30-04-2014, 19:27
"Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB Peşəkar hüquqşünaslarla tələbə hüquqşünasların görüşü ilə bağlı "Qeyri Rəsmi Görüş" layihəsini davam etdirir. Növbəti görüş "Hidro Group" MMC-nin İdarə heyəti sədrinin birinci müavini Tural Eyvazovla olacaq. Tural müəllim tələbələrə öz təhsil və iş həyatından danışacaq. Hüquq sahəsində aktual olan mövzular barəsində məlumat verəcək.Görüş 03 may saat 15:00 - da olacaq.
Tural müəllim haqqında qısaca məlumat:
2002-ci ildə BDU-nun Hüquq fakültəsini Bakalvr dərəcəsi ilə başa vurduqdan sonra, bir sıra qurumlarda çalışdmışdır.2008-ci il BDU-nun Hüquq fakültəsini Magistr dərəcəsi almışdır. Tural Evazov həm təhsil aldığı müddətdə həm də, daha sonralar bir sıra təlim və təcrübə proqramlarında iştirak etmişdir. İş təcrübəsi isə olduqca geniş və maraqlı sahələri əhatə edir: "Ədliyyə Nazirliyi,MQİBİ"- (2004-2005) "Karvan İdman Klubu"MMC- (2005-2007) "İnşaattexservis"MMC-(2007-2008) "Bakı Slavyan Universiteti"-(2009-2011) "Texno-Anatik"MMC-(2011-2012) "Hidro Group" MMC-(2012-hal hazıra kimi) |