13-03-2017, 09:27

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyində "Avropa Konvensiyası Kontekstində Mülkiyyət Hüququ" adlı seminar keçirildi. Seminar Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Azərbaycanın tanınmış vəkili Aqil Layıc tərəfindən təqdim olundu. Aqil Layıc Avropa İnsan Hüquqları Konvensiyası, Amerika İnsan Hüquqları Konvensiyası, Afrika İnsan Hüquqları Konvensiyası, BMT Ümumdünya İnsan Hüquqları bəyannaməsindən sitatlar gətirərək dinləyicilərin marağını daha da artırdı. Həmçinin, mövzu ilə bağlı Mülkiyyət hüququnun ənənəvi anlayışı və AİHM-nin timsalında nəzəri göstəriciləri, Mülkiyyət haqqının subyektləri, Publik hüquqi şəxsin olub-olmamasını qiymətləndirmə kriteriyaları, Avropa Konvensiyasına və presedent hüququna görə P1-1 xüsusiyyətləri, AİHK-da mülkiyyətin qorunması, Alqı-satqıda mülkiyyət hüquqları, Kiber mülkiyyət və ya virtual mülkiyyət, Əqli mülkiyyət və s kimi mövzu başlıqlarına da toxundu. Sonda təlimçi dinləyicilərin suallarını cavablandırdı.
Seminarda hüquqşünaslar, tələbələr, İctimai Birliyin üzvləri iştirak etdilər. Fasilədə Starbucks Coffeenin dəstəyi ilə “Coffee Break” verildi, xatirə rəsmi çəkdirildi.
|