Haqqımızda
 
 

Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyasının

 

Fəaliyyət Strategiyası

 

Respublikamız müstəqilliyə qovuşduqdan sonra son iyirmi ildə aparılan hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması, ölkənin bütün sahələrini əhatə edən köklü islahatlar insanların fəal ictimai proseslərə qatılması üçün münbit şərait yaranmışdır.

 

Assosiasiya da belə bir münbit şəraitin məhsulu olaraq ortaya çıxmışdır və özündə əsasən gənc hüquqşunasları birləşdirməyi hədəf almışdır. Assosasiyanın məqsədi özünün Nizamnaməsində də əks olunduğu kimi hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin inkişafı prosesində hüquqşunasların fəal iştirakına, onların elmi biliklərinin və peşə vərdişlərinin artırılmasına, hüquqşunasların problemlərinin öyrənilməsi və onların aradan qaldırılması istiqamətində təkliflər verilməsi, uşaq, yeniyetmə və gənclər arasında zərərli meyllərə qarşı maarifçilik işinin aparılmasından ibarətdir.

 

Assosiasiyanın adı təsadüfi seçilməmişdir. İctimai birliyimiz peşəkarların bu qəbil birliklərinə alternativ olmamaqla, yeni nəsil deyə biləcəyimiz gənc hüquqşunasların bilik və bacarıqlarının, peşəkar vərdişlərinin inkişaf etdirilməsinə, eyni zamanda, onların cəmiyyətdə rəğbət bəslənən bir peşəyə sahib olmalarının əlahiddə bir üstünlük deyil, məsuliyyət olduğunu aşılamağı özünə hədəf seçməkdədir.

 

Biz hesab edirik ki, yeni nəsli yaş meyarı ilə deyil, hüquqi düşüncə meyarı ilə dəyərləndirmək lazımdır. Arzuladığımız yeni nəsil keçmişinə hörmətlə yanaşan, görülmüş bütün mütərəqqi işləri təqdir edən, stabillik, dinamik inkişaf və tərəqqi üzərində qurulmuş müstəqil dövlətimizin gələcək inkişafına biganə olmayan, vətənpərvər, əxlaq və milli mənəvi dəyərlərini qoruyub saxlayan hüquqşünaslar nəslidir. Bu baxımdan, Yeni Nəsil hüquqşünasların yaş məhdudiyyətinin olmadığını görürük. Belə bir Nəslin nümayəndələri dünənimizdə olduğu kimi bu gündə çoxdur. Bu düşüncəyə sadiq qalan Nəslin bünövrəsinin sağlamlığını təmin etmək. onu qoruyub saxlamaq biz peşəkar hüquqşünasların üzərinə düşür.

 

Assosiasiyamız bəyan edir ki, peşəkar hüquqşünaslarımız hüququn aliliyi, hüquqa və qanuna hörmət prinsiplərinin cəmiyyətin doqmalarına çevrilməsi üçün öz məsuliyyətlərini dərk etməlidir.

 

Müstəqilliyini yenidən bərpa etdikdən sonra, Azərbaycan Respublikası mərhələli inkişaf yolunda inamla irəliləyir. Keçirilən dinamik islahatlar ictimai-siyasi, iqtisadi, sosial-mədəni sahələrdə inkişafa doğru transformasilayara səbəb olmuşdur. Bütün bu proseslər ölkə vətəndaşlarının yaşayış şəraitinin yüksəldilməsinə və Azərbaycanın dünya dövlətləri arasında mövqeyinin möhkəmlənməsinə xidmət edir.

 

Müasir Azərbaycanın simasını yeniləşən və modernləşən cəmiyyət təşkil edir. Bu şəraitdə gələcək məfhumunun simvolu olan gəncliyin fəal olması zəruri və cəmiyyətdəki inkişafın davamlı olmasının əsas şərtidir. Yeni düşüncə tərzinə malik, təşəbbüskar, savadlı və bacarıqlı, eyni zamanda milli-mənəvi dəyərlərə sadiq gənclər Azərbaycanın qarşısında duran çağırışlara tutarlı cavab verməli və müasir dövrün nailiyyətlərini saxlamaqla yanaşı gələcək uğurlara imza atmalıdır. Məhz bu gənclər Azərbaycanda yeni vətəndaş simasını formallaşdıraraq, müstəqil Azərbaycanı təminatlı gələcəyə aparmalıdır.

 

Biz, demokratiyanı cəmiyyətin həyatının bir hissəsi, onun üzvlərinin təfəkkür tərzi, cəmiyyət daxilində onun bütün üzvləri arasında qarşılıqlı əlaqənin forması kimi qəbul edirik. Demokratiyanın hər bir xalqın öz inkişafının strategiyası və yolunu müəyyən etməkdən ibarət suveren seçimi olduğunu bildirir, xalqın rifahı uğrunda, onun dolğun həyatı naminə demokratik təsisatların mövcud olmasının və fəaliyyət göstərməsinin zəruriliyini vurğulayır, eyni zamanda, onlardan xarici məqsəd və vəzifələr naminə istifadə niyyətlərini qəti şəkildə pisləyirik. Bu baxımdan, demokratiyanı məhz Azərbaycan cəmiyyətinin məhsulu kimi görür və kənardan qeyri-təkamül yolu ilə yeridilən modelləri inkar edirik. Bu yolda bizim dəyərlərimizin açıq cəmiyyət, milli inkişafa uyğun demokratik transformasiya və liberal iqtisadiyyat olduğunu bildiririk.

 

Biz, Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Asossiasiyası olaraq Azərbaycanda yeni formatlı, müasir texnologiyalara və iş üslubuna əsaslanan təşkilat qurmağa, əhalinin fəal kateqoriyası sayılan gənclərin təfəkkürünün sağlam inkişafına, demokratik dəyərlərdən qidalanan və milli mənliyini qoruyan yeni vətəndaş simasının formalaşmasına öz töhfəmizi verməyi qarşıya məqsəd qoymuşuq. Təkamülü cəmiyyətimizin inkişafının yeganə yolu kimi qəbul edib, bu istiqamətdə hüquqşünas gənclərin fəal iştirakının təmin edilməsini başlıca vəzifələrdən biri kimi qiymətləndiririk. Biz yenilikçiyik, yenilikçi olaraq da cəmiyyətimizdə yeniləşmə və modernləşmənin inteqratoru kimi çıxış edirik.

 

Biz, çağdaş Azərbaycan gəncliyinin nümayəndəsi olaraq gələcəyimizi qurarkən bu gün görülən işlərin məsuliyyətini dərk edərək, milli-mənəvi köklərimizə söykənərək, davamlı inkişaf uğrunda əldə edilmiş nailiyyətləri əsas tuturuq.

 

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyinin həyata keçirdiyi layihə və digər tədbirlərin siyahısı:

  1. “Cəmiyyətdə gənclərin rolu: mövcud problemlər və gələcək perspektivlәr” adlı müzakirə

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi “Cəmiyyətdə gənclərin rolu: mövcud problemlər və gələcək perspektivlәr” mövzulu diskussiya təşkil etmişdir. Tədbirdə bir çox dövlət rəsmilәri, Milli Məclisin üzvlәri, ictimai-siyasi xadimlər, elm adamları, təhsil müəәsissәlәrinin rәhbərləri iştirak etmişlər.

  1.  “Neft hasilatının pay bölgüsünün müqavilə xüsusiyyətləri” adlı seminar

6 iyul 2013-cü il tarixində ofisimizdə “Neft hasilatının pay bölgüsün müqavilə xüsusiyyətləri” adı altında praktiki seminar keçirilmişdir. Seminarda hüquqşunas tələbələrlə yanaşı gənc praktik hüquqşünaslar da iştirak etmişlər. Bu sahədə böyük təcrübəbəyə malik Kamil Vəliyev neft hasilatının pay bölgüsünə dair geniş biliklərini seminar iştirakçıları ilə bölüşmüşdür. Seminar qarşılıqlı müzakirələr və sual-cavablarla davam etmişdir. Sonda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.

  1. "Layihə təkliflərinin hazırlanması" adlı seminar

AYNHA-nın ofisində 27 iyul 2013-cü il saat 11:00 -da "Layihə təkliflərinin hazırlanması" mövzulu seminar keçirilmişdir. Kursda tələbə hüquqşunaslarla yanaşı, ixtisasca hüquqşunas və hüquqşunas olmayan gənclər də iştirak etmişlər. Kurs bu sahədə ixtisaslaşan  təlimçi Ramiz Məmmədli tərəfindən keçirilmişdir. Sonda iştirakçılara sertifikat verilmiş, xatirə şəkilləri çəkilmişdir.

  1. “Hüquqşünas tələbələrin birinci təcrübə proqramı” adlı layihənin qapanış mərasimi

Sentyabrın 21-də “JW Marriott Absheron” hotelində “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyinin “Hüquqşünasların Görüş Yeri” adlı tədbiri keçirilib. Tədbirin əsas məqsədi 2013-cü il iyun ayında başlanmış “Hüquqşünas Tələbələrin I Təcrübə Proqramı” layihəsinin nəticələrini ictimaiyyətə çatdırmaq olub.

  1. AYNHA tələbə hüquqşünaslar üçün 9 Noyabr Bayraq gününə həsr olunmuş seminar formasında tədbir həyata keçirmişdir. Seminar iki hissədən ibarət olmuşdur. Birinci və ikinci hissələrdə müvafiq olaraq dünya dövlətlərinin və Azərbaycanın bayraqları, onların yaranma dövrləri və həmin dövrlərdəki ictimai-siyasi amillər, bayraqların dizaynında dəyişikliklər və s., həmçinin bayraqların hüquqi statusu haqqında müzakirələr aparılmışdır.
  2. “Uşaqlara qarşı məişət zorakılığının qarşısının alınması” adlı təlim

Bu təlim AFUNI, Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatı və AYNHA-nın birgə təşkilatçılığı ilə həyata keçirilmişdir. Təlimdə məişət zorakılığının bir növü kimi uşaqlara qarşı edilən zorakılıqlardan söhbət açılmış, onun qarşısının alınması üçün beynəlxalq aktlar və dünya dövlətlərinin təcrübəsi ilə yanaşı milli qanunvericilik və bu sahədə dövlətimizin təcrübəsi də müzakirə olunmuşdur. Sonda təlimdə iştirak edən tələbələrə sertifikatlar təqdim edilmişdir.

  1. “Yaradıcılıq gecəsi”

Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatı tərəfindən Yeni il münasibəti ilə keçirilən xeyriyyə aksiyasında tələbələr öz bacarıqlarını nümayiş etdirmişlər (mahnı oxumaq, rəqs etmək, musiqi aləti ifa etmək). Tədbir zamanı yığılmış vəsaitlər xeyriyyə aksiyası çərrçivəsində uşaq evlərinə yardım qismində göndərilmişdir. AYNHA bu tədbirin maliyyə dəstəkçisi olmuşdur.

  1. “Nə? Harada? Nə zaman? oyunu üzrə birinci Novruz Kuboku

Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası və Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının birgə əməkdaşlığı ilə AYNHA-nın ofisində Novruz bayramı ilə əlaqədar müsabiqə keçirilmişdi. Komandalar maraqlı suallar ətrafında öz güclərini sınamışlar. İki hissədən ibarət olan yarışmanın qalibi AYNHA komandası oldu.

  1. “Kommersiya Hüququ” Qış məktəbi

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” ictimai birliyi hüquqşünas tələbələr və gənc hüquqşünaslar üçün 7-9 fevral 2014-cü il tarixində “Kommersiya Hüququ” adı altında qış məktəbi təşkil etmişdir. Təlim şəklində keçirilən qış məktəbi Quba şəhərində baş tutmuşdur.

Təlimin ilk günü “AtaHolding” ASC-nin hüquq departamentinin rəhbəri Qorxmaz Ağayev təlimçilərə mövzu ilə bağlı məlumat verib.Müzakirələr şəklində keçən təlimin ilk günü iştirakçıların böyük marağına səbəb olub. İlk günün sonunda iştirakçıların istirahəti üçün əyləncələr təşkil olunub. Təlimin ikinci günü Quba şəhərində gəzinti təşkil olunub, “Quba Soyqırımı Memorial Xatirə Kompleksi”-nə baş çəkilib. Nahardan sonra “Avesta Konsern”-in Biznesin İnkişafı və İnvestitsya departamentinin rəhbəri Fuad Qəmbərov şirkətlərdə əmək münasibətlərinin qurulması barədə danışıb. Günün sonunda “Xəzər” İntellektual Gənclər Klubun əməkdaşı tərəfindən tələbələr arasında bilik yarışması təşkil olunub.  Təlimin son günü “Palmali” şirkətlər qrupunun hüquqşünası Asif Məmmədov iştirakçılara şirkətlərin məhkəmələrlə olan münasibətlərini və müasir biznes haqqında məlumat verdi. Asif müəllimin vurğuladığı məsələlər iştirakçılar üçün yeni olmaqla bərabər gələcək iş həyatlarına böyük təsir edəcək. Nahardan sonra “Qış Məktəbi” bağlı elan olundu və iştirakçıların təltif olunma mərasiminin AYNHA-nın ofisində olacağı ilə bağlı məlumat verildi.

  1. “Avropa Birliyi Hüququ” adlı təlim

AYNHA tələbə hüquqşünaslar üçün onların hüquqi ixtisaslaşma səviyyələrinin yüksəldilməsi, asudə vaxtlarının daha səmərəli və faydalı keçirilməsi üçün şəraitin qurulması məqsədilə on bir təlimdən ibarət kurs təşkil etməkdədir. “Avropa Birliyi Hüququ” təlimində tələbələr Avropa İttifaqının qurulması və buna təsir edən amillər, Avropa İttifaqının institutları, onun hüquqi əsasları, üçüncü dövlətlərlə münasibətləri və s. haqqında dərin məlumatlara sahib olurlar. Dərslər bu sahədə ixtisaslaşmış Bəhruz Quliyev tərəfindən ingilis dilində aparılır. Sonda tələbələrə sertifikatlar təqdim olunacaqdır.

  1. "Ödəniş sistemləri və onun hüquqi əsasları" adlı təlim

Layihə çərçivəsində ödəniş sistemlərinin mahiyyəti, onların xarakteristikası, ölkə iqtisadiyyatında rolu, ölkədə mövcud Milli Ödəniş Sistemi infrasktrukturu, ödəniş sistemlərindən olan Real vaxt rejimində banklararası hesablaşmalar sistemi (AZİPS) və Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) kimi sistemlər haqqında biliklər verilir. Təlimlər boyunca, həmçinin ödəniş sistemləri sahəsində normativ hüquqi sənədlər, Mülki Məcəllə, "Mərkəzi Bank haqqında", "Banklar haqqında", "Poçt haqqında" Qanunlarda ödəniş sistemləri haqqında əks olunan maddələr üzrə açıqlama veriləcəkdir. Eyni zamanda normativ hüquqi bazanı təşkil edən qayda və təlimatlar haqqında məlumatlar açıqlanır.

  1. Tələbələrlə qeyri-rəsmi görüş

Tələbə hüquqşünaslarla peşəkar hüquqşünaslar və digər ixtisas sahiblərinin “AYNHA”-nın ofisində görüşləri 1 mart 2014-cü il tarixindən başlamışdır. Görüşlər qeyri-rəsmi formatda baş tutacaqdır. Əsas məqsəd isə tələbələri professional iş həyatında necə davranmalarına hazırlamaqdır.

  1. “Sosial hüquqların təmin edilməsi məqsədilə təlim və hüquqi məsləhət xidmətlərinin göstərilməsinə dair təşəbbüslər” adlı layihə

AYNHA-nın Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi layihədə əsas məqsəd əhalinin sosial hüquqlara qarşı laqeydliyinin aradan qaldırılması, onların təlimlər vasitəsilə sosial hüquqların təmin edilməsi və müxtəlif hüquq pozmalardan qorunması məqsədilə maarifləndirilməsi və əhalinin sosial hüquqlarının qorunması, təmin edilməsi istiqamətində onlara onlayn hüquqi xidmətin göstərilməsidir. Bütün bunların edilməsi ilə cəmiyyətdəki hüquqi maarifləndirmənin kasadlığı nisbətən aradan qaldırılacaq, əhalinin social rifahı (problemlərinin həll yollarının göstərilməsi ilə), dövlətə onun hüquq sistemində inamı müəyyən qədər yüksldiləcəkdir.

Avstryanın Salzburq universitetində keçirilən növbəti “Avropa Xüsusi Hüququ” mövzusunda keçirilən yay məktəbində AYNHA gənc və peşəkar hüquqşünaslar  iştirak etdi. 2 həftə davam edən yay məktəbində gənc hüquqşünalar vətənimiz orda uğurla təmsil etməklə yanaşı, orada keçirilmiş mədəniyyət gecələrində iştirak etmişdilər.

          “2-ci Yay təcrübə proqramı” adlı layihədə iştirak üçün 200 nəfərdən çox tələbə müraciət etmişdir. Biz AYNHA olaraq tələbələr arasından seçim edib, layiq olanları təcrübəyə göndərdik. Qeyd edək ki, seçim xüsusi sorğu əsasında aparılır. İlkin olaraq 70 nəfər tələbəni iyul ayında müxtəlif dövlət və özəl müəssisələrdə təcrübə keçməsi üçün yerləşdirilməsi prossesi başa çatdırılıb. Avqust ayında təcrübə keçəcək tələbələrin seçimi yekunlaşıb və təxminən 100 nəfərdən çox hüquqşünas tələblər təcrübə keçməsi üçün hazır vəziyyətdədir.

 AYNHA 2015-ci il Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının keçirdiyi qrant müsabiqəsində “Şuşaya Ədalət beynəlxalq kompaniyası çərçivəsində konfransın keçirilməsi” layihəsi ilə iştirak etmiş və onu həyata keçirməyə haqq  qazanmışdır.

Layihə çərçivəsində Avstriyanın Salzburq, Lins, Feldkirch vəİnnsburq şəhərlərində silsilə konfranslar həyata keçirildi.Konfranslarda dinləyici qismində Avstriyada yaşayanazərbaycanlılar və Avstriya vətəndaşları iştirak etmişlər. KonfransdaAzərbaycanla Ermənistan arasında baş vermiş Dağlıq Qarabağmünaqişəsi, xüsusən də Azərbaycanın qədim məskənlərindən olanŞuşanın ermənilər tərəfindən işğalı, işğal zamanı törədilən və qeyri-insani davranışlar, bununla Azərbaycana dəyən maddi-mənəviziyan işıqlandırılmış, bu sahədə ermənilərin dünya ictimaiyyətinialdatma cəhdləri və mövcud həqiqətlər göz önünə qoyulmuşdur.

AYNHA 19 yanvar 2016-cı il tarixində“ŞuşayaƏdalət” beynəlxalq kompaniyası çərçivəsində  konfransın keçirilməsi layihəsini uğurla icra  etdiyi üçün təltif olundu.

2015-ci ilin iyun, iyul və avqust aylarında baş tutan III Yay Təcrübə Proqramı çərçivəsində 18 şirkətlə əməkdaşlıq edərək 59 tələbənin təcrübə keçməsinə vasitə olmuşuq. Həmin 59 tələbə arasında 6 nəfər təcrübə keçdikləri şirkətlər tərəfindən iş təklifi alaraq işlə təmin olunmuşdur.

  1. hüquqşünas tələbələrin təcrübə proqramında uğurla iştirak etmələrinə dair Sertifikatların təqdim edilməsi mərasimi keçirilmişdir. Mərasimdə ARPDİA-dan, əməkdaşlıq etdiyimiz şirkətlərdən fəxri qonaqlar iştirak etmişdir.
  2. tərəfindən Əqli Mülkiyyət Hüququ Təlimi keçirildi.Təlim sonunda iştirakçılar sertifikatla təltifolunmuşdur.

"Böhran Zamanı Dəyişən İqtisadiyyat" adlı təlimimiz26 dekabr 2015 tarixində Nadir Məhərrəmov tərəfindən keçirildi.

2016-cı ilin ilk təlimi hüquqşünas İlham Məmmədovtərəfindən keçirilən "Əmlak və əşya hüququ" adlı təlim olmuşdur. Təlim  30 yanvar tarixində AYNHA-nın ofisində baş tutdu. Təlimdə 28 nəfər iştirakçı iştirak etmişdir: Təlim sonunda iştirakçılar sertifikatla təltif olundular.

          "Beynəlxalq kommersiya arbitrajı: Hüquqi, nəzəri vəpraktiki kontekstdə" adlı təlimimiz 27 fevral 2016 tarixində Aygün Məmmədzadə tərəfindən keçirildi.

" Vətəndaş jurnalistikası. Qanunvericilikdə nəzərdətutulmuş media hüquq və azadlıqları" adlı təlimimiz 12mart tarixində Vüqar Məmmədov tərəfindən keçirildi.

Avropa İnsan Hüquqları Konvensiyası kontekstində"İfadə azadlığı" hüququ adlı təlimimiz 23 aprel 2016 tarixində hüquqşünas, vəkil Sadiq Bağırov tərəfindənkeçirildi.

2016-cı ilin əlamətdar layihəsi sayılan “Mülki Məcəllənin TədrisiProqramı” layihəsi olmuşdur.Layihə hər həftənin şənbə və bazar günləri mühazirə vəseminar şəklində keçirilmişdir. İlk dərs 27 fevral 2016-cı il tarixində 31 nəfərin iştirakıilə keçirildi.İlk gündən böyük maraq yaradan layihə ortalamaolaraq 25 nəfərin iştirakı ilə dərslərinə davam edir.

2016-cı il AYNHA tərəfindən keçirilməsi ənənəvi hal alan IV Yay Təcrübə Proqramı çərçivəsində 100-ə yaxın müraciət etmiş hüquqşünas tələbədən 52 nəfəri seçilərək Azərbaycanda fəaliyyət göstərən yerli və xarici hüquq və qeyri-hüquq sahələri ilə məşğul olan şirkətlərdə, dövlət orqanları, məhkəmə və prokurorluqlarda təcrübə keçmişlər. İyun, iyul və avqust aylarında keçirilən bu təcrübə proqramı sayəsində tələbələr öz bilik və bacarıqlarını praktika ilə nümayiş etdirmiş, kollektiv ideologiyası ilə çalışaraq təcrübə sonunda təcrübə keçdikləri şirkət tərəfindən xasiyyətnamə ilə təltif olunmuşlardır. Təcrübə proqramı sonunda 4 nəfər tələbə işlə təmin olunmuşdur.

Hal-hazırda AYNHA Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Milli Aviasiya Akademiyası,  Avstriyanın Zalzburq Universiteti, Ekspressbank ASC, Azərsu ASC, Azercon ASC, Paşa Həyat Sığorta ASC, Standart İnsurance ASC, Azem & Partnershüquq şirkəti, Əmanətlərin Sığortalanması Fondu, VİP-CON MMC, LİVA MMC, Hidroqrup MMC, RETA konsaltinq, Prime.AZ MMC, Prae LEGAL, Pozitiv konsaltinq, Proqress MMC, Azərbaycan Beynəlxalq Bankı, Akkord Korporasiyası, Qarasu Əməliyyat Şirkəti, A Finans MMC,  Absheron Construction, Veysəloğlu MMC, Sika, Bank of Baku ASC,ANC Group, Azercellvə s.  ilə uğurlu əməkdaşlığını davam etdirir. 

AYNHA 2016-cı ilin  1-21 oktyabr  tarixlərində 7 moduldan ibarət “sigorta işi və onun əsasları” adlı təlim keçmişdir. Təlim AZ Sığortanın təlimçisi Şükür Hüseynov tərəfindən təqdim olunmuşdur.

 

Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 22 oktyabr 2016-cı il tarixində Danimarka Krallığının paytaxtı Kopenhagen şəhərində “Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində qaçqın və məcburi köçkün olmuş azərbaycanlıların pozulmuş hüquqlarının bərpası uğrunda Beynəlxalq konfrans” adlı layihəni həyata keçirdi. 

Layihənin əsas məqsədi 1988-ci ildə Ermənistan ərazisində yaşayan 250 mindən çox azərbaycanlının tarixi torpaqlarından etnik təmizləməyə məruz qalmaları, daha sonra elan olunmamış müharibə nəticəsində Dağlıq Qarabağ və onun ətrafında yerləşən qədim Azərbaycan torpaqlarının işğal edilməsi, bu işğal nəticəsində 700 minədək vətəndaşımızın öz torpaqlarını məcburi tərk etməsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə, xüsusən də, Skandinaviya ölkələrindən olan Danimarka Krallığının diqqətinə çatdırmaq, qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpası üçün beynəlxalq konfrans keçirilməsi idi.

Layihənin rəhbəri  “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyinin sədr müavini Ayaz Məmmədovdur. Layihə rəhbəri Ayaz Məmmədov bu mövzuda Danimarka Parlamentinin üzvü xanım Yıldız Akdoğan ilə, Aarhus Bələdiyyəsinin üzvü və Danimarka Parlamentinin əvvəlki çağırış millət vəkili Hüseyin Araç ilə və Danimarkada fəaliyyət göstərən “Danimarka Azərbaycan Vətən Cəmiyyəti”nin nümayəndələri ilə görüş keçirmiş, onlara bu mövzu barədə ətraflı məlumatlar vermişdir. 

 

26 noyabr 2016-cı il tarixində tanınmış Vəkil, Vəkillər Kollegiyasının üzvü  Vüqar Xasayev tərəfindən "İttiham və müdafiə tərəfinin bəzi aktual məsələləri" mövzusunda seminar keçirildi. Seminar çərçivəsində 26 illik təcrübəsi olan Vüqar bəy cinayət prosesinin praktiki məqamlarını izah etdi.

 

10 dekabr 2016-cı il tarixində təlimçi Vurğun Quliyev tərəfindən “əmək hüququ və əmək müqaviləsi” mövzusunda seminar keçirildi.

17 dekabr 2016-cı il tarixində Ədliyyə Nazirliyi və Ədliyyə Akademiyasının hüquqşünası Samir Nuriyev tərəfindən  “Əmək qanunvericiliyinin konseptual məsələləri” seminarı keçirildi.

22 dekabr 2016-cı ildə Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası İB-i "AYNHA görüş klubu" üzvləri ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman Elmira xanım Süleymanova ilə səmimi görüş keçirmişdir.

 

24 dekabr 2016-cı il tarixində hüquqşünas Mübariz Yolçiyev tərəfindən "Sahibkarlıq Hüququ" Seminarı keçirildi.

 

4 fevral 2017- ci il tarixində hüquqşünas Ayaz Məmmədzadə tərəfindən "Ailə Hüququ" Seminarı keçirildi.

22 yanvar 2017- ci il tarixində “SM Consulting” MMC, vergi məsələləri üzrə direktor Emin Səttarov tərəfindən “Nağdsız hesablaşmalar haqqında qanunun və Vergi Məcəlləsində edilmiş yeni dəyişikliklərin izahı” Təlimi keçirildi.

28 yanvar 2017-ci il tarixində hüquqşünas Kamil Vəliyev tərəfindən "İdxal-ixrac, malların beynəlxalq alqı-satqısına dair müqavilələrin hazırlanması" Seminarı keçirildi.

5 fevral 2017-ci il tarixində “SM Consulting” MMC, vergi məsələləri üzrə direktor Emin Səttarov tərəfindən"Nağdsız hesablaşmalar haqqında qanunun və Vergi Məcəlləsinə edilmiş son dəyişiklik və əlavələrin izahı" adlı təlim keçirildi.

25 fevral 2017-ci il tarixində “AZ Sığorta” ASC-nin Təlimlər üzrə meneceri Şükür Hüseynov və hüquqşünas Şəhriyar Həbilov tərəfindən “Sığorta işi” Seminarı keçirildi.

11 mart 2017-ci il tarixində Vəkillər Kollegiyasının üzvü Aqil Layıc tərəfindən"Avropa Konvensiyası Kontekstində Mülkiyyət Hüququ" adlı seminar keçirildi.

19 fevral 2017-ci il tarixində “SM Consulting” MMC, vergi məsələləri üzrə direktor Emin Səttarov tərəfindən "Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişiklikərin izahı" adlı təlim keçirildi.

 aprel  2017-ci il tarixindən "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" ictimai birliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə əməkdaşlığı çərçivəsində V Yay Təcrübə Proqramına start verilir. 

6 aprel  2017-ci il tarixində “AZ Sığorta” ASC-nin Təlimlər üzrə meneceri Şükür Hüseynov və hüquqşünas Şəhriyar Həbilov tərəfindən “Sığorta işi və onun əsasları” Seminarı keçirildi.

21 aprel 2017-ci il  tarixində AYNHA-nın nəznində fəaliyyət göstərən "AYNHA Görüş Klubu" hüquqşünas tələbələr üçün Azərbaycan Yazıçılar Birliyinin katibi, hüquq elmləri doktoru Çingiz Abdullayev ilə görüş təşkil edildi.

30 aprel 2017-ci il tarixində “AZ Sığorta” ASC-nin Təlimlər üzrə meneceri Şükür Hüseynov və hüquqşünas Şəhriyar Həbilov tərəfindən “Sığorta işi və onun əsasları” Təlimi keçirildi.

29 aprel 2017-ci il tarixində "Bank Hüququna Giriş" adlı təlim hüquqşünas, Vəkillər kollegiyasının üzvü Əkrəm Həsənov tərəfindən keçirildi.

6 may 2017-ci il tarixində "Tutulan, həbs olunan,azadlıqdan məhrum edilmiş şəxslərin hüquqları" adlı seminar hüquqşünas Absələddin Əliyev tərəfindən keçirildi.

1 MAY 2017-ci il tarixində TƏLƏBƏ VƏ GƏNC HÜQUQŞÜNASLAR ÜÇÜN "HÜQUQ FORUMU" KEÇİRİLDİ

30 iyun 2017-ci il tarixində Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi prokurorluq, polis, ədliyyə orqanlarına qulluğa qəbul imtahanı ilə bağlı hazırlıq kursu təşkil edir.

1 sentyabr  2017-ci il tarixində AYNHA dinləyicilərə "Məntiq hazırlıq kursu" təşkil edir. Hazırlıq kursu əsasən Prokurorluq və ədliyyə orqanları, dövlət qulluğu, müəllim imtahanı, YOS və s. kimi imtahanlara dinləyicilri hazırlamaq məqsədi daşıyır. Dərslər həftədə 2 dəfə, hər gün iki akademik dərs saatı olaraq keçiləcək.

18 sentyabr 2017-ci il tarixində"AZEM Partners" hüquq şirkətinin maliyyə dəstəyi ilə hüquqşünas tələbələrə təqaüd proqramı təşkil edilir. 

30 sentyabr 2017-ci il tarixində “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” ilə “Azərbaycan-Skandinaviya Məzunlar Assosiasiyası” nın birgə əməkdaşlığı çərçivəsində “Gender əsaslı bərabərlik, problemlər və onun həlli yolları” təlimi hüquqşünas, təlimçi Günel Aslan tərəfindən keçirildi.

7 oktyabr 2017-ci il tarixində "Milli Hüquq Evi"-nin rəhbəri, çox dəyərli hüquqşünas Nicat Gözəlov tərəfindən "Gənc və tələbə hüquqşünaslarla görüş"  keçirildi.

21 oktyabr 2017-ci il tarixində yerli və beynəlxalq təşkilatların təlimçisi, peşəkar hüquqşünas Ramil Süleymanov tərəfindən “Şəxsi həyata hörmət və şəxsi həyatın toxunulmazlığı hüququ” adlı təlim keçirildi.

4 noyabr 2017-ci il tarixində V Yay Təcrübə Proqramının təltifetmə mərasimi keçirildi.

25 noyabr  2017-ci il tarixində SR Broker MMC-nin direktoru Rahib Hüseynli tərəfindən "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" ictimai birliyi "SR Broker" MMC ilə birgə əməkdaşlığı çərçivəsində "Yüklərin idxal və ixrac proseduru altında rəsmiləşdirilməsi adlı seminar keçirildi.

11 noyabr 2017-ci il tarixində "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB-nin nəznində fəaliyyət göstərən "AYNHA Görüş Klubu" gənc və tələbə hüquqşünaslarla tanınmış vəkil, Vəkillər Kollegiyasının üzvü Aqil Layıc ilə açıq sual-cavab keçirdi.

2 dekabr  2017-ci il tarixində “AZ Sığorta” ASC-nin Təlimlər üzrə meneceri Şükür Hüseynov və hüquqşünas Şəhriyar Həbilov tərəfindən “Sığorta işi və onun əsasları” Təlimi keçirildi.

9 dekabr  2017-ci il tarixində hüquqşünas Vurğun Quliyev tərəfindən "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" ictimai birliyi və "A-1 Consulting" MMC- nin birgə əməkdaşlığı çərçivəsində "Əmək hüquq münasibətlərində inzibati xətalar və onun həlli yolları" adlı Seminar keçirildi.

16 dekabr  2017-ci il tarixində "ANF Consulting" MMC-nin direktoru, dəyərli hüquqşünas, təlimçi Anar Ramazanov tərəfindən  "Valyuta Qanunvericiliyinə Giriş" adlı Seminar keçirildi.

AYNHA -nın nəzdində fəaliyyət göstərən AYNHA Görüş Klubu ilə Ali məhkəməyə gəzinti təşkil olundu

20 dekabr 2017-ci ildən "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" ictimai birliyi tərəfindən "Qış Təcrübə Proqramı"na start verildi. 

18 dekabr 2017-ci il tarixində Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyasının nəznində fəaliyyət göstərəcək yeni "AYNHA Hüquqi Müsabiqələr Klubu" u açıldı.

24 fevral 2017-ci il tarixində  Vəkillər Kollegiyasının üzvü, vəkil Allahverən Oruclu tərəfindən "Əqli mülkiyyət hüququ: müəlliflik, patent və əmtəə nişanı hüququ" adlı Seminar keçirildi.

10 mart 2018-ci il tarixində Vəkillər Kollegiyasının üzvü, Avropa Şurasının milli təlimçisi Sevinc Əliyeva tərəfindən "Cinayət mühakimə icraatında mülki iddia" adlı Seminar keçirildi.

20 mart 2018-ci il tarixində "AYNHA Hüquqi Müsabiqələr Klubu"nun təşkil etdiyi Akademik Məqalə Müsabiqəsi keçirildi. 

31  mart 2018-ci il tarixində Vəkillər Kollegiyasının üzvü, "AH&P Hüquq Firmasının idarəedici partnyoru Əkrəm Həsənov tərəfindən "Vərəsəlik Hüququ" adlı Təlim keçirildi.

15 aprel 2018-ci il tarixində AYNHA Görüş Klubu Avropa Şurasının Azərbaycan Respublikasdakı ofisində görüş keçirildi.

5 may 2018-ci il tarixində BDU- Hüquq fakültəsinin müəllimi, dossent, hüquq elmləri üzrə fəlsəfə doktoru Mübariz Yolçiyev tərəfindən "Türkiyə və Azərbaycan Hüququnda Səhmdar Cəmiyyəti" adlı Təlim keçirildi.

26 may 2018-ci il tarixində hüquqşünas Günel Hacıyeva tərəfindən "Müəlliflik Hüququnun Subyektləri" adlı Seminar keçirildi.

9 iyul 2018-ci il tarixindən Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “1988-ci ildən etibarən Ermənistandan deportasiya olunmuş azərbaycanlıların pozulmuş əmlak hüquqlarının təmin olunması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlərin təşkili” adlı layihənin icrasına başlayır. Avropa Şurasının üzvü olan Ermənistandan 1988-ci ildən deportasiya olunmuş azərbaycanlıların pozulmuş əmlak hüquqlarının təmin etməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlərin başlanması üçün artıq sənədlərin qəbuluna başlandı.

19 oktyabr 2018-ci il tarixində Azərbaycan Sığortaçılar Assosiasiyasının Sədri, Vəkillər Kollegiyasının üzvü, Hüquq elmləri üzrə fəlsəfə doktoru, UNEC Sığorta məktəbinin direktoru Mustafa Abbasbəyli tərəfindən "Sığorta Hüququ" adlı Təlim keçirildi.

17 noyabr 2018-ci il tarixində Vəkillər Kollegiyasının üzvü, "BİZNESLEKS Konsultant" Hüquq və konsaltinq şirkətinin rəhbəri və təsisçisi, təlimçi Allahverən Oruclu tərəfindən "Rəqabət hüququ: Azərbaycan qanunvericiliyi; Avropa təcrübəsi" adlı Seminar keçirildi.

24  noyabr 2018-ci il tarixində "Korporativ Hüquq" adlı Təlim Bakı Dövlət Universitetinin hüquq fakültəsinin müəllimi Dos.Dr.Mübariz Yolçiyev tərəfindən  keçirildi.

24 noyabr 2018-ci ildə “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “1988-ci ildən etibarən Ermənistandan deportasiya olunmuş azərbaycanlıların pozulmuş əmlak hüquqlarının təmin olunması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlərin təşkili” adlı layihənin yekunu və “VI Yay Təcrübə Proqramının” təltifetmə mərasiminə həsr olunmuş tədbir keçirildi.

1 dekabr 2018-ci il tarixində "Əlillərin hüquqi təminatları:yerli və beynəlxalq qanunvericilikdə" adlı Seminar hüquqşünas Vüqar Məmmədov tərəfindən "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB və Milli Hüquq Evinin birgə əməkdaşlığı çərçivəsində "Əlillərin hüquqi təminatları:yerli və beynəlxalq qanunvericilikdə" keçirildi.

27 yanvar 2019-cu ildə  AZFEN B.M Şirkəti Etilen və Polietilen Zavodunun Modernizasiya və Yenidənqurma layihəsində layihə rəhbərinin köməkçisi
"G&I Consulting Group" - SƏTƏM üzrə təlimçi, konsultant və auditor Aqil Allahverdiyev tərəfindən "Əməyin mühafizəsi üzrə yerli qanunvericiliyin tələbləri" adlı təlim keçirildi.

16 aprel 2019-cu ildə "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" ilə Hüquqşünas Ellada Bayramovanın birgə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək "Hüquq tədrisi" layihəsinə start verildi.

4 may 2019-cu ildə Hüquq üzrə fəlsəfə doktoru Xamis Seyranov tərəfindən Uğurlu məhkəmə müdafiəsi məqsədləri üçün presedent qərarlardan istifadə edilməsinin əhəmiyyəti" adlı təlim keçirildi.
11 may 2019-cu ildə Azərbaycanda Amerika Ticarət Palatası- Hüquqi və siyasi məsələlər üzrə məsul şəxs Rəşid Məmmədov tərəfindən Müqavilə Hüququ sahəsində praktiki biliklər" adlı təlim keçirildi.

11-26 may 2019-cu il tarixində BSC Group- İnsan resursları departamentinin rəhbəri,hüquqşünas Təhminə Dəmirova tərəfindən Əmək qanunvericiliyi: görünən və görünməyən tərəflər" adlı təlim keçirildi.

30 sentyabr 2019-cu ildə "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB və GMN Caspian-nın birgə təşkilatçılığı ilə "Mübahisələrin həlli üsulu kimi Mediasiyanın əhəmiyyəti və bu sahədə dünya praktikası" adlı təlim keçirildi.

19 oktyabr 2019-cu ildə Azərbaycanda Amerika Ticarət Palatası- Hüquqi və siyasi məsələlər üzrə məsul şəxs Rəşid Məmmədov tərəfindən Mediasiya sahəsində yerli qanunvericilik və onun biznesə faydaları adlı təlim keçirildi.

2 noyabr 2019-cu ildə "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB   "Biznes Hüququ" adlı təlim təşkil edir. Təlim tanınmış mütəxəssis Kamil Vəliyev tərəfindən təqdim olundu.

16 noyabr 2019-cu ildə Xalidə Muradova tərəfindən  "Contract Management and Administration" təlimi keçirildi.

"Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 2019-cu ilin 4-cü qrant müsabiqəsində qalib olmuş və "Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində qaçqın və məcburi köçkün düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpası uğrunda beynəlxalq konfrans" adlı layihəsinin icrasını həyata keçirir. Beynəlxalq layihə 10 noyabr saat 14:00 da Ukrayna Respublikasında keçirildi.

29 fevral 2020-ci ildə "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "Effektiv Müqavilə İcraatı" adlı təlim təşkil edir. Təlim NORM ASC-nin aparıcı hüquqşünası Nihal Əlizadə tərəfindən təqdim olunacaq.

4, 11,18, 25 aprel 2020-ci ildə "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "Kommersiya Müqavilələrinin Hazırlanması" təlim kursu təlimçi Nihal Əlizadə tərəfindən həyata keçirildi.

16,23,30 may, 6 iyun 2020-ci ildə  "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "Kommersiya Müqavilələrinin Hazırlanması" təlim kursu təlimçi Nihal Əlizadə tərəfindən həyata keçirildi.

 “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “1988-ci ildən etibarən Ermənistandan deportasiya olunmuş azərbaycanlıların pozulmuş əmlak hüquqlarının təmin olunması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlərin təşkili” adlı layihənin icrasına başladı.
Bu layihədə 1988-1989-cu illərdə vahid mərkəzdən idarə olunan erməni quldur dəstələri və rayon rəhbərlərinin nəzarəti və iştirakı ilə azərbaycanlıları deportasiya edərək öz tarixi dədə-baba yurdu olan Qərbi Azərbaycandan (Ermənistan) çıxıb getmələri üçün onların evlərinə basqın edərək əmlaklarını qanunsuz ələ keçirmələrindən, pozulmuş əmlak hüquqlarının bərpa olunması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlərin təşkilindən bəhs edilir.

27-28 Fevral 2021-ci ildə "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası İB "Korporativ Hüquq-2021" adlı online təlimə start verdi. Təlim Bakı Dövlət Universiteti Hüquq Fakültəsi - Müəllimi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Vəkil Dos. Dr. Mübariz Yolçiyev tərəfindən təqdim olundu.

6 mart 16:00, 10 mart 19:00, 13 mart 16:00 2021-ci ildə Hüquqşünas Nihal Əlizadə tərəfindən "Mediasiya və danışıqların mübahisələrin həllində rolu" adlı seminar təqdim olundu.

3 Aprel 2021- ci ildə Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası İB "İşsizlik sığortası haqqında qanunvericilik" adlı online təlimə start verdi.Ölkəmizdə COVİD-19 virusunun qarşısının alınması ilə bağlı Operativ Qərargahın qərar və tövsiyələrini nəzərə alaraq təlimimiz online olaraq "Zoom" proqramı vasitəsilə həyata keçirildi. Təlim Bakı Dövlət Universiteti Hüquq Fakültəsi - Müəllimi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Vəkil Dos. Dr. Mübariz Yolçiyev tərəfindən təqdim olundu.

29 May 2021 ci ildə "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası İB "Mülki hüquqda iddia müddətləri və onların tətbiqi problemləri" adlı online təlimə start verdi. Ölkəmizdə COVİD-19 virusunun qarşısının alınması ilə bağlı Operativ Qərargahın qərar və tövsiyələrini nəzərə alaraq təlimimiz online olaraq "Zoom" proqramı vasitəsilə həyata keçirildi.Təlim Bakı Dövlət Universiteti Hüquq Fakültəsi - Müəllimi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Vəkil Dos. Dr. Mübariz Yolçiyev tərəfindən təqdim olundu.

19 İyun 2021-ci ildə Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası İB "Kommersiya və Rayon Məhkəmələrinə dair məhkəmə aidiyyatı qaydalarının təhlili" adlı online təlimə start verid. Ölkəmizdə COVİD-19 virusunun qarşısının alınması ilə bağlı Operativ Qərargahın qərar və tövsiyələrini nəzərə alaraq təlimimiz online olaraq "Zoom" proqramı vasitəsilə həyata keçirildi. Təlim Bakı Dövlət Universiteti Hüquq Fakültəsi - Müəllimi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Vəkil Dos. Dr. Mübariz Yolçiyev tərəfindən təqdim olundu.

 10 İyul 2021 -ci ildə Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası İB "Elektron ticarət haqqında qanunvericilik" adlı təlimə start verdi.Ölkəmizdə COVİD-19 virusunun qarşısının alınması ilə bağlı Operativ Qərargahın qərar və tövsiyələrini nəzərə alaraq təlimimiz online olaraq "Zoom" proqramı vasitəsilə həyata keçirildi. Təlim Bakı Dövlət Universiteti Hüquq Fakültəsi - Müəllimi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Vəkil Dos. Dr. Mübariz Yolçiyev tərəfindən təqdim olundu.