27-02-2017, 09:29
25 fevral 2017-ci il tarixində AYNHA tərəfindən təşkil olunan "Sığorta işi" adlı seminar keçirildi. Seminar AZ Sığortanın təlimlər üzrə meneceri Şükür Hüseynov və hüquqşünas Şəhriyar Həbilov tərəfindən təqdim olundu. Sığorta işi ilə bağlı ümumi məlumat verən Şükür müəllim aprel ayında bu mövzuda AYNHA ilə birgə 15 modulluq ödənişli təlimin veriləcəyi və sığortaya aid bütün məlumatları əks etdirəcəyini bildirdi. Təlim aprel ayının 10-da başlanacaq. Qeydiyyat AYNHA-da aparılır.
|