16-07-2020, 11:57
“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “1988-ci ildən etibarən Ermənistandan deportasiya olunmuş azərbaycanlıların pozulmuş əmlak hüquqlarının təmin olunması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlərin təşkili” adlı layihənin icrasına başlayır. Bu layihədə 1988-1989-cu illərdə vahid mərkəzdən idarə olunan erməni quldur dəstələri və rayon rəhbərlərinin nəzarəti və iştirakı ilə azərbaycanlıları deportasiya edərək öz tarixi dədə-baba yurdu olan Qərbi Azərbaycandan (Ermənistan) çıxıb getmələri üçün onların evlərinə basqın edərək əmlaklarını qanunsuz ələ keçirmələrindən, pozulmuş əmlak hüquqlarının bərpa olunması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlərin təşkilindən bəhs edilir. Ölkəmizdə Operativ Qərargahın təyin etdiyi xüsusi karantin rejiminə riayət edərək ilkin müraciətlər üçün aşağıda qeyd olunan mobil nömrə (051-589-10-13) və yaxud e-poçt (office.aynha@gmail.com) ünvanı vasitəsi ilə online növbə götürülür. Təşkilat tərəfindən qeyd olunan növbəyə uygun olaraq vaxt təyin ediləcəkdir. Deportasiya qurbanları ilə görüş zamanı Operativ Qərargahın tələb və tövsiyələri diqqətə alınaraq sosial məsafənin qorunması, masqa taxılması, spirt və s kimi gigiyenik qaydalara əməl olunması diqqət mərkəzində olacaqdır. Toplanmış sənədlər AİHM-nin tələb etdiyi formada hazırlanır, dəymiş ziyan hesablanır və Ermənistan dövlətindən kompensasiya tələb edilir. Bunun üçün 1988-ci ildən Qərbi Azərbaycandan məcburən köçürülən soydaşlarımızın əllərində olan sənəd və sübutlarla 20.08.2020-ci il tarixinə kimi müraciət etmələri xahiş olunur.
Müraciət üçün əsas sənədlər 1. Şəxsiyyət vəsiqəsinin surəti 2. Mülkiyyət hüququnu təsdiq edən sənəd (texniki pasport, qeydiyyat şəhadətnaməsi, qeydiyyat vəsiqəsi) 3. Keçmiş SSRİ pasportu və ya onun surəti Son müraciət tarixi 20 Avqust 2020 |