Xəbərlər
 
"Hüquq tədrisi" layihəsinə start verilir "Almaniyada Hüquq təhsili və Alman hüququna giriş" Seminarı "VII Yay Təcrübə Proqramı"na start verilir "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "Tibb Hüququ" adlı təlim təşkil edir "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "Peşəkar hüquqşünas olmağın 10 qaydası" adlı seminar təşkil edir AYNHA "II Akademik Məqalə Müsabiqəsi"- nə start verir "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "Elektron məhkəmə sistemi" adlı təlimi təşkil edir Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəyli nazir müşaviri təyin edilib "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "Əməyin mühafizəsi üzrə yerli qanunvericiliyin tələbləri" adlı təlimi təşkil edir Layihə haqqında ATV Aktual verlişində müzakirələr aparıldı "Əlillərin hüquqi təminatları:yerli və beynəlxalq qanunvericilikdə". adlı seminar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlərlə bağlı yekun tədbir Layihənin yekun tədbiri keçirildi VI Yay Təcrübə Proqramının təltifetmə mərasimi keçirildi. "Əlillərin hüquqi təminatları:yerli və beynəlxalq qanunvericilikdə" Seminarı  
— "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" ictimai birliyi tərəfindən " VI Yay Təcrübə Proqramı"na start verilir.
 

17-04-2018, 15:24

 

"Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" ictimai birliyi tərəfindən " VI Yay Təcrübə Proqramı"na start verilir.

"Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" ictimai birliyi “Hüquqşünasların VI Yay Təcrübə Proqramı” na start verir. Yay Təcrübə Proqramı hüquqşünas tələbələrin nəzəri biliklərinin təcrübə ilə daha da möhkəmlənməsinə, onların praktiki olaraq hüquq sahəsində lazımı məlumatlara yiyələnməsinə xidmət edəcəkdir. Yay Təcrübə Proqramı çərçivəsində hüquqşünas tələbələr Bakı şəhəri və regionlardakı məhkəmələrdə, prokurorluq və polis orqanlarında, özəl hüquq şirkətləri və bir neçə dövlət müəsisələrinin hüquq şöbələrində təcrübə keçmək imkanı əldə edəcəklər. VI Yay Təcrübə Proqramına sənədlərin təqdim edilməsi üçün qeydiyyat başlanmış və 26 may 2018-ci il tarixinə qədər davam edəcəkdir. Qeydiyyat ardıcıllığına əsasən hüquqşünas tələbələr iyun, iyul, avqust ayı ərzində bir aylıq təcrübədə olacaqlar. Təcrübə yeri və tarixi tələbələrlə qarşılıqlı şəkildə razılaşdırılmaya əsasən müəyyənləşdirilir. Tələbələr təcrübə keçəcəkləri yeri və vaxtı özləri qeydiyyat blankında bildirir, buna uyğun olaraq təcrübəyə göndərilirlər. Qeydiyyat ancaq AYNHA-nın ofisində aparılır. Qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər aşağıdakılardır:

  1. Şəxsiyyəti təsdiq edən sənədin surəti
  2. Hüquqşünas tələbə olduğunu təsdiq edən sənədin surəti (tələbə bileti, dipom, arayış)
  3. AYNHA-nın tərtib etdiyi CV formasını və qeydiyyat anketini doldurmaq
  4. 30 AZN (sığorta, sertifikat və s. xərclər üçün)
  5. Fotoşəkil  ¾ölçüdə rəngli (1 ədəd)

 

Ötən il keçirilən “V Yay Təcrübə Proqramı”nda 83 hüquqşünas tələbə iştirak etmişdir. Onlardan 28 tələbə məhkəmələrdə və hüquq mühafizə orqanlarında, 55 tələbə isə müxtəlif hüquq şirkətlərində təcrübə keçmişlər. Bu tələbələrdən 12 nəfəri təcrübədə olduğu müəsisə tərəfindən iş təklifi almışdır. Tələbələr: “Prime.az”  hüquq  şirkəti, “Azərkosmos” ASC, “Azərcon” Şirkətlər Qrupu, “Ekvita” LLC, “MGB” Law Offices, “Veysəloğlu” Holdinq, “Amerika-Azərbaycan Ticarət Palatası”, “Business Service Center” şirkətlər qrupu, “Əmanətlərin Sığortalanması Fondu”, “Azərsu” ASC, “Azərbaycan Dövlət Neft Fondu”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Atəşgah” sığorta şirkəti, “AzSığorta”, “Meqa Sığorta”, “Bank Respublika” ASC, “Azər Türk Bank” ASC, “Bank of Baku” ASC, “Günay” bank, “Milli Hüquq Evi”, “Azem & Partners” hüquq şirkəti və s. kimi təşkilatlarda, həmçinin, Bakı şəhər və region məhkəmələrində bir aylıq təcrübə keçmişlər.

 

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi tərəfindən həyata keçirilən VI Yay Təcrübə Proqramının əsas məqsədi hüquqşünas tələbələrin bilik və bacarıqlarının inkişafı, praktiki yollarla onlara peşəkar mütəxəssis olmaları üçün yaxından köməklik göstərməkdir.