10-12-2015, 12:17
Diqqət Diqqət!
Müraciətləri nəzərə alaraq kursumuzu açıq elan edirik, əziz hüquqşünaslar!
“Legal English Language Course”- Hüquqi İngilis dili üzrə kurs
Bu kurs vasitəsilə peşəkar hüquqşünaslar və hüquq tələbələri həm özlərinin ingilis dilində bilik səviyyələrini artırmaqla yanaşı, həm də ingilis dilində olan hüquq terminləri ilə tanış olacaqdır. Kursa qəbul edilmiş iştirakçıların, ingilis dili səviyyəsi aşağı olduğu təqdirdə, ilk öncə onlara ümumi ingilis dili üzrə hazırlıq kursu keçiləcəkdir.Daha sonra hüquqşünaslar üçün peşəkar ingilis dili dərsləri keçiləcəkdir.
Bu kursun mahiyyəti həm də beynəlxaq hüquqi ingilis dili sertifikatı (ILEC) almaq istəyən şəxslər üçün nəzərdə tutulub və həmin imtahana hazırlıq prosesi kimi məşğələlər həyata keçiriləcəkdir. Bu sertifikatı əldə etdikdən sonra, siz tanınmış beynəlxalq təşkilatlarda işləmək və ya tanınmış beynəlxalq Universitetlərdə magistr və doktorluq təhsili almaq imkanlarını əldə edə bilərsiniz.
Dərslər fərdi və qrup şəklində təşkil olunur. Qiymətlər bu formadadır: Fərdi – 160 AZN Qrup (3nəfərlik) – 130 AZN
Legal English kurslarına qeydiyyatdan olduqdan sonra müraciət edən şəxsdən müəllim tərəfindən səviyyə imtahanı götürülür. Səviyyə olaraq upper-intermediate olan şəxslər birbaşa olaraq Legal English dərslərinə başlayır. Daha aşağı səviyyə olanlar isə eyni müəllim tərəfindən keçirilən General English kursuna başlayır. General English kursunun müddəti tələbədən asılı olaraq 1-2 ay müddətinə nəzərdə tutulmuşdur. General English kursunun qiymətləri isə aşağıdakı kimidir: Fərdi – 80 AZN Qrup (3nəfərlik) – 50 AZN
Maraqlı olan şəxslər müraciət edə bilərlər!
Əlavə Məlumat almaq üçün aşağıda göstərilmiş əlaqə vasitələrinə müraciət etməyiniz lazımdır: Ünvan : İstiqlaliyyət pr. 57 Email:office@aynha.az Tel:(012) 497 56 65 |