23-12-2016, 13:36
Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası İB-yi "AYNHA görüş klubu" üzvləri ilə bu gun Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman Elmira xanım Süleymanova ilə səmimi görüş keçirmişdir.
Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası İB-yi "AYNHA görüş klubu" üzvləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman Elmira xanım Süleymanova ilə səmimi görüş keçirmişdir. Görüşdə AYNHA idarə heyəti üzvləri, “AYNHA görüş klubu” üzvləri, tələbələr iştrak etmişlər.
Elmira xanım Süleymanova iştirakçılara Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman fəaliyyətinin yaranması və inkişafı tarixindən ətraflı məlumat verərək, təşkilatın Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 2002-ci ildə yaradılması və fəaliyyətə başlanmasını bildirdi. Həmin tarixdən etibarən ərizə və şikayətlərlə edilən müraciətlərə baxılmış, lazımı tədbirlər görülmüşdür. Ermənistan Respublikasının Azərbaycana təcavüzü nəticəsində bir milyona qədər qaçqın və məcburi köçkünlərimizin kütləvi şəkildə haqq və hüquqlarının pozulması mütəmadi olaraq beynəlxalq təşkilatların diqqətinə çatdırılır. Azərbaycanda fəaliyyət göstərən cəzaçəkmə müəssisələri, psixatriya xəstəxanaları, uşaq evləri tez-tez ziyarət edilir, problemləri diqqətə alınır. İşgəncələr haqqında (0503709896) və uşaq hüquq pozuntusu ilə bağlı məlumatların təcili olaraq Ombudsmana ötürülməsi üçün qaynar xətt yaradılmış, şikayətlərə vaxtında baxılmışdır.
“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyinin Baş Katibi Ramin Nurəliyev səmimi görüşə vaxt ayırdığı üçün Elmira xanıma rəhbərlik adından təşəkkürünü ifadə etdi. Birliyin sədr müavini Ayaz Məmmədov Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Danimarka Krallığının paytaxtı Kopenhagen şəhərində keçirilən “Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində qaçqın və məcburi köçkün olmuş azərbaycanlıların pozulmuş hüquqlarının bərpası uğrunda Beynəlxalq konfrans” adlı layihə barədə Elmira xanıma ətraflı məlumat verdi. Layihə çərçivəsində Danimarka Parlamentinin üzvü xanım Yıldız Akdoğan və Aarhus Bələdiyyəsinin üzvü, Danimarka Parlamentinin əvvəlki çağırış millət vəkili Hüseyin Araç ilə görüşlər keçirildiyini onlara mövzu ilə bağlı buklet, broşur, kitabça və s. təqdim edildiyi bildirildi. Layihənin yekun aktı hazırlanmış Danimarka parlamentinə, siyasilərə və KİV-ə təqdim edilmişdir. Danimarkanın nüfuzlu xəbər portallarında layihəyə geniş yer ayrılmış, ictimaiyyət məlumatlandırılmış, həmçinin, Danimarka Parlamentinin (Folketinget) saytında dərc olunmuşdur.
Elmira xanım layihənin keçirilməsini yüksək səviyyədə qiymətləndirərək belə layihələrin vaxtaşırı keçirilməsinin zəruriliyini qeyd etdi. Görüşdə tələbələrin suallarını cavablandıran Elmira xanım məmnuniyyətini ifadə etdi.
Ünvan: Bakı ş, İstiqlaliyyət pr-57, Bakı AZ1001,
Tel: (99 412) 497 56 65, 050 263 02 66 (layihə rəhbəri),
E-mail: office@aynha.az , office.aynha@gmail.com |