19-08-2014, 19:25
Geridə qoyduğumuz ildə “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” olaraq bir çox layihələr həyata keçirdik. Fəaliyyətimizdə bir sıra uğurlara imza atdıq. Keçən ilə nəzər salsaq hüququn bir çox sahələrində tələbə və gənc hüquqşünasların maariflənməsi üçün təlimlər və seminarlar vermishik. Ümümi sorğuları əsas götürsək iştirakçıların və dinləyicilərin dəyərləndirməsi (feedback) müsbətdir. Bu günün tələbinə uyğun və həmçinin ofisimizə gələn hər bir şəxsdən aldığımız məlumatların cəmi bizə fəaliyyətimizin genişlənməsi üçün əsas verir.
Bu və ya digər səbəbləri nəzərə alaraq, biz AYNHA olaraq tələbə və gənc hüquqşünasların peşəkarlığını artırmaq məqsədilə ümumi ingilis dili kurslarının başlanılmasını uyğun bilirik. İngilis dili kursları ümumən hüquqşünasların tələbatını qismən də olsa qarşılaya biləcək və "Hüquq ingiliscəsi” (Legal English) üçün baza təşkil edəcəkdir. İstər xarici ədəbiyyatın istifadəsində, istərsə də işə qəbul zamanı ingilis dili əsas faktor kimi öz aktuallığını qoruyur. Biz “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi olaraq güzəştli kursların təşkili zamanı həm hüquqşünas tələbələrin, həm də gənc hüquqşünasların qarşılaşdıqları problemləri azaltmaq, mümkün qədər onların karyerasındakı uğurlara təkan vermək istəyirik. İngilis dili kursları, həftədə 3 dəfə olmaqla, 2 dərs saatından ibarət olacaqdır. Kurslarda iştirak ödənişli şəkildə olacaqdır.Kurs qiymətləri aşağıdakı kimidir. Qruplar və qiymətlər: -10 nəfərlik qruplarda tədris – 35 AZN -5 nəfərlik qruplarda tədris – 45 AZN -3 nəfərlik qruplarda tədris – 55 AZN
AYNHA-da həmçinin siz, fərdi dərslər də keçə bilərsiniz.Fərdi dərslər də eyni qaydada davam edəcək. Qiyməti isə 75 AZN olacaqdır.
Krusda iştirak edəcək dinləyicilər qruplara bölünməmişdən öncə səviyyə imtahanları verəcək və qrupların tərkibi buna uyğun müəyyən olunacaqdır. Kursların qiyməti ümumlikdə Bakı şəhərindəki digər kurslardan ucuzdur. Digər bir məsələ isə odur ki, dinləyicilər hər üç aydan bir səviyyə keçmə imtahanı verəcəkdir. Bu imtahanlarda alınan hər hansı bir nəticədə bizim yalnışımız olarsa, həmən dinləyicidən növbəti üç ayın ödənişi alınmayacaqdır. Kurslar AYNHA-nın ofisində keçiriləcəkdir. |