12-07-2019, 12:26
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən elan olunmuş IV qrant müsabiqəsində Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası İB "Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində qaçqın və məcburi köçkün olmuş azərbaycanlıların pozulmuş hüquqlarının bərpası uğrunda beynəlxalq konfrans" adlı layihə üzrə qalib elan olunmuşdur. Nəzərinizə çatdırmaq istəyirik ki, layihə 2019-cu ilin oktyabr ayında Avropanın aparıcı dövlətlərindən biri olan Finlandiyanın paytaxtı Helsinki şəhərində icra olunacaqdır. Bununla bağlı artıq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası İB arasında müqavilə imzalanmışdır.
|