"Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "AYNHA Görüş Klubu"nun üzvləri çox dəyərli hüquqşünas, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Aqil Layıc ilə dəyirmi masa görüşü keçirdilər. Vəkillik təcrübələrini tələbələrlə bölüşən Aqil Layıc onların bir neçə suallarını cavablandırdı. Səmimi görüşdə tələbələrə hüquq sahəsində uğurlar arzulayan Aqil müəllim, həmçinin, onlara vəkil olmağı da məsləhət gördü.
Nəzərinizə çatdırırıq ki, 11 mart saat 15-00 da AYNHA-nın AKT zalında Aqil Layıc tərəfindən "Avropa Konvensiyası Kontekstində Mülkiyyət Hüquqları" adlı seminar keçiriləcəkdir.