20-08-2014, 10:48
Geridə qoyduğumuz ildə “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” olaraq bir çox layihələr həyata keçirdik. Fəaliyyətimizdə bir sıra uğurlara imza atdıq. Keçən ilə nəzər salsaq hüququn bir çox sahələrində tələbə və gənc hüquqşünasların maariflənməsi üçün təlimlər və seminarlar vermishik. Ümümi sorğuları əsas alsaq iştirakçıların və dinləyicilərin dəyərləndirməsi (feedback) müsbətdir. Bu günün tələbinə uyğun və həmçinin ofisimizə gələn hər bir şəxsdən aldığımız məlumatların cəmi bizə fəaliyyətimizin genişlənməsi üçün əsas verir.
Bu və ya digər səbəbləri nəzərə alaraq, biz “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi olaraq tələbə və gənc hüquqşünasların peşəkarlığını artırmaq məqsədilə, xaricdə təhsil almaları üçün vacib olan İELTS kurslarının başlanılmasını uyğun bilirik.ABŞ və digər ingilis dilli ölkələrdəki universitetlərdə təhsil almaq üçün əvvəlcə İngilis dili imtahanlarından keçmək lazımdır. Bir çox Amerika kollec və universitetləri iki testdən birini və ya hər ikisinin nəticələrini qəbul edir. Bu imtahanlardan biri “İngilis dili xarici dil qismində” mənasını verən TOEFL-dur. Digəri isə “Beynəlxalq İngilis dili İmtahanı sistemi” anlamına gələn IETLS-dir . TOEFL imtahanları dünyanın 80 ölkəsində keçirilir. IETLS testləri isə daha çox 121 ölkədə təşkil edilir. Bu imtahanların hər ikisini Azərbaycanda da vermək olar. ABŞ Təhsil İmtahan Xidmətinin sözçüsü Tom Evinq deyir ki, hər il təxminən bir milyon insan TOEFL imtahanı verir. IELTS-in icraçı direktoru Beril Meyronun sözlərinə görə, bu imtahanda da iştirakçıların sayı eyni olur. Xanım Meyron deyir ki, hazırda ABŞ-da 2 mindən çox universitet və kollec IETLS imtahanını qəbul edir. Ali təhsil ocaqları bu imtahanları bakalavr, Magistr və ya hər iki dərəcə üçün istəyə bilər.
İELTS və TOEFL kurslarının keçirilməsində bir neçə vacib amil var. Bunlardan ən əsası xaricə gedəcək tələbə və gənc hüquqşnasların güzəştli qiymətlərdən yararlanması və ölkə daxilində olan bir çox şirkətlərdə işləmək şanslarının çoxalmasıdır. İELTS və TOEFL kurslarında iştirak edəcəklərin müəyyən bir bazası olmaldır. Bu baza əsasında qruplara bölünəcək dinləyicilərin hazırlığı proqrama uyğun və çoxlu imtahanlar vermək şərtilə olacaqdır. Kurslar həftədə üç dəfə iki dərs saatı müddətində olacaqdır. İstəyən hər bir kəs üçün fərdi hazırlıqlar ola bilər. İELTS və TOEFL kurslarının qiymətləri 3-5 nəfərlik qruplar üçün 130 AZN, fərdi dərslər üçün isə 175 AZN olacaqdır. Dinləyicilərin səviyyələrinə uyğun olaraq onların hansı müddət ərzində lazım olan nəticənin əldə olunması haqqında məlumat veriləcəkdir. |