Xəbərlər
 
"Korporativ Hüquq" Təlimi "Rəqabət hüququ: Azərbaycan qanunvericiliyi; Avropa təcrübəsi" Seminarı "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "Bütün növ məzuniyyətlər, onların rəsmiləşdirilməsi və hesablanması qaydaları" adlı Seminar təşkil edir "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "Sığorta Hüququ" adlı Təlim təşkil edir Layihənin elektron müraciət forması İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlər başlayır. "Müəlliflik Hüququnun Subyektləri" Seminarı keçirildi Ümumilli liderimiz Heydər Əliyevin doğumunun 95-ci ildönümüdür “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İB-də "Akademik Məqalə Müsabiqəsi" və “Qış Təcrübə Proqramı”nın təltifetmə mərasimi keçirildi. "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" ictimai birliyi tərəfindən " VI Yay Təcrübə Proqramı"na start verilir. "Akademik Məqalə Yarışmasının" final mərhələsi keçirildi. “Hüquqşünas tələbələr Avropa Şurasının Azərbaycan Respublikasındakı ofisini ziyarət etdi” "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "Türkiyə və Azərbaycan Hüququnda Səhmdar Cəmiyyəti" adlı Təlim təşkil edir. "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "Cinayət mühakimə icraatında mülki iddia" adlı Seminar keçirildi "AYNHA Görüş Klubu" üzvləri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində  
— Prezidentdən vəkillərlə bağlı sərəncam - Bina və yeni maşınlar ayrılacaq
 

23-02-2018, 12:23

 

Prezidentdən vəkillərlə bağlı sərəncam - Bina və yeni maşınlar ayrılacaq

Prezident İlham Əliyev Azərbaycanda vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

 

  Sərəncama əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin və Kollegiyanın digər strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onun Bakıda müvafiq bina ilə təmin olunması üçün əlavə tədbirlərin görülməsi barədə tapşırıq verilib.

Həmçinin Azərbaycanın regionlarında apellyasiya, ağır cinayətlər və inzibati-iqtisadi məhkəmələrin yerləşdikləri Gəncə, Lənkəran, Sumqayıt, Şəki və Şirvan şəhərlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkil qurumlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onların müvafiq binalarla (yerlərlə) təmin olunması üçün tədbirlərin görülməsi tapşırılıb.

Bundan başqa, Nazirlər Kabinetinə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 20-ci maddəsinin I hissəsinə müvafiq olaraq, müəyyən edilmiş məbləğin üç dəfə artırılmasının nəzərdə tutulması, habelə Vəkillər Kollegiyasının maddi-texniki təminatı ilə bağlı məsələlərin həlli üçün tədbirlər görmək, o cümlədən Kollegiyanın istifadəsində olan binaların təmiri, zəruri kompüter və digər avadanlığın, habelə nəqliyyat vasitələrinin alınması məqsədilə vəsaitin ayrılmasını təmin etmək barədə də tapşırıq verilib.

Vəkillər Kollegiyasına tövsiyə edilib ki, ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaratsın, göstərilən hüquqi xidmətlərin keyfiyyətinin daim yüksəldilməsi məqsədilə vəkillərin peşə hazırlığının və ixtisasının artırılması ilə bağlı zəruri tədbirlər görsün.

Kollegiyaya, həmçinin hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən pulsuz hüquqi xidmətlər göstərilməsini təşkil etmək, Vəkillər Kollegiyasının fəaliyyətində şəffaflığın artırılması və ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi ilə bağlı, eləcə də Kollegiyanın və vəkillərin fəaliyyətində müasir İKT-nin tətbiqini və hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsini genişləndirmək üçün vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlər görmək tapşırılıb.

 

Mənbə: "Qafqazinfo"