Xəbərlər
 
Layihə haqqında ATV Aktual verlişində müzakirələr aparıldı "Əlillərin hüquqi təminatları:yerli və beynəlxalq qanunvericilikdə". adlı seminar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlərlə bağlı yekun tədbir Layihənin yekun tədbiri keçirildi VI Yay Təcrübə Proqramının təltifetmə mərasimi keçirildi. "Əlillərin hüquqi təminatları:yerli və beynəlxalq qanunvericilikdə" Seminarı "Korporativ Hüquq" Təlimi "Rəqabət hüququ: Azərbaycan qanunvericiliyi; Avropa təcrübəsi" Seminarı "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "Bütün növ məzuniyyətlər, onların rəsmiləşdirilməsi və hesablanması qaydaları" adlı Seminar təşkil edir "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "Sığorta Hüququ" adlı Təlim təşkil edir Layihənin elektron müraciət forması İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlər başlayır. "Müəlliflik Hüququnun Subyektləri" Seminarı keçirildi "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "Müəlliflik Hüququnun Subyektləri" adlı Seminar təşkil edir. Ümumilli liderimiz Heydər Əliyevin doğumunun 95-ci ildönümüdür  
— İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlərlə bağlı yekun tədbir
 

28-11-2018, 10:51

 

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlərlə bağlı yekun tədbir

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “1988-ci ildən etibarən Ermənistandan deportasiya olunmuş azərbaycanlıların pozulmuş əmlak hüquqlarının təmin olunması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlərin təşkili” adlı layihənin yekunu və “VI Yay Təcrübə Proqramının” təltifetmə mərasiminə həsr olunmuş tədbir keçirildi.  Tədbir dövlət himninin səslənməsi ilə başlandı. Daha sonra “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyinin sədri Ayaz Məmmədov layihə barədə ətraflı məlumat verdi. O, qeyd etdi ki, layihə müddətincə Qərbi Azərbaycandan olan soydaşlarımızdan 162 nəfər müraciət etmiş, bunlardan 118 nəfərin sənədləri uyğun görülərək AIHM-nə müraciətləri həyata keçirilmişdir. Ardınca Layihədə görülmüş işlər barədə video çarx nümayiş etdirildi.  Sonra Layihənin eksperti. Vəkillər Kollegiyasının üzvü Sadiq Bağırov Sonrakı fəaliyyət barədə ətraflı danışdı.   Daha sonra AYNHA Baş Katibi Ramin Nurəliyev “VI Yay Təcübə Proqramı” barədə ətraflı məlumat verərək 84 hüquq fakültəsi tələbəsinin 26 müxtəlif dövlət və özəl təşkilatlarda təcrübə keçməsini bildirdi. Tələbələrdən bəzilərinin işlə təmin olunması qeyd olundu. Tədbirdə Nicat Gözəlov, Aqil Layıc, Aygün Nəbiyeva, Ramil Süleymanov, Anar Ramazanov, Vamiq Şükürov digər vəkil və hüquqşünaslar tələbələrə sonrakı fəaliyyətlərində uğurlar arzuladılar. Tədbirdə hüquqşünaslar, şirkət və təşkilat nümayəndələri çıxış edirdilər. Sonda tələbələrə sertifikatlar təqdim edildi və xatirə rəsmi çəkildi.