Xəbərlər
 
"Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "Əməyin mühafizəsi üzrə yerli qanunvericiliyin tələbləri" adlı təlimi təşkil edir Layihə haqqında ATV Aktual verlişində müzakirələr aparıldı "Əlillərin hüquqi təminatları:yerli və beynəlxalq qanunvericilikdə". adlı seminar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlərlə bağlı yekun tədbir Layihənin yekun tədbiri keçirildi VI Yay Təcrübə Proqramının təltifetmə mərasimi keçirildi. "Əlillərin hüquqi təminatları:yerli və beynəlxalq qanunvericilikdə" Seminarı "Korporativ Hüquq" Təlimi "Rəqabət hüququ: Azərbaycan qanunvericiliyi; Avropa təcrübəsi" Seminarı "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "Bütün növ məzuniyyətlər, onların rəsmiləşdirilməsi və hesablanması qaydaları" adlı Seminar təşkil edir "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "Sığorta Hüququ" adlı Təlim təşkil edir Layihənin elektron müraciət forması İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlər başlayır. "Müəlliflik Hüququnun Subyektləri" Seminarı keçirildi "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "Müəlliflik Hüququnun Subyektləri" adlı Seminar təşkil edir.  
— “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İB-də "Akademik Məqalə Müsabiqəsi" və “Qış Təcrübə Proqramı”nın təltifetmə mərasimi keçirildi.
 

23-04-2018, 10:24

 

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İB-də "Akademik Məqalə Müsabiqəsi" və “Qış Təcrübə Proqramı”nın təltifetmə mərasimi keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İB-də "Akademik Məqalə Müsabiqəsi" və “Qış Təcrübə Proqramı”nın təltifetmə mərasimi keçirildi.

 

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İB-də “AYNHA Hüquqi Müsabiqələr Klubu”-nun hüquqşünas tələbələr arasında  təşkil etdiyi "Akademik Məqalə Müsabiqəsi"  və ənənəvi olaraq keçirilən Qış Təcrübə Proqramının təltifetmə mərasimi keçirildi. Tədbir Dövlət Himni ilə açıq elan edildi. Tədbirdə hüquqşünaslar, vəkillər, layihələrə təşkilati dəstək verən təşkilatların nümayəndələri və tələbələr  iştirak edirdilər. Tədbirdə ilk öncə "Qış Təcrübə Proqramı" iştirakçıları təltif olundu, sertifikatları təcrübədə olduqları təşkilatların rəhbərləri və nümayəndələri tərəfindən təqdim edildi. Məlumat verildi ki, bu ilin yanvar və fevral aylarında 27 hüquqşünas tələbə Azərsu ASC, Əmanətlərin Sığortalanması Fondu, Milli Hüquq Evi, Azərbaycanda Amerika Ticarət Palatası, Günay Sığorta, Azem və Partnyorları, Prime.az  və fərdi vəkil yanında təcrübə keçmişlər. Çıxış edən təşkilat rəhbərləri bu kimi fəaliyyətlərin tələbələr üçün faydalı olacağını vurğuladılar. Daha sonra "Akademik Məqalə Müsabiqəsi"-nin mükafatlandırmasına keçildi. Klubun sədri Nəzakət Bayramova müsabiqə barədə məlumat verərək, müsabiqənin iki mərhələdən ibarət olduğunu, ilk mərhələdə göndərilən məqalələrin xüsusi komissiya tərəfindən yoxlanıldığını və növbəti mərhələyə buraxıldığını bildirdi. Növbəti mərhələdə isə yerlər müəyyənləşdirildi.

Müsabiqədə iştirak edən tələbələrin hamısına sertifikatlar təqdim edildi. Daha sonra final mərhələyə layiq görülən məqalələrin “AYNHA Elektron Hüquq Jurnalında” yayımlandığı bildirildi. Həmçinin ilk üç yeri tutan məqalə müəlliflərinə pul mükafatları verildi. Mükafatlar I yer üçün 200 AZN, II yer üçün 100 AZN, III yer üçün isə 50 AZN təşkil edirdi.

 “Akademik Məqalə Müsabiqəsinin” 3-cü yerinə “Dünyəvi və islam ölkələrində müsəlman qadınların hüquqi statusu” adlı məqalənin müəllifi, BDU-nin IV kurs hüquq fakültəsi tələbəsi Sənəm Mustafayeva, 2-ci yerə “Beynəlxalq cinayət hüququnda ekstradisiya və bu kontekstdə insan hüquqları” adlı məqalənin müəllifi, BDU-nin IV kurs hüquq fakültəsi tələbəsi Leyla Həşimova, və nəhayət “Akademik Məqalə Müsabiqəsinin” qalibi , 1-ci yerə isə “Cinayət məsuliyyətindən azad etmə” adlı məqalənin müəllifi, ARPDİA-nin IV kurs hüquq fakültəsi tələbəsi Xalıq Dadaşzadə layiq görülmüşdür. Sonda “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İB-nin sədri Zaur Niftəliyev iştirak edən qonaqlara, hüquqşünaslara, sponsor təşkilatların rəhbərlərinə təşəkkür etdi və tələbələrə fəaliyyətlərində uğurlar arzuladı.

 

Müsabiqənin keçirilməsinə  “Azem Partners” hüquq şirkəti, “Milli Hüquq Evi”, “Prime.az” hüquq şirkəti, “SR Broker” MMC, “EST Consulting” MMC tərəfindən təşkilati dəstək verilirdi.