10-06-2014, 12:22
ABŞ-ın Nyu York ştatında vəkillik fəaliyyəti ilə məşğul olan, təcrübəli hüquqşünas Rəmzi Güvenc Kulen 09 iyun 2014-cü ildə “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə Birliyin ofisində “Milli miqrasiya hüququ”, Korporativ hüquq”, “Kommersiya hüququ” sahələrində seminar vermişdir. Seminarda əsasən peşəkar hüquqşünaslar iştirak etmişdir. İlk olaraq ABŞ-ın miqrasiya hüququ haqqında məlumat verən Rəmzi bəy, bu mövzu ilə bağlı olan vizaların növləri, onların necə alınması barəsində geniş informasiya verdi. Daha sonra Birləşmiş Ştatların ticarət hüququ haqqında, investitsya qoyulması haqqında geniş məlumat verilmişdir. Görüşün sonunda Rəmzi bəy iştiarkçıların suallarına cavab vermişdir. Daha sonra görüş, İdarə Heyətimizin üzvləri, bir sıra görkəmli hüquqşünaslar və ABŞ-dan gələn qonaqlarla birgə geniş süfrə arxasında davam etmişdir. |