20-08-2014, 11:23
“Dövlət qulluğu" haqqında Azərbaycan Respublikasının Qanunun ilk maddəsi belədir:
Bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir.
Göründüyü kimi biz burda hüququn vacibliyini görürük. Dövlət qulluğuna hazırlaşmaq istəyən hər bir gənc və son kurs tələbə hüquqşünaslar "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" ictimai birliyinin ofisində təşkil olunacaq kurslarda güzəştli şərtlərlə iştirak edə bilərlər. Hal-hazırda, demək olar ki, bütün kurslarda dövlət qulluğuna olan imtahanlar üçün hazırlıqlar gedir. Müşahidələrimiz onu göstəriri ki, o qədər də peşəkar olmayan insanlar tərəfindən deyilən kurslarda uğursuzluqlar olur. Bunu aradan qaldırmaq üçün peşəkar komandayla bu kurslarda əsasən hüquqşünaslara öz biliklərini çatdıracaqlar.
Həftədə üç dəfə olmaqla, iki dərs saatı müddətində dinləyicilər kurs çərçivəsində olacaq materialları mənimsəyəcəklər. Kursun təşkil olunmasında əsas məqsəd dövlət qulluğuna hazırlaşacaq hər bir hüquqşünasın gözəştli şərtlərlə daha yaxşı təhsillə imtahanlarda iştirakını təmin etməkdir. Kurslarda repetitorlar uzun müddət dövlət orqanlarında işləmiş şəxslərdən olacaqdır. |