Bölmələr
 
 
— "ÖDƏNİŞ SİSTEMLƏRİ VƏ ONUN HÜQUQİ ƏSASLARI"
 
"ÖDƏNİŞ SİSTEMLƏRİ VƏ ONUN HÜQUQİ ƏSASLARI"
 

21-04-2014, 12:07

 

Hörmətli peşəkar və tələbə hüquqşünaslar, sizi  Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası olaraq 2014-cü ilin ilk təliminə dəvət edirik.Bu münasibətlə sizi 8 mart 2014-cü il şənbə günü saat 11:00-13:00 arası "Ödəniş sistemləri və onun hüquqi əsasları" mövzulu təlimə dəvət edir.Təlimimiz cənab Tamerlan H. Rustamov(Leading specialist , Payment Systems & Settlements Department ,Central Bank of Azerbaijan Republic)tərəfindən keçiriləcəkdir.

Təlim haqqında qısa məlumat

"Ödəniş sistemləri və onun hüquqi əsasları"

Mövzunun təqdimatı zamanı ödəniş sistemlərinin mahiyyəti, onların xarakteristikası, ölkə iqsisadiyyatında rolu, ölkədə mövcud Milli Ödəniş Sistemi infrasktrukturu, ödəniş sistemlərindən olan Real vaxt rejimində banklararası hesablaşmalar sistemi (AZİPS) və Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) sistemlərinin fəaliyyətinin qısa açıqlaması veriləcəkdir. Bu hissə iştirakçılarda ödəniş sistemləri və onların fəaliyyəti haqqında müəyyən təsəvvür yaradacaqdır.

Təqdimat zamanı, həmçinin ödəniş sistemləri sahəsində normativ hüquqi sənədlər, Mülki Məcəllə, "Mərkəzi Bank haqqında" "Banklar haqqında", "Poçt haqqında" Qanunlarda ödəniş sistemləri haqqında əks olunan maddələr üzrə açıqlama veriləcəkdir. Eyni zamanda normativ hüquqi bazanı təşkil edən qayda və təlimatlar haqqında məlumatlar açıqlanacaqdır.

Arzu edənlər 24 fevral 2014 - 07 mart 2014 tarixləri arasında AYNHA-nın ofisinə gələrək qeydiyyatdan keçə bilər.Qeydiyyatdan keçməyənlər təlimə buraxılmayacaq.