Bölmələr
 
 
— AZEM hüquq şirkəti
 
AZEM hüquq şirkəti
 

22-04-2014, 17:39

 

Azem Hüquq Şirkəti 2007-ci ildə iki yerli hüquq partnyorları tərəfindən təsis edilmişdir. 10 nəfər hüquqşünasdan ibarət olan daimi və 10 nəfər layihələr üzrə olmaqla 20 nəfərdən ibarət olan komandamız ABŞ, İngiltərə və Türkiyə Cümhuriyyətində təhsil almış, hüququn müxtəlif sahələrində dəyərli nəzəri və əməli təcrübəyə malik, aparıcı dövlət və özəl sektorlarda çalışmış peşəkarlardan ibarətdir.

Prae Legal Qlobal Hüquq Şəbəkəsinin üzvü olan şirkətimiz hazırda Almaniya, İngiltərə, Macarıstan, Albaniya, Yunanıstan, Rusiya, Ukraina, Moldova, Qazaxıstan, Çin, Vyetnam, Hindistan, Pakistan, Türkiyə, Bəhreyn, Bosniya və Hersoqovina, Kosovo, Monqolustan, Monteneqro, Nepal, Kambociya, Xorvatiya, Makedoniya, Misir, Küveyt, İordaniya, İraq, Əlcəzair, İran, Livan, Mali, Slovakiya, Seneqal, Serbiya, Sudan, Özbəkistan və Birləşmiş Ərəb Əmirliklərində bilavasitə öz müştərilərinə hüquqi xidmət göstərmək imkanına malikdır.  Prae Legal hüquq direktoratı olaraq hazırda 76 ölkədə var olan şirkətimiz gələn ildən etibarən dünyanın 170 ölkəsində müştərilərimizə xidmət göstərməyi hədəfləmiş və bununla dünyanın ən böyük hüquq şirkəti olma yoluna girimişdir.  

Şirkətimiz hazırda Türk Hava Yollarının Bakı Ofisi, AZƏRSU ASC, BBC Bakı Ofisi, MADO (qida sektorunda çalışır), Hyundai Engineering Co. Ltd, Hidro Group, Hidro Makina, Ahsel İnşaat, Concord İnşaat, Öztiryakiler, Piramida İnşaat, Opticon, Hilal Agro, AbsheronCement, 2A YAPI, İnfinor MMC, Dolçasaray MTK, Azərbaycan Ekspress Travel, BiletX Travel, Moderno Limited, Kripton İnnovative Solutions, Edulandiya, Baroque MMC, Vizyon Lift MMC, Normicro Bank Olmayan Kredit Təşkilatı, Azərbaycan Ekspress Finans Bank Olmayan Kredit Təşkilatı, Dolça Plaza, Azinka kimi şirkətlərə hüquq xidmətləri göstərir.

 

www.azem.az