16-04-2014, 15:37
"Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB Peşəkar hüquqşünaslarla tələbə hüquqşünasların görüşü ilə bağlı "Qeyri Rəsmi Görüş" layihəsini davam etdirir. Növbəti görüş Remedium HM-nin sədri ve Ekvita Hüquq Şirkətinin hüquqşünası Əli Əliyevlə olacaq. Əli müəllim tələbələrə öz təhsil və iş həyatından danışacaq. Hüquq sahəsində aktual olan mövzular barəsində məlumat verəcək.Görüş 19 aprel saat 11:00 - da olacaq. |