“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi ilə “Azərbaycan Tələbə Gənclər Təşkilatları” İttifaqı arasında rəsmi əməkdaşlıq müqaviləsi imzalandı. Əməkdaşlıq müqaviləsi “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyinin sədri, Vəkillər Kollegiyasının üzvü Zaur Niftəliyev və “Azərbaycan Tələbə Gənclər Təşkilatları” İttifaqı nın sədri, millət vəkili Şahin İsmayılovun iştrakı ilə imzalandı. Müqavilənin predmeti tərəflərin qeyri-kommersiya fəaliyyətləri ilə bağlı Nizamnamələrində göstərilən məqsədlərinə nail olmaları üçün birgə fəaliyyətləri üzrə əməkdaşlığı təşkil edir. Əsas məqsəd isə hüquqşünas tələbələrin bilik və bacarıqlarının inkişafı, praktiki yollarla onlara peşəkar mütəxəssis olmaları üçün yaxından köməklik göstərməkdir.
“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyinin sədri Zaur Niftəliyev “Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı” nın sədri, millət vəkili Şahin İsmayılova AYNHA-nın fəaliyyəti və gördüyü işlər barədə ətraflı məlumat verdi. Birgə əməkdaşlığın Azərbaycan Respublikası mənafeyinə xidmət edəcəyinə, xalqımızın gənc hüquqşünasları üçün faydalı olacağını qeyd etdi. “Azərbaycan Tələbə Gənclər Təşkilatları” İttifaqı nın sədri, millət vəkili Şahin İsmayılov da bu əməkdaşlıq çərçivəsində hüquqşünas tələbələr üçün ATGTİ-nın bütün imkanlarından istifadə edərək, vətənimizə layiqli, təcrübəli, peşəkar hüquqşünas hazırlanması istiqamətində dəstək verəcəyini bildirdi.
Əməkdaşlıq müqaviləsi çərçivəsində aşağəda sadalanan işlərin görülməsi barədə ortaq razılığa gəlindi.
1) Səhnələşdirilmiş məhkəmələrin təşkil edilməsi
2) Hüquq olimpiadasının keçirilməsi
3) Universitetlərdə hüquqi mövzuda seminarların təşkil edilməsi
4) Tələbələrə təcrübə proqramlarının təşkili
5) Qış və yay mətəblərinin formalaşdırılması
Görüşün sonunda xatirə rəsmi çəkildi.