Bölmələr
 
 
— Tələbələrlə qeyri rəsmi görüş
 
Tələbələrlə qeyri rəsmi görüş
 

21-04-2014, 12:13

 

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi bu həftədən etibarən yeni layihəsinə start verir.
Tələbə hüquqşünaslarla peşəkar hüquqşünaslar və digər ixtisas sahiblərinin “AYNHA”-nın ofisində görüşləri 01.03.2014-cü il tarixindən başlayacaqdır. Görüşlər qeyri-rəsmi formatda baş tutacaqdır. Əsas məqsəd isə tələbələri professional iş həyatında necə davranmalarına hazırlamaqdır.
İlk görüş “AAC” MMC-nin hüquqşünası Ayaz Məmmədovla olacaqdır. Ayaz Məmmədov həm təhsildə həm də, bu günə qədərki iş həyatında qazandığı təcrübəni tələbələrlə bölüşəcəkdir.
Qısaca Ayaz Məmmədov haqqında.
2001-ci ildə BDU-nun Hüquq fakültəsini Bakalvr dərəcəsi ilə başa vurduqdan sonra, bir sıra qurumlarda çalışdmışdır. 2008-ci ildən Helsinki universitetinin Beynəlxalq Müqavilə və Ticarət hüququ üzrə Magistr dərəcəsi aldıqdan sonra Bakıya qayıtmışdır.
Ayaz Məmmədov həm təhsil aldığı müddətdə həm də, daha sonralar bir sıra təlim və təcrübə proqramlarında iştirak etmişdir. İş təcrübəsi isə olduqca geniş və maraqlı sahələri əhatə edir:
-“Azər-Asiya” Sığorta Şirkəti, (01/2004-02/2007)

- “Standard Insurance” Sığorta Şirkəti, (04/2007-09/2008)

-“Azərinşaatservis” MMC, (02/2010-12/2011)

-“Texno-Atinak” MMC, (01/2012-04/2013)

-“AAC” MMC, (05/2013-hal hazıra kimi)

 

Görüş saat 14-00 ilə 16-00 arası olacaqdır

Qeydiyyat üçün “AYNHA”-nın ofisinə gəlməyiniz xahiş olunur.