07-04-2017, 10:39

"Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB nin təşkil etdiyi "Sığorta işi və onun əsasları" adlı təliminin qeydiyyat tarixinin vaxtı artırıldı. Təlimçilər: Şükür Hüseynov - "AZ Sığorta" ASC, Təlimlər üzrə menecer Şəhriyar Həbilov - Hüquqşünas Təlimin mövzu başlıqları: • Sığorta nədir • Sığortanın tarixi inkişaf yolları • Azərbaycanda sığortanın inkişafı • Sığorta bazarı anlayışı • Sığorta riski anlayışı və onun idarə edilməsi • Sığorta müqaviləsinin hüquqi əsasları • Sığorta tarifi anlayışı; • Sığorta fəaliyyətində digər əsas anlayışlar və onların izahlı şərhi • Şərikli sığorta və təkrarsığortanın mahiyyəti və əhəmiyyəti • Şərikli sığorta və təkrarsığorta sığortaçının ödəniş qabiliyyətliliyinin və maliyyə sabitliyinin əsas amillərindən biri kimi • Sığorta hadisələri • Sığorta tələbi və İddiaların tənzim edilməsi • İcbari sığortanın mahiyyəti və prinsipləri • İcbari sığortaların həyata keçirilməsi zərurəti • Ən vacib beynəlxalq sığorta və təkrarsığorta terminləri Qeydiyyat: Son qeydiyyat tarixi: 30 aprel 2017-ci il Aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçən iştirakçılarla əlaqə saxlayıb ödəniş, qrup və dərslər haqqında ətraflı məlumat veriləcək.
https://docs.google.com/forms/d/e/1FAIpQLSc_1Ew1OhbEwecDSjSTPlqhpcQRC8uP1Ybck0-UEQ6WkcMMrw/viewform
Təlim ödənişlidir: Fərdi: 240 AZN 5-10 nəfərlik qrup: 60 AZN 11 və daha çox nəfərlik qrup: 50 AZN
Təlim 15 moduldan ibarət olub, 1 ay müddətində tədris olunacaq. Hər bir dərs 2 akademik dərs saatı müəyyən edilmişdir. Təlimin sonunda iştirakçılar imtahan edilərək, sertifikat əldə edəcəklər.
Ünvan: İstiqlaliyyət pr.57, Bakı, AZ1001 (İçərişəhər metrosu yaxınlığı) Əlaqə: (+99412) 497 56 65, (+99451) 589 10 13 E-mail: office@aynha.az |