Xəbərlər
 
"Əlillərin hüquqi təminatları:yerli və beynəlxalq qanunvericilikdə" Seminarı "Korporativ Hüquq" Təlimi "Rəqabət hüququ: Azərbaycan qanunvericiliyi; Avropa təcrübəsi" Seminarı "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "Bütün növ məzuniyyətlər, onların rəsmiləşdirilməsi və hesablanması qaydaları" adlı Seminar təşkil edir "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "Sığorta Hüququ" adlı Təlim təşkil edir Layihənin elektron müraciət forması İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlər başlayır. "Müəlliflik Hüququnun Subyektləri" Seminarı keçirildi "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "Müəlliflik Hüququnun Subyektləri" adlı Seminar təşkil edir. Ümumilli liderimiz Heydər Əliyevin doğumunun 95-ci ildönümüdür “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İB-də "Akademik Məqalə Müsabiqəsi" və “Qış Təcrübə Proqramı”nın təltifetmə mərasimi keçirildi. "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" ictimai birliyi tərəfindən " VI Yay Təcrübə Proqramı"na start verilir. "Akademik Məqalə Yarışmasının" final mərhələsi keçirildi. “Hüquqşünas tələbələr Avropa Şurasının Azərbaycan Respublikasındakı ofisini ziyarət etdi” "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "Türkiyə və Azərbaycan Hüququnda Səhmdar Cəmiyyəti" adlı Təlim təşkil edir.  
— İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlər başlayır.
 

10-07-2018, 14:13

 

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlər başlayır.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  “1988-ci ildən etibarən Ermənistandan deportasiya olunmuş azərbaycanlıların pozulmuş əmlak hüquqlarının təmin olunması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlərin təşkili” adlı layihənin icrasına başlayır.

Bu layihədə 1988-1989-cu illərdə vahid mərkəzdən idarə olunan erməni quldur dəstələri və rayon rəhbərlərinin nəzarəti və iştirakı ilə azərbaycanlıları deportasiya edərək öz tarixi dədə-baba yurdu olan Qərbi Azərbaycandan (Ermənistan) çıxıb getmələri üçün onların evlərinə basqın edərək əmlaklarını qanunsuz ələ keçirmələrindən, pozulmuş əmlak hüquqlarının bərpa olunması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlərin təşkilindən bəhs edir. Aparılmış araşdırmaların, elmi-tədqiqat işlərinin, mövcud arxiv sənədlərinin əsasında müəyyən edilmişdir ki, azərbaycanlıların deportasiyası dövründə soydaşlarımızın kolxozlarda olan illik əmək haqları ermənilərə qalmış, bir çoxları dövlət banklarında olan əmanətlərini götürə bilməmiş, məcbur olub öz geniş həyətyanı torpaqlarını, mülklərini və xüsusi evlərini tərk etmişlər. Soydaşlarımızın fərdi təsərrüfatlarındakı əmlak da bütünlüklə ermənilər tərəfindən əvəzi ödənilmədən mənimsənilmişdir. Qaçqın soydaşlarımıza məxsus talanmış, qanunsuz olaraq ələ keçirilmiş əmlaklarının dəyəri təxminən 2,5 milyard ABŞ dolları təşkil etmişdir.

1988-ci ildən Ermənistandan deportasiya olunmuş azərbaycanlıların pozulmuş əmlak hüquqlarının bərpasına nail olmaq, onlara yetirilən maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyini Ermənistan dövlətinin üzərinə qoymaq üçün hazırlanmış material və sənədlər İnsan Hüquqları üzrə Avropa məhkəməsinə göndəriləcək, ermənilərin deportasiya etdikləri qərbi azərbaycanlıların əmlaklarını qanunsuz ələ keçirmələri faktları Avropa və dünya ictimaiyyətinin nəzərinə çatdırılacaq.

Avropa Şurasının üzvü olan Ermənistandan 1988-ci ildən deportasiya olunmuş azərbaycanlıların pozulmuş əmlak hüquqlarının təmin etməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlərin başlanması üçün artıq sənədlərin qəbuluna başlanmışdır. İlkin müraciətlər 10 iyul – 30 oktyabr arasında olacaqdır.Təcavüz nəticəsində hüquqları pozulmuş soydaşlarımız Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası İctimai Birliyinə dəvət olunaraq məlumatlandırılır, lazımı sənədlərə baxıldıqdan sonra müraciətlərin başlanması üçün köməklik göstərilir, dəymiş ziyan hesablanaraq konpensasiya tələb edilir. Bunun üçün 1988-ci ildən Qərbi Azərbaycandan məcburən köçürülən soydaşlarımızın əllərində olan sənəd və sübutlarla təşkilata gəlmələri xahiş olunur.Təşkilata aid məlumatlar aşağıda qeyd olunmuşdur.

 Layihənin icra olunmasında Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutları, Dövlət Arxiv İdarəsi, Qarabağ Araşdırma Mərkəzi kimi bir sıra dövlət təşkilatlarının köməyindən də istifadə ediləcəkdir. 

 

Ünvan:  Bakı ş, İstiqlaliyyət pr-57, Bakı AZ1001,

Tel: (99 412) 497 56 65, 050 263 02 66 (layihə rəhbəri),

E-mail: office.aynha@gmail.com