Xəbərlər
 
"Hüquq tədrisi" layihəsinə start verilir "Almaniyada Hüquq təhsili və Alman hüququna giriş" Seminarı "VII Yay Təcrübə Proqramı"na start verilir "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "Tibb Hüququ" adlı təlim təşkil edir "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "Peşəkar hüquqşünas olmağın 10 qaydası" adlı seminar təşkil edir AYNHA "II Akademik Məqalə Müsabiqəsi"- nə start verir "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "Elektron məhkəmə sistemi" adlı təlimi təşkil edir Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəyli nazir müşaviri təyin edilib "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "Əməyin mühafizəsi üzrə yerli qanunvericiliyin tələbləri" adlı təlimi təşkil edir Layihə haqqında ATV Aktual verlişində müzakirələr aparıldı "Əlillərin hüquqi təminatları:yerli və beynəlxalq qanunvericilikdə". adlı seminar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlərlə bağlı yekun tədbir Layihənin yekun tədbiri keçirildi VI Yay Təcrübə Proqramının təltifetmə mərasimi keçirildi. "Əlillərin hüquqi təminatları:yerli və beynəlxalq qanunvericilikdə" Seminarı  
— AYNHA "II Akademik Məqalə Müsabiqəsi"- nə start verir
 

18-02-2019, 14:58

 

AYNHA "II Akademik Məqalə Müsabiqəsi"- nə start verirAYNHA "II Akademik Məqalə Müsabiqəsi"- nə start verir. Əziz Hüquqşünas tələbələr, hər biriniz "II Akademik Məqalə Müsabiqəsi"nin iştirakçısı ola bilərsiniz.
Müsabiqənin şərtləri:
Müsabiqə iki mərhələdən ibarətdir. İlk mərhələdə məqalələr 30.03.2019-cu il saat 23:59-a qədər [email protected] elektron poçt ünvanına göndərilməlidir. Göndərilən məqalələr AYNHA-nın təşkil etdiyi xüsusi komissiya tərəfindən yoxlanılaraq ən yaxşı 6 məqalə növbəti mərhələyə buraxılacaq. İkinci mərhələyə keçən iştirakçılar öz məqalələrini münsiflər heyətinə prezentasiya formasında təqdim edəcəklər. Yoxlama komissiyası tərəfindən ilk üç yerə layiq görülən məqalələr mükafatlandırılacaqdır. Mükafatlar I yer üçün 200 AZN, II yer üçün 100 AZN, III yer üçün isə 50 AZN təşkil edir.Bununla yanaşı ikinci mərhələyə keçən məqalələr "AYNHA Hüquq Jurnalı"nın elektron səhifəsində yayımlanacaqdır. Bütün iştirakçılara sertifikat veriləcəkdir. Müsabiqədə yalnız hüquqşünas tələbələr ( bakalavr, magistr) iştirak edə bilərlər.
Məqalələr Azərbaycan dilində, 12 şriftdə (arial və times new roman) formatında ən az 2 səhifə, ən çox isə 10 səhifə olmaqla göndərilməlidir. Məqalələr hüquqi mövzuda olmalıdır, siyasi və dini fikirlərə aid məqalələr qəbul olunmur. İnternetdən istifadə olunan mövzularda mütləq mənbə bildirilməlidir. Plagiat məqalələr diqqətə alınmayacaqdır. Nəzərinizə çatdırırıqki göndərilən məqalələrin ümumi sayı 10-dan az olduğu təqdirdə müsabiqə keçirilməyəcəkdir.
Qiymətləndirmə meyarları:
1.Araşdırma
2.Məntiqilik
3.Ardıcıllıq
4.Problemləri həll etmə üsulu
5.Aktuallıq