Xəbərlər
 
AYNHA İB Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən elan olunmuş IV qrant müsabiqəsində qalib elan olundu Bugün AYNHA II Akademik Məqalə Müsabiqəsinin yekun final mərhələsi keçirildi. LLM Scholarships for lawyers in Chicago, USA at Chicago-Kent College of Law Bu gün xalqımızın Ümummilli Lideri, mərhum prezident, dövlət xadimi, böyük siyasətçi Heydər Əliyevin doğumundan 96 il keçir Amerikada təqaüdlü hüquq təhsili! "Vəkilliyə hazırlıq" kursu "Magistratura hazırlığı Məlumatlandırıcı Seminar keçirildi Məlumatlandırıcı Seminar "Əmək qanunvericiliyi: görünən və görünməyən tərəflər" təlimi "Uğurlu məhkəmə müdafiəsi məqsədləri üçün presedent qərarlardan istifadə edilməsinin əhəmiyyəti" adlı təlim keçirildi "Uşaqların Sosial Müdafiəsi" konfransı "Müqavilə Hüququ sahəsində praktiki biliklər" təlimi "Uğurlu məhkəmə müdafiəsi məqsədləri üçün presedent qərarlardan istifadə edilməsinin əhəmiyyəti" adlı təlim "Hüquq tədrisi" layihəsi  
— "Korporativ Hüquq" Təlimi
 

31-10-2018, 13:57

 

"Korporativ Hüquq" Təlimi

"Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "Korporativ Hüquq" adlı Təlim təşkil edir. Aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz:

https://docs.google.com/forms/d/e/1FAIpQLSfEUz0HnoWyQ5KJawzPC5rhBhktzxHPtEVSk1NBzK_cbd5JXQ/viewform?fbclid=IwAR3wSfl3DSZ5f2YSGj0zy_-TPKOzA4JiZcViPqidLx9Ombd_DeEJftKFB_Q

 

Təlimçi: Dos.Dr.Mübariz Yolçiyev - Bakı Dövlət Universitetinin hüquq fakültəsinin müəllimi
Təlim 6 moduldan ibarətdir:
Təlimin ödənişi: 80 AZN
Təlimin müddəti: 3 həftə
Təlimin vaxtı: 
17 noyabr 2018, saat 15:00 - 18:00, ( I - II Modul)
24 noyabr 2018, saat 15:00 - 18:00, ( III - IV Modul)
1 dekabr 2018, saat 15:00 - 18:00, ( V - VI Modul)

1-ci Modul: Kommersiya təşkilatı anlayışı və onların müştərək xüsusiyyətləri
1) Şirkət anlayışı, ünsürləri. növləri
2) Kommersiya təşkilatlarının hüquqi şəxs statusu:
təsis edilməsi, təsisçilərinin məsuliyyəti; nizamnaməsi; dövlət qeydiyyatı; firma adı; olduğu yer; 
3) Kommersiya təşkilatlarının orqanları:
orqanları; aidiyyəti şəxslərlə əqdlərin bağlanması qaydası; idarəçilərin mülki məsuliyyəti; 
4) Kommersiya təşkilatlarının struktur bölmələri
Nümayəndəliklər və filiallar, idarə, digər struktur bölmələr.

2-ci Modul: Kommersiya təşkilatlarının yenidən təşkili və ləğvi 
1) Kommersiya təşkilatlarının yenidən təşkili anlayış və növləri, 
2) Yenidən təşkil edilərkən hüquq varisliyi, təhvil aktı və bölünmə balansı.
3) Yenidən təşkil vaxtı kreditorlarının hüquqları üçün təminatlar; 
4) Kommersiya təşkilatlarının ləğvi və onu əsasları 
5) Kommersiya təşkilatlarının ləğvi qaydası

3-cü Modul:: Məhdud məsuliyyətli cəmiyyət: əsas anlayışlar
1) Məhdud məsuliyyətli cəmiyyətinin anlayışı, 
2) Təsis edilməsi, nizamnaməsi, nizamnamə kapitalı, onun dəyişdirilməsi; 
3) İştirakçılarının hüquq və vəzifələri; 
4) Mənfəətin bölüşdürülməsi 

4-cü Modul:: Məhdud məsuliyyətli cəmiyyət: idarə etmə və payın verilməsi
1)İdarəetmə orqanları: 
ümumi yığıncağı; direktorlar şurası (müşahidə şurası); icra orqanı; nəzarət təftiş komissiyası; audit komitəsi; idarə etmədən dolayı məsuliyyət; 2) Yenidən təşkili və ləğvi; 
3) Cəmiyyətin nizamnamə kapitalındakı payın keçməsi; 
4) İştirakçının cəmiyyətin əmlakındakı payına tutmanın yönəldilməsi; 
5) İştirakçısının cəmiyyətdən çıxması və çıxarkən hesablaşmalar; 

5-ci Modul: Səhmdar cəmiyyət: əsas anlayışlar
1) Səhmdar cəmiyyəti anlayışı: 
açıq səhmdar cəmiyyəti və qapalı səhmdar cəmiyyəti;
2) Təsis etmə prosesi; hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınması;
3) Səhmdar cəmiyyətinin nizamnaməsi; nizamnamə kapitalı, onun dəyişdirilməsi; 
4) Səhmdar cəmiyyətdə səhm: 
anlayışı, cəmiyyətinin yerləşdirilmiş səhmlərinin geri alınması; qiymətli kağızlarının buraxılması; səhmlərin başqa şəxsə verilməsi 
5) Səhmdar cəmiyyətinin səhmdarlarının hüquq və vəzifələri; reyestri; 
6) Səhmdar cəmiyyətinin mənfəəti və dividendlər

6-cı Modul: Səhmdar cəmiyyətində idarəetmə
1) Səhmdar cəmiyyətində idarəetmə orqanları; 
2) Səhmdarların ümumi yığıncağı: 
anlayışı və səlahiyyətləri, çağırılması, ümumi yığıncağında yetərsay, səhmdarın ümumi yığıncaqda iştirakı qaydası, hesablama komissiyası, ümumi yığıncağının qərarı, ümumi yığıncağının protokolu; 
3) Səhmdar cəmiyyətinin direktorlar şurası (müşahidə şurası): 
anlayışı, sədri və üzvləri, iclasları; 
4) Səhmdar cəmiyyətinin icra orqanı: 
anlayışı və onun səlahiyyətləri, kollegial icra orqanı, təkbaşçı icra orqanı, kənar idarəçilik; 
5) Səhmdar cəmiyyətində nəzarət formaları: 
direktorların şurasının funksiyası, təftiş komissiyası, audit komitəsi, xarici nəzarət.