Xəbərlər
 
“1988-ci ildən etibarən Ermənistandan deportasiya olunmuş azərbaycanlıların pozulmuş əmlak hüquqlarının təmin olunması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlərin təşkili” Effektiv Müqavilə İcraatı" təlimi "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB Dövlət Qulluğuna Hazırlıq əsasında Azərbaycan dili Dərslərinə start verir "III Qış Təcrübə Proqramı"na start verilir VII Yay Təcrübə Proqramı sertifikat təqdim etmə mərasimi AYNHA Görüş Klubu uzvləri Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi plenium iclasında iştirak etdilər. "Ermənistanın təcavüzü nəticəsində Qaçqın və məcburi köçkün düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpası üçün beynəlxalq konfrans" adlı layihə icra olundu. Contract Management and Administration "AYNHA Hüquq Jurnalı" VI say "Biznes Hüququ" "Azərbaycan Vəkilliyinin 100 illiyi" Mübahisələrin həlli üsulu kimi Mediasiyanın əhəmiyyəti və bu sahədə dünya praktikası "Mübahisələrin həlli üsulu kimi Mediasiyanın əhəmiyyəti və bu sahədə dünya praktikası" Mediasiya sahəsində yerli qanunvericilik və onun biznesə faydaları təlimi Bu gün BSC Group-un rəhbəri İkram Fikrətoğlu və AYNHA təlimçisi Təhminə xanım Yay Məktəbi iştirakçılarını ziyarət etdi.  
— "Ermənistanın təcavüzü nəticəsində Qaçqın və məcburi köçkün düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpası üçün beynəlxalq konfrans" adlı layihə icra olundu.
 

18-12-2019, 13:54

 

"Ermənistanın təcavüzü nəticəsində Qaçqın və məcburi köçkün düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpası üçün beynəlxalq konfrans" adlı layihə icra olundu.“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İB tərəfindən Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Ukrayna Respublikasında "Ermənistanın təcavüzü nəticəsində Qaçqın və məcburi köçkün düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpası üçün beynəlxalq konfrans" adlı layihə icra olundu. Tədbir Ukrayna və Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edildi. “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İB-nın sədri Ayaz Məmmədov iştirakçıları salamladı və AYNHA İB-nin bu sahədə gördüyü işlər barədə məlumat verdi. Ardınca layihə rəhbəri Ruslan Mirzəzadə öz çıxışında erməni təcavüzünün iç üzünü vurğulayaraq, qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları və onların bərpası barədə danışdı. Ermənistan Azərbaycana qarşı elan olunmamış müharibə nəticəsində 20% torpaqları işğal etmiş, 1 milyona yaxın qaçqın və məcburi köçkünlər öz dogma torpaqlarından didərgin düşmüş, yaşamaq, mülkiyyət, sağlamlıq, azadlıq və s. kimi hüquqları pozulmuşdur. BMT-nin Qarabağla bağlı qəbul etdiyi qətnamələri icra etməmiş, qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa olunmamışdır deyə Ruslan Mirzəzadə fikirlərini ifadə edərək Ermənistanın işğalçılıq siyasətini pislədi. Ardınca Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Vətən həsrəti” adlı video material izləndi. Tədbirdə iştirak edən “Azərbaycan Vəkillər Kollegiyası”nın üzvü Zaur Niftəliyev “Bayraq Günü” barədə iştirakçılara məlumat verdi və soydaşlarımızı təbrik etdi. Qonaqlardan "Peremoqa" qəzetinin redaktorunun müavini Ədalət Kərimov, Kremençuk bələdiyyəsinin sədr müavini Vasiliy Kompaniec çıxış edərək bildirdilər ki, Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı, qaçqın və məcburi köçkün düşmüş azərbaycanlıların hüquqları bərpa edilməlidir. Tədbirdə layihə ilə bağlı sərgi təşkil edildi və iştirakçılara çap məhsulları təqdim olundu. Sonda qonaqlarla çay masası ətrafında səmimi söhbət keçirildi, ermənilərin qərəzli torpaq iddiası və düşmənçilik siyasəti pisləndi.