20-08-2014, 11:11
Son zamanlar ölkə ərazisində olan inkişaf tempi vətəndaşların ümumi rifahının artmasına şərait yaradır. Bu da öz növbəsində tələbatlarını ödəmək üçün bir çox texnoloji yeniliklərin istifadəsini intensivləşdirir. Heç şübhəsiz bir çox insanın ayrılmaz yoldaşı olan nəqliyyat vasitələri günümüzdə ən çox istifadə edilənlər içərisindədir. Bu çoxalma həmçinin hüquq pozuntularının da çoxalmasına gətirib çıxarır. Yol hərəkəti qaydalarını bilməyən, hüquqlarını bilməyən piyada və sürücülərin çoxluğu son zamanlar müşahidəçilər tərəfindən təspit edilən əsas amillərdəndir. Yollarda olan insan tələfatının və digər xoşagəlməz hadisələrin çoxluğu bu sahədə olan maarifçiliyin həddindən artıq az olması ilə bağlıdır. Bu problemlərə AYNHA olaraq biganə qala bilmərik. Bu səbəbdən sürücülük kursları vacibliyi ortaya çıxır. Sürücülük kursları sadəcə sürücülük vəsiqəsini almaq üçün nəzərdə tutulmayıb. Belə ki, cəmiyyətdə bu sahədə olan maarifsizliyin aradan qaldırılması məqsədilə kursların tərkibində mövzuya uyğun təlim və seminarlar keçilməsi nəzərdə tutmuşuq.
Kursların qiyməti hal-hazırda olan digər kurslardan aşağı olacaq. Əsas hədəf kütləmiz hüquqşünas tələbələr və gənc, ehtiyacı olan hüquqşünaslar olacaqdır. |