Bölmələr
 
 
— Məişət zorakılığı
 
Məişət zorakılığı
 

27-04-2014, 11:05

 

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” (AYNHA) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sosial hüquqların təmin edilməsi məqsədilə təlim və hüquqi məsləhət xidmətlərinin göstərilməsinə dair təşəbbüslər” adlı layihənin dördüncü  təliminə başlamışdır.

Təlimçi peşəkar hüquqşünas “Remedium” hüquq mərkəzinin sədri və “Ekvita” hüquq şirkətinin hüquqşünası Əli Əliyev idi.

Təlimdə müxtəlif yaş qrupundan olan insanlar “Məişət Zorakılığı” adlı mövzunu dinləmiş, öz suallarını ünvanlamışlar.

Maraqlı müzakirələr şəklində keçən təlimin sonunda iştirakçılara sertifikat təqdim edilmiş və xatirə şəkli çəkdirilmişdir.