Xəbərlər
 
"AYNHA Görüş Klubu" üzvləri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "Vərəsəlik Hüququ" adlı Seminar təşkil edir. Prezidentdən vəkillərlə bağlı sərəncam - Bina və yeni maşınlar ayrılacaq "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "Cinayət mühakimə icraatında mülki iddia" adlı Seminar təşkil edir. Bu gün Azərbaycan Milli Qeyri-Hokumət Təskilatlarinin ümumrespublika konfransı keçirildi AKADEMIK MƏQALƏ MÜSABİQƏSİ AZƏRTAC DÖVLƏT İNFORMASİYA AGENTLİYİNDƏ YAYIMLANDI AKADEMİK MƏQALƏ MÜSABİQƏSİ AZPRESS XƏBƏR PORTALINDA AKADEMİK MƏQALƏ MÜSABİQƏSİ XƏBƏRONLİNE XƏBƏR PORTALINDA Sığortada zərər tənzimləyicisi nədir? - ŞÜKÜR HÜSEYNOV YAZIR Özəl sığortaçılığın 25 ili – ŞÜKÜR HÜSEYNOV (II yazı) AYNHA Hüquqi Müsabiqələr Klubu ilk tədbirini sizlərə açıq elan edir. Sabah Vəkilliyə Qəbul imtahanı keçirilir "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB "Əqli mülkiyyət hüququ: müəlliflik, patent və əmtəə nişanı hüququ" adlı Seminara start verir. Tütün istifadəçilərinin və müəssisə rəhbərlərinin diqqətinə! "AYNHA Görüş Klubu"nun ümumi yığıncağı keçirildi.  
— Uşaq Hüquqları Konvensiyasının 28 illiyinə həsr olunmuş seminar keçirildi.
 

11-11-2017, 11:31

 

Uşaq Hüquqları Konvensiyasının 28 illiyinə həsr olunmuş seminar keçirildi.

Uşaq Hüquqları Konvensiyasının 28 illiyinə həsr olunmuş seminar keçirildi.

 

 “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında “Uşaq Hüquqları” adlı seminar keçirdi. Seminar “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İB-nin üzvü, hüquqşünas Esmira Tağıyeva tərəfindən təqdim edildi.

Dinləyicilərə əvvəllcə ümumi şəkildə hüququn anlayışını, ardınca uşaq hüquqları, həmin hüquqları tənzimləyən qanunvericiliklər, beynəlxalq aktlar nəzərə çatdırılmış, Cenevrə Uşaq Hüquqları Bəyannaməsi, BMT Uşaq Hüquqları Bəyannaməsi  və Uşaq Hüquqları Konvensiyasının müddəaları aydın və ətraflı şəkildə təhlil edildi.  Tədris ocaqlarında müəllim-şagird münasibətləri, onların qarşılıqlı hüquq və vəzifələri, həmin hüquq və vəzifələrin Azərbaycan milli dəyərlərini qoruyaraq, qanunvericiliyə uyğun həyata keçirilməsi izah olundu. Dinləyicilərlə qarşılıqlı şəkildə hal-hazırki dövrdə uşaqların öz hüquq və vəzifələrini necə bilməsi, onların tətbiq yolları, bunun üçün lazım olan şərait, bu sahədə dövrün aktual problemləri, problemlərin aradan qaldırılmasının həlli yolları müzakirə olundu. XIX əsrin əvvəllərindən başlayaraq bir sıra təşkilatlar artıq uşaq hüquqları ilə bağlı müəyyən hdəliklər götürmüş, uşaqların düzgün tərbiyə olunması üçün səfərbər olmuşşlar. XX əsrdə isə artıq bu sahədə qanunvericilik daha da təkmilləşmiş və nəticə də, Cenevrə Uşaq Hüquqları Bəyannaməsi (1923), BMT Uşaq Hüquqları Bəyannaməsi (1959) və Uşaq Hüquqları Konvensiyası (20 noyabr 1989) qəbul edilmişdir. Bundan sonra artıq uşaqların hüquqları beynəlxalq təşkilatlar tərəfindən qorunmağa başlanılmışdır.

   Sonda uşaq hüquq və azadlıqları barədə şagirdlərə suallar verildi və onların bu mövzu ətrafında fikir mübadiləsi aparılması təlimçi tərəfindən diqqət çəkdi.