26-02-2018, 11:20
"Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "Əqli mülkiyyət hüququ: müəlliflik, patent və əmtəə nişanı hüququ" adlı Seminara start verir.
Aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz.
https://docs.google.com/forms/d/e/1FAIpQLScDkV7AzgB11PIL5i_7xpdF82Epp3Azqbd-RnTcM2lE0v8CQw/viewform
Seminar Vəkillər Kollegiyasının üzvü, çox dəyərli vəkil Allahverən Oruclu tərəfindən 24 fevral saat 11:00 da keçiriləcəkdir. Vəkil Allahverən İsmayıl oğlu Oruclu 2002-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr, 2008-ci ildə magistr dərəcəsi ilə bitirmişdir. 2011-2012-ci illərdə Brüssel Azad Universitetinin (Vrije Universiteit Brussel) Hüquq fakültəsində Beynəlxalq və Avropa hüququ (Biznes hüququ profili) üzrə magistr təhsili almışdır. 2017-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) əqli mülkiyyət üzrə xüsusi kursunu bitirmişdir. "Universal Hüquq Çalışmaları" kitabının və bir sıra məqalələrin müəllifidir. Seminar tələbələrə ödənişsizdir |