Xəbərlər
 
X Yay Təcrübə Proqramı Praktiki Əmək Hüququ Korporativ Hüquq AYNHA Elektron Hüquq Jurnalı IV Qış Təcrübə Proqramı ZƏFƏR GÜNÜ Korporativ Hüquq təlimi Kommersiya Müqavilələrinin Hazırlanması Sığorta işi və onun hüquqi əsasları Müstəqilliyin Bərpası Günü Hüquqşünasın analitik bacarığı: Sübut etmənin metodikası Beynəlxalq layihə Sığorta işi və onun əsasları təlimi “1988-ci ildən etibarən Ermənistandan deportasiya olunmuş azərbaycanlıların pozulmuş əmlak hüquqlarının təmin olunması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlərin təşkili” Effektiv Müqavilə İcraatı" təlimi  
— Müstəqilliyin Bərpası Günü
 

18-10-2021, 13:46

 

Müstəqilliyin Bərpası Günü

Müstəqilliyin Bərpası Günü  Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. 2021-ci ildən etibarən yeni adla "Müstəqilliyin Bərpası günü" (18 oktyabrda) kimi qeyd edilir.

XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə yenidən bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd olan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.

Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 231-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs verməyiblər. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.

Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni  gerbi yenidən bərpa olunmuşdur.