Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası İB "Kommersiya Müqavilələrinin Hazırlanması" adlı təlimə start verir.
Qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olaraq məlumatlarınızı qeyd etməlisiniz. Məlumatları qeyd olunan iştirakçılarla AYNHA tərəfindən əlaqə saxlanılacaq və ətraflı məlumat veriləcəkdir.
Təlimin ödənişi: 100 AZN , Tələbələrə 50% güzəşt
Təlimin dili: Azərbaycan dili
Təlimin keçiriləcəyi yer: Mirəli Qaşqay 28, blok 20, mənzil 2 (AYNHA ofisi)
Təlimin sonunda iştirakçılara sertifikat veriləcəkdir.
Təlim modulları: 4 modul
Modul-1, Tarix: 13.11.2021
1.Müqavilə anlayışı və növləri
2.Müqavilənin standart və operativ şərtlərinin tərtibi və razılaşdırılması
3.Alğı-satqı müqaviləsinin yazılması ilə bağlı praktiki məqamlar
4.Bağışlama müqaviləsinin hazırlanması
Modul-2, Tarix: 20.11.2021
1.İşlərin görülməsinə dair müqavilənin əsas xüsusiyyətləri
2.Xidmətlərin göstərilməsinə dair müqavilənin fərqləndirici şərtləri
3.Texniki şərtlər toplusunun əhəmiyyəti
4.Broker müqaviləsinin tərtibi
Modul-3 , Tarix: 27.11.2021
1.Yük daşıma müqaviləsinin yazılması
2.İcarə və kirayə müqavilələri
3.Təhvil-təslim aktlarının və digər müqavilə sənədlərinin tərtibi
4.Müqaviləyə dəyişikliklərin edilməsi və müqavilənin ləğv edilməsi qaydası
Modul-4 , Tarix: 4.12.2021
1.Kommersiya mübahisələrinin həlli qaydaları
2.Mübahisələrin alternativ həlli yolları
3.Mediasiyanın kommersiya mübahisələrinin həllində rolu
4.Mübahisələrin məhkəmə qaydasında həlli.