18-04-2017, 16:04
"Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB və "SM Consulting" MMC tərəfindən təşkil olunan "Nağdsız hesablaşmalar haqqında qanunun və Vergi Məcəlləsinə edilmiş son dəyişiklik və əlavələrin izahı" adlı təlim keçiriləcəkdir. Qeydiyyat: Aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçərək, iştirakınızı təsdiqləyirsiniz. Təlim ödənişlidir - 20 AZN. Ödənişi AYNHA ofisində ( İstiqlaliyyət 57, İçərişəhər metrosu yaxınlığı) və ya təlim günü təlim keçirilən məkanda ödəyə bilərsiniz. Qeydiyyatdan keçənlər gəlmədiyi təqdirdə növbəti təlimdə iştirakı məhdudlaşdırılacaq.
https://docs.google.com/forms/d/e/1FAIpQLScEGqm21STaHzKPVFW9uLzaE_InDHRZNEgCrElp2FjBkD5Gvg/viewform
Təlimçi: Emin Səttarov Mövzu başlıqları: - Nağdsız hesablaşmalar haqqında qanun izahı - Nağd hesablaşmların məhdudlaşdırılması və tətbiq olunan maliyyə sanksiyaları - Pərakəndə və topdan ticarət fəaliyyətinin sərhədlərinin müəyyən edilməsi - Kameral vergi yoxlamasının həyata keçirilməsi qaydası - İşçilərin ixtisarı zamanı əmək, vergi, sosial sığorta münasibətlərinin tənzimlənməsi qaydası
Təlimin keçiriləcəyi ünvan: WORLD BUSİNESS CENTRE S.Vurğun küç-43. (28 may metrosu, Heydər Əliyev sarayının arxası) |