28-02-2014, 13:52
“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi yeni fəaliyyətlərə davam edir. Mart ayından etibarən “Avropa Birliyi Hüququ” (European Union Law) dərslərinin tədrisinə başlanacaqdır. Dərslər bu sahədə ixtisaslaşmış Bəhruz Quliyev tərəfindən aparılacaqdır. Bəhruz Quliyev haqqında qısaca. Təhsil - 1997-2001-ci illərdə BDU, Bakalavr (Hüquq fakültəsi) - 2001-2003-cü illərdə BDU, Magistr (Cinayət Hüquq kafedrası) - 2010-2011-ci illərdə Stockholm Universiteti, Magistr (Avropa Hüququ)
İş təcrübəsi - “Trustweaver” AB, - İsveç. www.trustweaver.com Hüquq Tədqiqatçısı - Sosial Stratejik və Analitik araşdırmalar mərkəzi – layihə koordinatoru (2001-2004) - Bakı Elektrikşəbəkə QSC - Hüquqşünas (2006-2007) - 1 saylı Bakı şəhər Hüquq məsləhətxanası - vəkil köməkşisi, vəkil (2007-2010) - Xəzər Universiteti – Avropa Birliyi Hüququ üzrə mühazirəçi (2012) - ATƏT-in Bakı ofisində - Məhkəmə Proseslərinin Monitorinqi üzrə koordinator (2012-2013)
Bundan əlavə Bəhruz Quliyev özünü inkişaf etdirmək üçün bir neçə beynəlxalq və yerli təlim və təcrübə proqramlarında iştirak etmişdir. Peşəkar hüquqşünas kimi yetişməsində bu təlim və proqramların böyük əhəmiyyəti var. Bəhruz Quliyev ingilis, rus və türk dilindən əlavə isveç dilini də bilir.
Qeydiyyat müddəti 28.02.2014 - 07.03.2014 tarixləri arasında olacaqdır.
Qeyd edək ki, dərslər mart ayının 8 - dən başlayır və hər həftənin şənbə günləri saat 11-00 – dan 13-00 –a kimi olacaqdır. Sadəcə ilk dərsimiz digər təlimlə eyni saatda olduğu üçün, saat 14-00 – da başlayacaqdır. |