İqtisadi hüquq kafedrasının professor-müəllim heyəti, fakültə rəhbərliyi və tələbələrin iştirakı ilə keçirilən görüşdə bildirilib ki, “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi artıq bir ildən çoxdur ki, ölkənin nüfuzlu ali təhsil ocaqları ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində tələbələrin bilik və bacarıqlarının, habelə ümumi dünya görüşlərini artıracaq bir sıra təlimlər, təcrübə proqramları, nüfuzlu hüquqşünaslarla görüşlər və tələbələrin profesional yetişməsinə xidmət edən digər fəaliyyətlər həyata keçiriblər.
Görüşdə həmçinin qeyd edilib ki, İqtisadiyyat və Sənaye fakültəsinin bir neçə tələbəsi 2-ciYay təcrübə proqramında uğurla iştirak edərək iqtisadi-hüquqi biliklərinin praktiki yöndən inkişafına nail olublar. Görüşün sonunda AYNHA İctimai Birliyinin nümayəndələri, gələcəkdə ADİU-nun daha çox tələbələrini öz sıralarında görməkdən məmnun olacaqlarını bildirərək, fakültənin İqtisadi hüquq kafedrası ilə gələcək əməkdaşlığın mümkün müxtəlif istiqamətlərini geniş müzakirə ediblər.