14-11-2016, 16:15
Diqqət Diqqət!!! Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası “Sığorta işi və onun əsasları” layihəsinə start verir! Layihə “AZ Sığorta” ASC-nin Təlimlər üzrə meneceri Şükür Hüseynov və hüquqşünas Şəhriyar Həbilov tərəfindən keçiriləcəkdir. Layihənin tədrisi proqramı 7 moduldan ibarət olub, özündə çoxsaylı submodulları birləşdirir. Dərslər həftədə iki dəfə, çərşənbə axşamı saat 19:00-da və şənbə günləri saat 18:00-da keçiriləcəkdir. Tədris proqramının müddəti 3 həftədir. Layihədə iştirak ödənişlidir. Hər modul üçün ödəniləcək məbləğ 7 AZN olub, toplam olaraq 49 AZN təşkil edir. Tədrisin sonunda iştirakçıkara sertifikat təqdim olunacaqdır. Layihəyə qoşulmaq istəyənlər AYNHA-nın ofisinə yaxınlaşmalıdır. Qeydiyyat davam edir... Dersler 1 noyabrdan baslayir. Əlavə suallar üçün əlaqə vasitələrimizə müraciət etməlisiniz. office@aynha.az Tel: +994-124975665 |