Bölmələr
 
 
— Sosial hüquqların təmin edilməsi məqsədilə təlim və hüquqi məsləhət xidmətlərinin göstərilməsinə dair təşəbbüslər
 
Sosial hüquqların təmin edilməsi məqsədilə təlim və hüquqi məsləhət xidmətlərinin göstərilməsinə dair təşəbbüslər
 

21-04-2014, 13:35

 

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” (AYNHA) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sosial hüquqların təmin edilməsi məqsədilə təlim və hüquqi məsləhət xidmətlərinin göstərilməsinə dair təşəbbüslər” adlı layihənin ilk təliminə başlamışdır.
Təlim gənc hüquqşünas Raman Məmmədov tərəfindən AYNHA-nın ofisində baş tutmuşdur. 60 nəfərdən çox iştirakçı təlimə gəlmişdir. Təlim zamanı Raman müəllim iştirakçılara əmək hüququnun anlamı və iş həyatında tətbiqi haqqında geniş məlumat vermişdir.
Təlimdən sonra iştirakçılara Sertifikat təqdim edilmişdir. Bəzi iştirakçılar Raman müəllimə sonda öz sualları ilə müraciət etmişdir.