Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası hüquqşünas tələbələr üçün "Mülki Məcəllənin tədris proqramı" layihəsinə start verir!
Dərslər həftədə iki dəfə, şənbə və bazar günləri keçiriləcək.
Dərs prosesi Mülki Məcəllənin ümumi hissəsinin tədris edilməsindən ibarətdir.
İki dərs mühazirə, bir dərs seminar xarakterli olacaq.
Seminar dərslərdə mühazirə dərslərində tədris edilən biliklər kazus və test formasında yoxlanılacaqdır.
Tədrisin müddəti 5 ay təşkil edəcəkdir.
Tədrisin sonunda dərslərdə iştirak edən tələbələr imtahan edildikdən sonra sertifikatla mükafatlandırılacaqdır. İmtahanın nəticələrindən asılı olaraq Sertifaktlar A, B, C kateqoriyaları üzrə təqdim ediləcəkdir. Tədris ilinin sonunda keçiriləcək imtahanın nəticələri 100 bal üzərindən qiymətləndiriləcək, 100-85 bal yığan tələbələr A kateqoriyası üzrə, 85-70 bal yığan tələblərə B kateqoriyası üzrə, 70-55 yığan tələbələrə isə C kateqoriyası üzrə sertifikatlar təqdim ediləcək. 55 baldan aşağı yığan tələbələrə isə sadəcə Mülki Məcəllənin tədrisi ilə bağlı dərslərdə işitirak etməsi ilə bağlı sertifikatlar təqdim ediləcəkdir.
QEYDİYYAT LİNKİ:
https://docs.google.com/forms/d/19DfcGvjBA36s-zAm6NcycAiYaRK0bEkOGRZUScPC1eA/viewform
Əlaqə vasitələri:
Veb səhifə: www.aynha.az
Facebook: https://www.facebook.com/aynha.az
Linkedin: www.linkedin.com/pub/aynha-i̇ctimai-birliyi/7b/558/803/
Twitter: https://twitter.com/a_aynha
E-mail: office@aynha.az
Tel: +994-124975665