Bölmələr
 
 
— “Kommersiya Hüququ” Qış məktəbi
 
“Kommersiya Hüququ” Qış məktəbi
 

21-04-2014, 11:51

 

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” ictimai birliyi hüquqşünas tələbələrə və gənc hüquqşünaslar üçün 07.02.2014-09.02.2014 fevral tarixi aralığında “Kommersiya Hüququ” adı altında qış məktəbi təşkil etmişdir. Təlim şəklində keçən qış məktəbi Quba şəhərində olmuşdur. Təlimin ilk günü “AtaHolding” ASC-nin hüquq departamentinin rəhbəri Qorxmaz Ağayev təlimçilərə mövzu ilə bağlı məlumat verib.Müzakirələr şəklində keçən təlimin ilk günü iştirakçıların böyük marağına səbəb olub. İlk günün sonunda iştirakçıların istirahəti üçün əyləncələr təşkil olunub.
Təlimin ikinci günü Quba şəhərində gəzinti təşkil olunub, “Quba Soyqırımı Memorial Xatirə Kompleksi” nə səyahət olub. Nahardan sonra “Avesta Konsern”in Biznesin inkişafı və İnvestitsya departamentinin rəhbəri Fuad Qəmbərov şirkətlərdə əmək münasibətlərinin qurulması barədə danışıb. Günün sonunda “Xəzər” intellektual gənclər kulubun əməkdaşı tərəfindən tələbələr arasında bilik yarışması təşkil olunub. 
Təlimin son günü “Palmali” şirkətlər qrupunun hüquqşünası Asif Məmmədov iştirakçılara şirkətlərin məhkəmələrlə olan münasibətlərini və müasir biznes haqqında məlumat verdi. Asif müəllimin vurğuladığı məsələlər iştirakçılar üçün yeni olmaqla bərabər gələcək iş həyatlarına böyük təsir edəcək.

Nahardan sonra “Qış Məktəbi” bağlı elan olundu və iştirakçıların təltif olunma mərasiminin AYNHA-nın ofisində olacağı ilə bağlı məlumat verildi.