16-09-2013, 17:02
2007-ci ildə dövlət qeydiyatından keçmiş Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Asossiasiyası 2013-cü ilin
ikinci rübündə yeni fəaliyyət strategiyasıyla ictimai fəallığını artırmağa başlayıb.Qısa zaman kəsiyində bir
sıra layihələri həyata keçirən Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Asossiasiyası hüquqşünas tələbələrin
staj imkanlarının artırılmasıyla bağlı layihəsini artıq bitirmişdir.Lahiyənin nəticəsi olaraq hüquqşünas
tələbələr və hüquqşünaslarla 21 sentyabr 2013-cü ildə saat 15-00-dan 18-00-dək Marriott Abşeron
mehmanxanasında geniş tədbir olacaq.
Qeyd edək ki, tədbirdə iştirak yalnız xüsusi dəvətnamə ilə olacaq. |