Bölmələr
 
 
— AYNHA və TGT bir arada
 
AYNHA və TGT bir arada
 

21-04-2014, 10:15

 

27 dekabr,213-cü il tarixində Baku Roasting Company-də Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı və Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyasının təşkilatı dəstəyi ilə xeyriyyə məqsədi daşıyan "Yaradıcılıq gecəsi" baş tutmuşdur.Gecədə, fakültə tələbələri musiqilər səsləndirmiş, əl işlərini nümayiş etdirmişlər. Tədbiri giriş sözü ilə açan fakültə Tələbə Gənclər Təşkilatının sədri Fərahim Hüseynzadə tədbirin xeyriyyə məqsədi daşıdığını qeyd edərək , hər bir tələbənin bu işdə aktiv iştiraka çağırmış və yığılan vəsaitin Uşaqlar evində baş tutacaq səfərə cəlb ediləcəyini vurğulamışdır. Daha sonra çıxış üçün söz alan Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Məmmədbağır Məmmədov fakültənin ictimai-sosial həyatdakı aktiv iştirakından danışaraq, tədbirin təşkilatçılarına bir daha belə tədbiri ərsəyə gətirdiklrəi üçün minnətdarlığını bildirmişdir. Aksiyaya və tədbirin təçkilatçılığına böyük dəstək göstərən AYNHA-nın Kadrlarla iş üzrə departament sədri Nurlan Səfərov da deyilən sözlərə qoşularaq təşkilatın bu tip aksiyaları hər zaman dəstəklədiyini qeyd etmiş və tələbələrin hər zaman yanında olacaqlarını bildirmişdir. Tədbirin gedişində Hüquq fakültəsi TGT-nin təşkil etdiyi Şahmat turninin qalibləri mükafatlandırılmış və tədbir səsləndirilən musiqilərlə davam etmişdir.