Xəbərlər
 
"AYNHA Görüş Klubu" üzvləri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "Vərəsəlik Hüququ" adlı Seminar təşkil edir. Prezidentdən vəkillərlə bağlı sərəncam - Bina və yeni maşınlar ayrılacaq "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "Cinayət mühakimə icraatında mülki iddia" adlı Seminar təşkil edir. Bu gün Azərbaycan Milli Qeyri-Hokumət Təskilatlarinin ümumrespublika konfransı keçirildi AKADEMIK MƏQALƏ MÜSABİQƏSİ AZƏRTAC DÖVLƏT İNFORMASİYA AGENTLİYİNDƏ YAYIMLANDI AKADEMİK MƏQALƏ MÜSABİQƏSİ AZPRESS XƏBƏR PORTALINDA AKADEMİK MƏQALƏ MÜSABİQƏSİ XƏBƏRONLİNE XƏBƏR PORTALINDA Sığortada zərər tənzimləyicisi nədir? - ŞÜKÜR HÜSEYNOV YAZIR Özəl sığortaçılığın 25 ili – ŞÜKÜR HÜSEYNOV (II yazı) AYNHA Hüquqi Müsabiqələr Klubu ilk tədbirini sizlərə açıq elan edir. Sabah Vəkilliyə Qəbul imtahanı keçirilir "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "Əqli mülkiyyət hüququ: müəlliflik, patent və əmtəə nişanı hüququ" adlı Seminara start verir. Tütün istifadəçilərinin və müəssisə rəhbərlərinin diqqətinə! "AYNHA Görüş Klubu"nun ümumi yığıncağı keçirildi.  
— "V Yay Təcrübə Proqramı"nın təltifetmə mərasimi xəbər portalında
 

06-11-2017, 15:32

 

"V Yay Təcrübə Proqramı"nın təltifetmə mərasimi xəbər portalında

qhtxeber.az//  Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyasının (AYNHA) birgə təşkilatçılığı ilə cari ilin yay dövrü ərzində tələbələr üçün keçirilən “V Yay Təcrübə Proqramı”nın təltifetmə mərasimi keçirilib.
 
qhtxeber.az-a daxil olan məlumata görə, mərasimdə AYNHA İctimai Birliyinin sədri Zaur Niftəliyev, ATGTİ-nin daxili işlər üzrə icraçı direktoru Nurxan Babayev, bir sıra hüquqşünas və vəkillər, həmçinin tələbələrin təcrübə keçdiyi dövlət və özəl təşkilatların nümayəndələri iştirak edib.
 
Layihə barədə məlumat verənlər 2017-ci ilin yay dövrü ərzində keçirilən “V Yay Təcrübə Proqramı” çərçivəsində ümumilikdə 81 tələbənin dövlət və özəl təşkilatların hüquq şöbələrindəhəmçinin hüquq şirkətlərində təcrübə keçdiyini vurğulayıblar. Tələbələr öz bilik və savadlarını, həmçinin praktiki biliklərini artırmaq üçün “Azərkosmos” ASC, Veysəloğlu Holdinq, Əmanətlərin Sığortalanması Fondu, “AzərSu” ASC, Azərbaycan Dövlət Neft Fondu və bir sıra qurumlarda, həmçinin Bakı şəhərində yerləşən məhkəmələrdə təcrübə keçiblər.
 
Qeyd edək ki, bu proqram zamanı təcrübə keçən tələbələrdən 12 nəfəri təcrübə keçdikləri müəssisə tərəfindən iş təklifi alıb və onlardan 6 nəfəri hazırda əmək fəaliyyətinə başlayıb. Digər 6 nəfər isə ali təhsilini davam etdirdikləri üçün bu imkandan müvəqqəti olaraq faydalana bilməyiblər.