20-08-2014, 12:20
Xüsusi dövlət qulluqlarında çalışmaq istəyən hüquqşünaslar və digər peşə sahibləri daima materail qıtlığı, və repetitorların azlığından şikayət edirlər. Bu problemlərin aradan qaldırılması üçün “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi bu sahələrə yönələn insanlara güzəştli şərtlərlə kurslar təklif edəcək. Kurslar Miqrasiya, Vergilər və digər xüsusi dövlət qulluqlarının tələbinə uyğun olaraq keçiriləcəkdir. İstər qanunvericilik, istərsə də digər lazımı sahələrin aşılanması üçün işində peşəkar olan hüquqşünasların repetitor kim kurslarda iştirakı nəzərdə tutulub. Kurslar tələbata uyğun olaraq həftədə iki və ya üç dəfə minimum iki dərs saatı olmaqla keçiriləckdir.
“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi kursları güzəştli şərtlərlə gənc və peşəkar hüquqşünaslara təklif edir. Kursların proqramlara uyğun keçirilməsi üçün zəmanət verilir. Bundan əlavə xüsusi dövlət qulluqlarında çalışan mütəxəssislər kurslara gələrək öz töhvələrini verəcəklər. |