılığına görə uşaq alman vətəndaşı olub. Nikah pozulmuş və valideynlər arasında şifahi razılıq əsasında uşaq atası ilə qalmışdır. Müəyyən müddətdən sonra alman vətəndaşı öz firmasında yeni təyi­nat alıb Əlcəzairə yaşayış yerinə köçdü. Öz uşağı ilə görüşmək imka­nını itirmiş və uşağın ona qaytarılması barəsində ata ilə danışmağa imkan tapmamış ana uşağın qaytarılması və onun ana ilə birlikdə yaşayış yerinin müəyyən edilməsi tələbi ilə öz yaşayış yeri üzrə Ru­siya məhkəməsinə müraciət etdi. Valideynlərin və uşağın ümumi ya­şayış yeri olmadığına görə məhkəmə RF AM-nin 163-cü maddəsini ("Valideyn və uşaqların birgə yaşayış yeri olmadıqda valideyn və uşaqların hüquq və vəzifələri uşağın vətəndaşı olduğu dövlətin qa­nunvericiliyi ilə müəyyən edilir") rəhbər tutaraq, əsasında bütün mü­bahisəli məsələləri həll etməli olduğu alman hüququnu seçir. Birinci nəzərdən keçirilən misalda olduğu kimi seçilmiş alman hüququ siste­minə valideyn və uşaqlar arasındakı münasibətlərə aid kollizion nor­malar da daxildir. AMK-ya Giriş Qanununun 21-ci maddəsi aşağı­dakı göstərişi verir: əgər nikah pozulmuşdursa, onda "uşağın yaşayış yerinə malik olduğu dövlətin hüququ" valideyn və uşaqlar arasında arasındakı hüquqi münasibətlərə tətbiq edilməlidir. Uşaq Əlcəzairdə atası ilə birlikdə yaşayır, buna görə də Əlcəzair hüququnu tətbiq etmək la­zımdır [6 səh 95].

Geriyə istinadın yaranma səbəbləri kifayət qədər aydındır. İki belə səbəb vardır: 1) kollizion hüququn milli təbiəti vardır və hər bir dövlətin daxili hüququnun tərkib hissəsidir; bu səbəbdən də tətbiq edilməsi zəruri olan xarici hüquq bu hüququn kollizion normalarının da daxil olduğu vahid sistemdir; 2) ikinci səbəb birincidən irəli gəlir: müxtəlif ölkələrin kollizion normaları eyni xüsusi-hüquqi münasibət­lərin tənzimlənməsi üçün hüququn seçimi məsələsini müxtəlif cür həll edir. Buna görə də söhbət beynəlxalq xüsusi hüquqda prinsip etibari­lə yeni məfhumdan gedir. İndiyə qədər müxtəlif dövlətlərin xüsusi hüququnun maddi normalarının kolliziyası əsasında yaranan prob­lemlərə baxılırdı. Geriyə istinad - müxtəlif dövlətlərin kollizion nor­malarının kolliziyasının toqquşmasıdır-kolliziyaların kolliziyaları [3. Səh 57]

Aydındır ki, "kolliziyaların kolliziyasının" yaranması beynəl­xalq xüsusi hüquq münasibətlərinin hüquqi nizama salınma yolunda daha bir əlavə hüquqi-texniki xüsusiyyətə çevrilir. Vəziyyətdən iki çıxış yolu vardır: 1) bu problemin mövcud olmasına fikir verməmək və yaranmış məsələni özünün müvafiq kollizion normaları vasitəsilə həll etmək: kollizion normalar xarici hüququn tətbiq olunmasma göstəriş verərsə, onda onun maddi normalarını tətbiq etmək lazım­dır; 2) xarici kollizion normaların nəzərə alınması üçün oxşar imkan tapıb müxtəlif ölkələrin hüquq sferasında olan münasibətlərin daha harmonik tənzimlənməsinə cəhd etmək lazımdır.

Fərziyyəyə əsaslanmış qaydada mövcud olan üçüncü çıxış yolu da vardır: bütün dövlətlər üçün eyni kollizion hüququn- hələ XIX əsrdə universalistlərin arzuladığı Beynəlxalq Kollizion Məcəllənin yaradılması. Kollizion normaların unifikasiyası buna yönəldilmişdir. Artıq unifikasiyaların nəticələrinin əhəmiyyətli olmasına baxmaya­raq, kollizion normaların kolliziyası ilə bağlı bütün problemlərin həl­li üçün onlar açıq-aşkar kifayət deyildir

Dövlətlərin qanunvericiliyi bu problemi müxtəlif formalarda həll edir; onların həll edilməsi xüsusiyyətlərindən asılı olaraq bir neçə qrupu ayırmaq olar

Qanunları tam həcmdə geriyə istinadın tətbiqini nəzərdə tutan ölkələr (Avstriya, Polşa, Finlandiya, Yuqoslaviya).

Geriyə istinadın bütövlükdə tətbiqini nəzərdə tutan, lakin onun tətbiqi üçün hər hansı bir prinsipial şərt müəyyən edən ölkələr (Alma­niya, İtaliya, Meksika, Portuqaliya, Çexiya, AFR)

Qanunları yalnız geriyə istinadın - öz şəxsi hüququna isti­nadın tətbiqini nəzərdə tutan ölkələr (Macarıstan, Venesuela, Vyet­nam, İspaniya, İran, Lixtenşteyn, Rumıniya, Yaponiya və s.)

Qanunları bu problemi ümumilikdə rədd edən ölkələr (Bra­ziliya, Yunanıstan, Misir, Peru və s.)

Qanunları, ümumiyyətlə, bu problemi həll etməyən ölkələr (Əl­cəzair, Argentina, Bolqarıstan, Çin). MM-in üçüncü hissəsi qüvvəyə minənə qədər qanunvericiliyində geriyə istinada dair qaydalar olma­yan Rusiyanı da bu qrup ölkələrə aid etmək lazımdır.

Azərbaycan da bu qrup dövlətlərə daxildir. Beynəlxalq xüsusi hüquq haqqında Azərbaycan Respublikasının Qanununda konkret olaraq bu problem öz həllini tapmamışdır [1 Səh. 9].

Göstərilənlər belə bir ümumi nəticəyə gəlməyə imkan yaradır: yal­nız ölkələrin bəziləri aşkar ifadə olunmuş formada bütünlüklə geriyə istinad problemini inkar edir. Əksər ölkələr geriyə istinadı ya qanun­larda, ya da məhkəmə təcrübəsində, az bir hissəsi isə sözsüz ki, hər iki variantda: həm öz hüququna, həm də üçüncü dövlətin hüququna isti­nadı tətbiq edir.

Diqqət edilməsi lazım gələn sonuncu məfhum: hüquq, xüsusilə, geriyə istinad institutunu bütövlükdə və ya müəyyən məhdudiyyətlərlə tətbiq edən bütün dövlətlərin təcrübəsi bir ümumi istisnaya tərəfdar çıxır: geriyə istinad beynəlxalq xarakterli müqavilə öhdəlikləri sfera­sında, yaxud bizim terminologiyaya görə xarici iqtisadi əqdlərdən irəli gələn öhdəliklər sferasında tətbiq olunmur. İstisna bu münasibətlər sferasında "iradə azadlığı" prinsipinin üstünlüyü ilə izah olunur: tərəf­lər hüquq seçərkən müvafiq dövlətin maddi hüquq normalarının tət­biqini nəzərdə tutur; geriyə istinad başqa dövlətin hüququnun se­çiminə gətirib çıxara bilər, bu da tərəflərin iradəsini təhrif edər. Bu qayda müqavilə öhdəlikləri üzrə bütün hüquq seçimi hallarına, hüqu­qun tərəflər vasitəsilə və ya digər kollizion normalara əsasən seçilmə­sindən asılı olmayaraq şamil edilə bilər.

Həmin istisna bir sıra beynəlxalq müqavilələrdə və başqa akt­larda təsbit olunmuşdur. Əmtəələrin beynəlxalq alqı-satqı müqavilə­lərinə tətbiq olunan hüquq haqqında 1986-cı il Haaqa Konvensiyası­na əsasən "hüquq" termini, kollizion normalar istisna olmaqla, döv­lətdə qüvvədə olan hüququ bildirir (15-ci maddə). Nə geriyə istina­dın, nə də üçüncü dövlətin hüququna istinadın mümkün olmaması buradan irəli gəlir. Oxşar norma regional konvensiyalara da daxil edilmişdir: Müqavilə öhdəliklərinə tətbiq olunan hüquq haqqında 1980-ci il Roma Konvensiyasının 15-ci maddəsi.

 Beləliklə, müxtəlif dövlətlərin hüququnda eyni kollizion nor­maların olması eyni hüquq seçiminə zəmanət vermir. O, kollizion normanın hansı dövlətin hüquqi anlayışları ilə onun faktiki şəraitlə əlaqələndirilməsi məqsədilə şərh olunacağından asılıdır. Buna görə də qiymətləndirilmələrin konflikti problemi daha bir ad daşıyır-"gizli kolliziyalar". Kolliziyalar görünmür, onlar sanki yoxdurlar, çünki dövlətlər konkret hüquq münasibətində formaca eyni kollizion normalara malikdir.[4 səh. 85]

 

Beynəlxalq xüsusi hüquqda xarici hüququn tətbiq edilməsi ilə bağlı problemlər, onların tətbiqi və təfsiri.

Xarici hüququn tətbiq edilməsi ilə bağlı problemlər. Xarici hüquq anlayışına ümumi yanaşma. Dövlətlərin milli (daxili) hüququ beynəlxalq ümumi hüquqdan fərqli olaraq ərazi xarakterinə malikdir, yəni öz dövlət ərazisi hüdudla­rında təsir qüvvəsinə malik olur. Lakin beynəlxalq ünsiyyət maraqlan xarici hüququn müəyyən hüdudlarında tanınma və tətbiq edilmə tələb edir. Belə hallarda hüququn ekstraterritorial təsirindən danışılır. İnsan bir dövlətdən digərinə getdikdə onun birinci dövlətin hüququna əsasən qazandığı əmlak və şəxsi qeyri-əmlak hüquqları saxlanılır. Məsələn, av­tomobilə olan mülkiyyət hüququ, nikahda vəziyyət, ad hüququ və s. xarici dövlət ərazisində tanınır, bununla da xarici normaların indiki zamanda üstün konsepsiyadır.

Xarici hüququn tətbiqi və təfsiri

Bu sualların ümumi cavabı yuxanda göstərilənlərdən — xarici hü­quq anlayışına konseptual yanaşmadan, onun məzmununun müəyyən edilmə qaydasından irəli gəlir. Yuxanda belə nəticəyə gəlinmişdir ki, Rusiyada və əksər Avropa dövlətlərində öz xüsusi kollizion normalanna əsasən tətbiq edilməli xarici hüquq iş üzrə faktiki şərait kimi deyil, müvafiq xarici dövlətin hüquqi mühitinin bütün amilləri ilə qarşılıqlı əlaqədə, yəni onun hüquqi sistemində fəaliyyət göstərən hüquqi norma­lar sistemi kimi başa düşülür və xarici hüquq normalan onların məz­mununu da müəyyən etməyə borclu olan məhkəmə tərəfindən tətbiq olunur. Buradan məntiqi olaraq daha bir nəticə çıxır: xarici hüquq nor­malan "öz vətənində" tətbiq olunduqlan kimi tətbiq edilməlidir. Buna görə də bu normalar yarandıqlan ölkədə təfsir olunduqlan kimi təfsir edilməlidir. Qarşısında işi xarici hüquq normalarına əsasən həll etmək məsələsi duran hakim bir növ xarici hakimin yerində durmalı və onun üçün doğma olan hüquq normalarım tətbiq edən xarici hakimin bu işi həll edəcəyi kimi həll etməlidir [4 səh.66]

          Xarici hüquq öz mənşə ölkəsində tətbiq və təfsir edildiyi kimi tətbiq və təfsir edilməlidir. Bunu Beynəlxalq Məhkə­mənin Daimi Palatası hələ 1929-cu ildə təkid edirdi. Palata Serbiya və Braziliyanın borcları üzrə işə baxarkən Serbiya və Braziliya hüqu­qunu tətbiq etdi. Bu zaman Palata elə bir qayda təsdiq etdi ki, ona əsasən müəyyən dövlətin daxili hüququnu tətbiq etdikdə onun mü­vafiq dövlətdə tətbiq edildiyi kimi tətbiq edilməsinə heç bir şübhə ol­mamalıdır Xarici hüququn tətbiq edilməsi prosesində əmələ gələ bi­lən istənilən məsələ bu hüquqa müvafiq həll edilməlidir. Lakin xarici hüququn tətbiqi ilə bağlı xüsusi diqqət tələb edən bir sıra məsələlər mövcuddur. Onların sırasında: interlokal kolliziyalar, interpersonal kolliziyalar, intertemporal kolliziyalar, qarşılıqlılıq, tanınmamış dövlətin hüququnu tətbiq et­mək vardır.

İnterlokal kolliziyalar. Onlar hüququn müstəqil yarımsistemləri olan inzibati ərazi vahidlərinə malik dövlətlərin olması ilə əlaqə­dardır. Adətən bu, subyektləri məzmuna görə fərqli xüsusi hüquq sistemlərinə malik olan federativ quruluşlu dövlətlərdir. Daha səciy­yəvisi hər ştatın özünün xüsusi məhkəmə presedentləri və onlara tət­biq olunan qanunlardan əmələ gəlmiş hüquqa malik olan ABŞ-ın hüququdur. Nəticədə müxtəlif ştatların hüququ arasında ştatlararası kolliziyalar adlanan kolliziyalar yaranır.

İnterpersonal kolliziyalar. Onlar beynəlxalq xüsusi hüquq baxımın­dan interlokal kolliziyalar kimi həll olunur. Interpersonal kollizi­yalar bir dövlətin hüquqlarında yaranır və onların həlli bu dövlətin daxili işi hesab edilir. Xarici elementlə mürəkkəbləşdirilmiş xüsusi-hüquqi münasibətlərin nizama salınması zamanı interpersonal kolli­ziyalar problemi yalnız öz yerli kollizion norması müxtəlif personalhüquq yarımsistemlərinin mövcud olduğu ölkənin hüququnu seçdiyi zaman yarana bilər. Rusiya məhkəməsi və ya digər hüquq tətbiqetmə orqanı xarici hüququ onun öz vətənində tətbiq edildiyi kımı tətbiq etməlidir. Buna görə də xarici hüquq özü onda olan personal hüquq yarımsistemlərindən hansının tətbiq olması sualına cavab verməlidir.

Praktiki olaraq beynəlxalq xarakterli xüsusi-hüquqi münasibət­lərin hüquqi nizamlanması prosesində interlokal kolliziyalar problemi o vaxt yaranır ki, müxtəlif dövlətlərin hüququ arasında kolliziyanın həll edilməsində öz hüquqi yanmsistemlərinə malik inzibati-ərazi vahi­dləri olan dövlətin hüququ seçilmiş olsun. Bu zaman əlavə sual mey­dana çıxır: hansı ərazi vahidinin hüququ tətbiq edilməlidir? Müasir təcrübə və doktrina buna birmənalı olaraq cavab verir: bu məsələni yalnız seçilmiş dövlətin hüququ həll edə bilər. Artıq dəfələrlə qeyd olunduğu kimi, konkret bir dövlətin hüququnun seçilməsi bu dövlətin bütövlükdə hüquq sisteminin seçilməsi deməkdir, buna görə də xarici hüququn tətbiqi ilə bağlı hər bir məsələ xarici hüququn öz mövqeyin­dən həll olunmalıdır. Bu məsələnin həllinə müraciət edən dövlətlərin qanunvericiliyi bu mövqeyə əsaslanır.

İntertemporal kolliziyalar bir dövlətdə bərabər dərəcədə qəbul edilmiş eyni xüsusi-hüquqi münasibətlərin nizamlanmasını nəzərdə tutan hüquqi normaların olmasından yaranan kolliziyaları bildirir. Bu hər bir dövlətin daxili hüquqi problemidir və ümumi hüquq nəzə­riyyəsində qanunim zamana görə qüvvəsi adlanır.

Beynəlxalq xüsusi hüquqda qanunların zamana görə qüvvəsi problemi milli kollizion norma konkret xüsusi-hüquqi münasibətin hüquqi nizamlanması üçün xarici hüquqa (bu münasibətə görə müxtəlif vaxtlarda çıxarılmış iki qanunun mövcud olduğu) müraciət etdiyi zaman yaranır (məsələn, münasibətin yarandığı vaxtda bir qa­nun fəaliyyət göstərir, işə baxılan vaxtda isə digər qanun fəaliyyət göstərir). Bu problem "interlokal" kolliziyaların həlli zamanı istifadə olunan prinsiplərə əsasən həll olunur. Xarici hüquqa istinad edən kollizion norma, müxtəlif vaxtlarda çıxarılan qanunlardan hansının tətbiq olacağını göstərən xüsusi qaydalar da daxil etməklə, bütöv­lükdə bu hüquq sisteminə istinad edir.

Qarşılıqlılıq. Qarşılıqlılıq kateqoriyası beynəlxalq xüsusi hü­quqda böyük rol oynayır. Xarici investisiyaların, əqli mülkiyyətlə bağlı münasibətlərin hüquqi tənzimlənməsində, xarici fiziki və hüqu­qi şəxslərin hüquqi vəziyyətinin müəyyən edilməsində, həmçinin bey­nəlxalq mülki və arbitraj prosesi sferasında onun rolu xüsusilə bö­yükdür. Qarşılıqlılıq beynəlxalq xüsusi hüquqda xarici hüququn tanınması və tətbiqi ilə əlaqədar daha ümumi və prinsipial rol oynayır. Lakin bir qayda olaraq dövlətlərin qanunvericiliyində qarşılıqlılıq haq­qında ümumi normalar olmur. Qarşılıqlılığın mövcud olmaması məsələsini tərəflər xarici hüququn tətbiq edilməsindən və ya müəyyən şəraitə istinadən əcnəbinin subyektiv hüquqlarınm tanınmasmdan imtina etməyin əsası kimi irəli çəkə bilər. Qarşılıqlılıq məsələsi məhkəmə tərəfindən, əgər onun varlığı barədə onda hansısa şübhələr olarsa, qoyula bilər. Bu və ya bu kimi digər hallarda qarşılıqlılığın mövcud olmamasını sübut etmək lazımdır.

Xarici hüquqa hörmətlə yanaşılması, onun tanınması və tətbiqi xarici məhkəmələr tərəfindən öz qanunlarının tətbiqinin təmin edil­məsinə kömək edir. Məhz bu planda qarşılıqlılıq dövlətin xarici hü­quq tətbiqinə sövq edilməsində mühüm rol oynayır. Amma bu, işlə­rin real, faktiki vəziyyətidir. Hüquqi nöqteyi-nəzərdən isə xarici qa­nunların tətbiqinin hüquqi cəhətdən məcburiliyi qarşılıqlılıqdan asılı olmalı deyil. Belə mövqe beynəlxalq xüsusi hüquq nəzəriyyə və təc­rübəsində üstünlük təşkil edir.

Qeyd etməmək olmur ki, Mülki Məcəllə qarşılıqlılığın mövcud­luğunu müəyyən etdiyi halda (əksi sübut olunmayana kimi), xarici dövlətdə qarşılıqlılığın olmamasını kim və nə cür sübut etməlidir mə­sələsini həll etmir. Müqayisə üçün Beynəlxalq xüsusi hüquq haqqın­da 1979-cu il Macar Qanununa müraciət etmək olar, burada da qarşılıqlılığın mövcudluğu (bunun əksi sübut olunmayana kimi) fərz edilir. Bununla yanaşı §6-da ciddi praktiki əhəmiyyəti olan qayda vardır: əgər qarşılıqlılıq tələb olunursa, o zaman ədliyyə naziri qarşılıqlılığın mövcud olub-olmaması haqqında hüquq tətbiqetmə orqanı üçün məcburi arayış verir

Tanınmamış dövlətin hüququnun tətbiqi. Diplomatik və məhkəmə təcrübəsində çox vaxt tanınmamış dövlətin və ya hökuməti tanınma­yan dövlətin qanunlarının tətbiqi məsələsi yaranır. Tanınmamış döv­lə.tin hüquqi cəhətdən mövcud olmadığına və buna görə də onun qa­nunlarının tətbiq edilməli olmadığına əsaslanan bir çox məhkəmə qə­rarları məlumdur. Bu növ qərarlar tanınmanın konstitutiv nəzəriy­yəsinə əsaslanmışdır, buna uyğun olaraq tanınma dövləti beynəlxalq hüquq subyekti edir. Bu nəzəriyyə keçmişdə qaldı. Hazırda hesab edir­lər ki, dövlətin beynəlxalq-hüquq subyektliyi diplomatik tanınmadan asılı deyil və buna görə də beynəlxalq hüquqda tanınmamış dövlətin ayrı-seçkiliyi üçün əsas yoxdur.

Xarici hüququn tətbiq edilməsi milli hüquq çərçivəsində və beynəlxalq hüququn ümumtanınmış normalarına müvafiq həyata keçirilir. Buna görə də baxılan nəzəriyyəyə görə ümumi nəticə bu şəkildə göstərilir: xarici hüquq tət­biqinin yeganə hüquqi əsası olan yerli kollizion normalarda tanınmamış dövlətin hüququna görə məhdudiyyətlər olmadığına və müasir bey­nəlxalq hüquq tanınmamış dövlətə münasibətdə heç bir ayrı-seçkilik halları nəzərdə tutmadığına görə xarici qanunların tətbiqi bu xarici dövlətin tanınmasından asılı olmamalıdır [6 səh.96].

 

Nəticə

Beynəlxalq xüsusi hüquq mülki dövriyyədə baş verən beynəlxalq xarakterli və ya xarici elementli xüsusi hüquq münasibətlərinin tənzimləyən hüquq normalarının məcmusuna deyilir. Xarici elementlə mürəkkəbləşdirilmiş xüsusi hüquqi münasi­bətlərin tənzimlənmə prosesi qarşılıqlı əlaqədə olan iki mərhələdən ibarətdir: birincisi, kollizion məsələnin həll olunması və kollizion normaların köməyilə səlahiyyətli hüquq qaydasının seçilməsi; ikinci­si, seçilmiş hüquq qaydası normalarının tətbiq olunması. Bu mərhə­lələrin hər birində xüsusi yanaşma tələb edən problemlər yaranır..

Kolliziya xarici hüququn xeyrinə həll olunduqda məsələ başqa cür təzahür edir. Onun tətbiq edilməsi prosesində yerli məhkəmələr və digər hüquqtətbiqetmə orqanları labüd surətdə bir sıra spesifik problemlərlə rastlaşacaq. Onların arasında xarici hüququn anlayı­şına ümumi yanaşma, xarici hüququn məzmununun müəyyən edil­məsi və təfsir olunması, xarici hüququn tətbiqinin məhdudlaşdırıl­ması və s. var [4 səh.73].

 Dövlətlərin milli (daxili) hüququ beynəlxalq ümumi hüquqdan fərqli olaraq ərazi xarakterinə malikdir, yəni öz dövlət ərazisi hüdudla­rında təsir qüvvəsinə malik olur. Lakin beynəlxalq ünsiyyət maraqlan xarici hüququn müəyyən hüdudlarında tanınma və tətbiq edilmə tələb edir. Belə hallarda hüququn ekstraterritorial təsirindən danışılır.Bu münasibətlər isə xarici hüququn tətbiqi ilə nizamlanır. Xarici hüquq öz mənşə ölkəsində tətbiq və təfsir edildiyi kimi tətbiq və təfsir edilməlidir.

Xarici hüququn tətbiqi zamanı mövcud və həll olan məsələlər: interlokal kolliziyalar, interpersonal kolliziyalar, intertemporal kolliziyalar, qarşılıqlılıq, tanınmamış dövlətin hüququnu tətbiq et­mək vardır [6.səh 64].

 

İstifadə olunmuş ədəbiyyatın siyahısı

Azərbaycan dilində:

Beynəlxalq xüsusi hüquq haqqında Azərbaycan Respublikasının Qanunu. B: 2000

A. T. Əbilov, Z. M. Qafarov “Beynəlxalq xüsusi hüquq”. B: Qanun, 2007. – 392 s

Ə. İ. Əliyev , A. İ. Məhərrəmov “Beyəlxalq xüsusi hüquq”. B: Bakı Universiteti nəşriyyatı, 2007. – 952 s.

Ə. Q. Məmmədov “Azərbaycan Respublikasının beynəlxalq xüsusi hüquq qanunvericiliyi və beynəlxalq hüquq”. B: 2005. - 28 s.

İ. Z. Dəmirov “Beynəlxalq xüsusi hüquq və beynəlxalq mülki prosesin qarşılıqlı əlaqəsi”. B: 2014. – 29 s.

Polis Akademiyası “Beynəlxalq xüsusi hüquq” (dinləyicilər üçün mühazirələr toplusu) B: 2008. – 514s.

Xarici dildə:

Rabel E. The Conflict of Laws; A Comparative Study/Vol.1. Chicago, 1945.

Лунц Л.А. Курс международного частного права: В 3 т. М. 2002

Международное частное право. Учебник/ под ред. Г.К.Дмитриевой М.2001

Международное частное право: Учебник ля вузов/ под ред.Н.И.Марышевой. М.2000

A. Çelikel, B. Erdem. Milletlerarası özel hukuk. Beta, 2015.

C. Şanlı. Milletlerarası özel hukuk. Vedat, 2015

 

www.huseyinzeybel.jimdo.com/hukuk-dersleri/uluslararası-özel-hukuk/?mobile=1

http://dergipark.ulakbim.gov.tr/iumhmohb/